Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-302/2023 31.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, cavabdeh: İddiaçı nümayəndəsi və vəkili: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16 iyun 2020-ci il tarixdə doğulmuş X8 və 20 iyul 2021-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay hər uşaq üçün 200 manat olmaqla ümumilikdə hər ay 400 manat sabit pul məbləğində alimentin və xx.xx.2020-ci il tarixdə doğulmuş X4 və xx.xx.2021-ci il tarixdə doğulmuş X5 üç yaşadək saxlanılmasından üçün hər bir uşağa üçün 100 manat olmaqla umumilikdə hər ay iki uşaq üçün 200 anat pul tutularaq Cavabdeh Samit oğlundan tutularaq ona verilməsi tələbini irəli sürmüşdür. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh Samit oğlu nikahları 2019-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan 16 iyun 2020-ci il tarixdə doğulmuş X8 və 20 iyul 2021-ci il tarixdə doğulmuş X9 doğulmuşdur. Hazırda iddiaçı uşaqları ilə birlikdə cavabdehdən ayrı yaşayır və cavabdeh bugünədək könüllü olaraq heç bir yardım etməmişdir. Uşaqları təkbaşına saxlamaqda çətinlik çəkir, uşaqlar azyaşlı olduğu üçün işləyə də bilmir. Uşaqları saxlamaq hər iki valideynin borcu olsa da, cavabdeh uşaqları saxlamaqda iddiaçıya kömək etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavandeh heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış AZ-İl 363035 seriyalı, 10 oktyabr 2019-cu il tarixli 452 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah ləğv edilmiş və bu barədə qeyd aparılmışdır. İş materiallarında olan və məhkəmədə elan edilmiş Az-İV 472524 seriyalı və AZ-İV 638302 seriyalı doğum şəhadətnamələrin notariat qaydada təsdiq olunmuş surətlərindən görünür ki, müvafiq olaraq xx.xx.2020-ci il tarixdə X10 və xx.xx.2021-ci il tarixdə X1 şəhərində doğulmuşdur. Hər iki uşağın atası Cavabdeh və anası İddiaçıdır. İş materiallarında olan və məhkəmədə elan edilmiş ailə münasibətləri ilə bağlı mübahisələrin yoluna qoyulması ilə bağlı tərəflərin X2 iştirak edilməsi barədə xx.xx.2022-ci il tarixli, MŞL-01156 saylı arayışdan görünür ki, Cababdeh Cavabdeh X2 iştirak etməmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddələrində göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə iddianın «xx.xx.2020-ci il tarixdə doğulmuş X4 və xx.xx.2021-ci il tarixdə doğulmuş X5 üç yaşadək saxlanılmasından üçün hər bir uşağa üçün hər ay 100 manat, ümumilikdə 200 manat məbləğində alimentin» cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Ailə Məcəlləsinin 84-cü maddəsinin tələbi baxımından məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, xx.xx.2020-ci il tarixdə doğulmuş X4 və xx.xx.2021ci il tarixdə doğulmuş X5 üç yaşadək saxlanılmasından üçün hər bir uşağa üçün saxlanması üçün də hər bir uşaq üçün 40 manat olmaqla umumilikdə hər ay iki uşaq üçün 80 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment iddiaçının məhkəməyə müraciət etdiyi 05 noyabr 2022-ci il tarixdən hesablanmaqla tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 16 iyun 2020-ci il tarixdə doğulmuş X8 və 20 iyul 2021-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay bir uşaq üçün 180 manat olmaqla hər ay iki uşaq üçün ümumilikdə 360 manat sabit pul məbləğində və xx.xx.2020-ci il tarixdə doğulmuş X4 və xx.xx.2021-ci il tarixdə doğulmuş X5 üç yaşadək saxlanılmasından üçün hər bir uşaq üçün 40 manat olmaqla umumilikdə hər ay iki uşaq üçün 80 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Mediasiya xidməti üçün ödənilmiş 55 (əlli beş) manat pul Cavabdeh Samit oğlundan tutularaq cavabdeh İddiaçı ödənilsin Alimentin tutulması 05 noyabr 2022-ci il tarixdən hesablansın. Qətnamənin alimentin alınması hissəsi dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-302/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-302/2023
31.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver