Məhkəmə qərarları › İş №2(049)-302/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-302/2024

18.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-302/2024 18.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zeynalzadə Gülnar Şakir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 08 yanvar 2009-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay üzrə alimentin 250 manat sabit pul məbləğində müəyyən edilməsi, habelə ödənilmiş 60 manat mediasiya xərcinin tutulub onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X3 ilə 10 may 2003-cü il tarixdə faktiki nikah münasibətinə daxil olmaqla ailə həyatı qurmuşdur. 23 yanvar 2009-cu il tarixdə nikahlarını Lənkəran rayon Qeydiyyat şöbəsində 26 sayla rəsmiləşdirmişlər. 2017ci ilin may ayına kimi ər-arvad olaraq yaşamışlar. Həmin münasibətdən 07 fevral 2004-cü ildə Rəfail və 08 yanvar 2009-cu ildə Şahin adlı iki uşaqları anadan olmuşdur. Uşaqlar hazırda salamat olmaqla onun himayəsində yaşayırlar. Aşağıda göstərilən əsaslara görə cavabdeh X1 alimentin sabit pul məbləğində tutulması və yetkinlik yaşma çatmayan Şahin adlı uşağımızın saxlanılması üçün mənim xeyrinə verilməsini tələb edir. Cavabdeh ilə faktiki nikah münasibətinə daxil olarkən bir-birilərini kifayət qədər tanımamışlar. Nikah münasibətinə daxil olduqdan sonra uzun illər normal yaşamışlar. 2017-ci ildən başlayaraq Cavabdeh qeyri-normal həyat tərzi keçirməsi barədə məlumatlı olmuş və ona görə də faktiki olaraq ayrılmışlar. Cavabdeh onun mövqeyi ilə razılaşmalı olduğundan 2017-ci ilin təxminən sentyabr ayında nikahın pozulması tələbi əsasında Lənkəran rayon məhkəməsinə müraciət etmiş və məhkəmənin 29 noyabr 2019-cu il tarixli 2(049)- 5594/2017 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Həmin xüsusatı Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında 29 dekabr 2017-ci il tarixli şəhadətnamənin surəti bir daha təsdiq edir. Bu xüsusatla bağlı onu qeyd etmək istəyir ki, X3 2017-ci ilin təxminən sentyabr ayında nikahın pozulması tələbi üzrə məhkəməyə müraciət edərkən uşaqların onun yanımda qalmaları və tərbiyə olunmaları ilə bağlı aralarında şifahi razılaşma əldə olunmuşdur. Bunun əsas səbəbləri onunla bağlı olmuşdur ki, uşaqlar onsuz da onun yanında qalmaq istəyirlər və uşaqların onun yanında qalmaq istəmələri Cavabdeh iradəsinə uyğun idi. Ona görə də işin məhkəmə iclasında uşaqların kimin yanında qalmaları mübahisələndirilməmiş və həmin vaxtdan uşaqların onun himayəsində normal yaşamaqla tərbiyə olunurlar. İşin məhkəmə iclasında Cavabdeh uşaqların onun yanımda qalmaları ilə bağlı razılaşmasını guya psixoloji probleminin olması ilə izah etmişdir. Lakin bu xüsusat həqiqətə uyğun deyil, çünki onun heç bir psixoloji problemi olmamışdır. 29 noyabr 2017-ci ildə aralarındakı nikahın pozulması haqqında qətnamə qəbul edilərkən hər iki uşağımız yetkinlik yaşına çatmasalar da, nə həmin dövrdə, nə də keçən 6-7 il ərzində tərəfimdən aliment tələb olunmamışdır. 2017-ci ildə və sonrakı dövrdə o, nəinki Cavabdeh qarşı aliment tələbinə dair iddia qaldırmamışdır, habelə mübahisəyə səbəb ola biləcək əmlak məsələləri ilə əlaqədar tam şəkildə ona güzəştə getməklə şərait yaratmışdır ki, aralarında əlavə məhkəmə mübahisələri olmasın. Yəni Cavabdeh həm şəxsi əmlakını, həm toya qədər və həm də ondan sonrakı dövrdə tərəfindən alınmış, yəni onun şəxsi əmlakı və ümumi əmlakları hesab olunan hər şeyi ona vermişdir. Bütün bunları ona görə etmişdir ki, sonrakı həyatı sakit və normal yaşaya bilsin, uşaqlarını tərbiyə etməklə gələcək inkişaflarını təmin edə bilsin. Lakin nikah pozulandan sonra keçən 6-7 il ərzində Cavabdeh isə heç bir əsas və səbəb olmadan həmişə ona mane olmağa çalışmışdır. O, bununla bağlı iddia ərizəsində izahlar verməklə nə özünü, nə də Cavabdeh hallandırmaq istəmir. Çünki hesab edir ki, buna ehtiyac və zərurət yoxdur. Nikahları pozularkən və keçən 6-7 il ərzində Cavabdeh etdiyi güzəştlərin fonunda hazırda ciddi zərurət olduğundan ona qarşı aliment tələbi ilə məhkəməyə müraciət etməyi vacib hesab edir. Hesab edir ki, Rəfail adlı uşağın 18 yaşı tamam olsa da, Şahin adlı uşağının 14 yaşı var və ona münasibətdə aliment tələb etməyi qanunun tələblərinə uyğundur. Uzun illər o, cavabdehə əhəmiyyət verməyən vəziyyətdə ona qarşı telefon vasitəsilə və ya başqa formalarda iyrənc ifadələr və təhqirlər yağdırmaqdan çəkinməmişdir. Aliment tələbinə dair iddia qaldırmaqla mən Cavabdeh müəyyən məsuliyyətin yaranmasına nail olmaq istəyir və həm də həmin addımı atmağının izahını vermək istəmədiyi hallarla bağlıdır. Hər bir halda bu onun hüququdur və bu hüququmdan istifadə etmək istəyir. Keçən müddət ərzində cavabdeh ailənin maddi qayğıları ilə maraqlanmamış, heç nə olmamış kimi öz vəzifəsini icra etməmiş, könüllü qaydada uşağına (uşaqlarına) maddi qayğı göstərmək istəməmişdir. Məhkəmə nəzərə almalıdır ki, o, gələcəkdə də təkcə uşağının (uşaqlarının) maddi təminatı ilə deyil, bütün qayğıları ilə məşğul olmalıdır. Əgər cavabdeh uzun illər uşağı ilə (uşaqları ilə) bağlı bütün bu qayğılardan uzaq olmuşdursa, heç olmasa hazırda yetkinlik yaşına çatmayan Şahin adlı uşağın maddi təminatı ilə əlaqədar özünü təcrid etməməli, alimentin ödənilməsi üzrə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, tərəflərin birgə nikahlarından olan 08 yanvar 2009-cu il təvəllüdlü X8 hal-hazırda da iddiaçının himayəsindədir. O, 29 noyabr 2017-ci il tarixdən başlayaraq uşaqlarını təkbaşına saxlamışdır. Yəni yuxarıda qeyd etdiyim kimi keçən 6-7 il ərzində Cavabdeh nəinki uşaqlarına qayğı göstərməmiş, heç uşaqları ilə görüşməmişdir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Nikahın pozulması haqqıda şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan rəsmi nikahın pozulması haqqında Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən 29 dekabr 2017-ci il tarixdə 202 saylı akt qeydi tərtib edilmişdir. Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2004-cü il tarixdə Lənkəran rayonunda doğulmuşdur. Anası Cavabdeh, atası İddiaçıdur. Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2009-cu il tarixdə Lənkəran rayonunda doğulmuşdur. Anası Cavabdeh, atası İddiaçıdur. Lənkəran rayon Məhkəməsinin 2(049)-5594/2017 saylı, xx.xx.2027-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnaə ilə İddiaçı ilə Cavabdeh arasında Lənkəran rayon Qeydiyyat Şöbəsində xx.xx.2017-ci il tarixdə qeydə alınmış 26 saylı nikah pozulmuşdur. Qətnamənin təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, iddiaçı iddia tələbində “uşaqların atasının yanında qalmaları barədə cavabdehlə aralarında razılaşdıqlarını” qeyd etmişdir. Lənkəran ŞİHB-nın Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən təqdim edilmiş 1279 saylı xx.xx.2023-cü il tarixdən müəyyən edilir ki, X2 Amid Rəfail oğlunun ailə üzvü olaraq ünvan 1 ünvanında yaşayır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara «sabit pul məbləğində aliment» ödənilməsi barədə saziş yoxdursa, eləcə də «sabit pul məbləğində aliment» verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə «sabit pul məbləğində aliment»in valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə «sabit pul məbləğində aliment»in miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Habelə həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansıəqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İş materiallarından görünür ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqları «sabit pul məbləğində aliment» ödənilməsi barədə saziş yoxdur. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan Şahin adlı uşağın saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə «sabit pul məbləğində aliment»in tutulmasının başlanğıcı ilə əlaqədar aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinə daxil olmuş və 2(049)-4396/2023 daxil olma nömrəsi ilə qeydə alınmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, «sabit pul məbləğində aliment» məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd olunan normaların mənasından görünür ki, «sabit pul məbləğində aliment»in tutulmasının başlanğıcı şəxsin məhkəməyə müraciət etdiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən «sabit pul məbləğində aliment»lərin alınması haqqında qətnamələr dərhal icra olunur. İş materiallarına əlavə edilmiş qəbzdən müəyyən edilir ki, İddiaçı tərəfindən iddia tələbi üzrə 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci cavabdehə aid edilməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 08 yanvar 2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 28 noyabr 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi üzrə ödənilmiş mediasiya xərcinə dair 60 (altmış) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin ödənilməsi hissəsində dərhal icra edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar