Məhkəmə qərarları › İş №2(049)-3068/2022

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3068/2022

05.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3068/2022 05.12.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “həyətinin içindən və evinin dibindən qeyri-qanuni yol tələbinin ləğvi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “həyətinin içindən və evinin dibindən qeyri-qanuni yol tələbinin ləğvi” tələbi ilə məhkəməyə müraciət edərək qonşusu Cavabdeh ondan yol tələb etmməsinə dair barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, Malızadə X2 rayonu, Daşdatük kəndində öz mülkiyyətində yaşayır. Fərdi yaşayış ev tikməkdən ötrü ona 0.17 ha torpaq sahəsi verəndən sonra, orada 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi tikmişdir. Odur ki, qonşusu Nəhmətov Əbülfət iki ad daşıyır, ikinci adı Ramil, atası Canəli oğludur. Öz bütün ailə üzvləri ilə qonşusu Cavabdeh da onlara qoşularaq, hər iki ailə birləşərək onun evinə, ailəsinə hücum çəkərək həyətindən, evimin dibindən özlərinə qeyri-qanuni maşın yolu istəməklə, onlara rahatlıq vermirlər. Onları əhqir edirlər, küçə söyüşləri söyərək hədələyir və şərəf və ləyaqəti alçaldırlar. Adlarını çəkdiyi qonşuların əlindən zinhara gəlmişdir. Hətta həyətində ayaqyolu tikmək istəyəndə, qonşu arvadı X3 ustalara hücum çəkərək, onlara təhqiryanı nalayiq söyüşlər söyməklə, əlinə daş və başqa xəsarət yetirən əşyalar əldə edərək, ustaların üstlərinə ataraq, onların iş rejimini pozmuşdur. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək göstərdi ki, iddiaçı onun qonşusudur və ondan yol tələb edir, xahiş edir ki, qətnamə ilə müəyyən edilsin ki, qonşusu ondan yo tələb etməsin. Qonşusunun ondan yol tələb etməsi onun psixi və mənəvi təsir edir. Şərəf və ləyaqətini alçaldır. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış xx.xx.2022-ci il tarixli 18323 nömrəli qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 51 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə, iddia tələbini, həmin tələbə dair iddiaçı və cavabdeh tərəfin fikirlərini öyrənərək aşağıdakları qeyd etməyi zəruri hesab edir. Belə ki, MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz istifadə hüququna malikdir. “Marks Belçikaya qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. “Mançini İtaliyaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçinin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Hazırki işdə iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş, şahidlərin olması göstərilsə də, heç bir şahidin iştirakı təmin edilməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia tələbinin mahiyyətindən aydın olur ki, iddiaçının məqsədi cavabdehin ondan yol tələb etməsinə son qoymaqdır. Yəni cavabdehin tələb hüququnun məhdudlaşdırılması tələb olunur. Bununla bağlı, məhkəmə qeyd edir ki, şəxsin hər hansı tələb hüququ onun hüquq qabliyyətinin həyata keçirilmə, realizə edilmə formasıdıır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinin tələbinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 31.1-ci maddəsinin tələbinə görə fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, şəxsin hər hansı hüquq qabiliyyətindən məhrum edilməsi qanunla konkret olaraq qadağan edilmişdir. Məhz bu baxımdan iddianın təmin olunması mümküsüz olmala yanası, həm də qanunsuzdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən MPMnin 119-cu maddəsinə əsasən ödənilmiş 51 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “həyətinin içindən və evinin dibindən qeyri-qanuni yol tələbinin ləğvi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 51 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar