Məhkəmə qərarları › İş №2(049)-3094/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3094/2025

08.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3094/2025 08.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X10, İddiaçı: X7, İddiaçının nümayəndəsi və vəkili: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2011-cı il tarixdə doğulmuş X2, xx.xx.2012-ci il tarixdə doğulmuş X3 və xx.xx.2019-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində aliment tutulub onun xeyrinə ödənilməsi barədə və Mediyasiya xidməti üçün ödədiyi 60 (altmış) manat məbləğində dövlət rüsumunu cavabdehdən tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1991-cu il tarixdə Qazaxstan,Şevçenko şəhərində anadan olmuşam. İş üzrə Cavabdeh ilə 2010-ci il tarixdə evlənib ona məxsüs Bakı şəhəri Suraxanı rayon Zığ qəsəbəsindəki fərdi yaşayış evinə gəlin köçmüşdur. Nikahı isə 01 oktyabr 2010-ci il tarixdə Lerik rayon Blaband kənd ərazi icra nümayəndəliyi tərəfindən 18 sayla qeydə aldırmaqla rəsmiləşdirmişdir. Onun birgə nikahından xx.xx.2011-cı il tarixdə Əlisahib, xx.xx.2012-ci il tarixdə Zeynəb və xx.xx.2019cu il tarixdə isə Əlirza adlı üçüncü uşağı anadan olmuşdur.Uşaqlar hazırda üçüdə iddiaçının yanında qalır. Uşaqların üçünundə səhhətində problemlər vardır. Uşaqlardan böyüyü Əlisahibin ürəyində qusuru olduğu üçün ürəyi əməlliyyat olunmuşdur və həmçinin Talassemiya daşıyıcısı olduğundan indi də müalicə alır. O, Bakı şəhərində yerləşən Talassemiya mərkəzində və Topçubaşov Adına Elmi Cərrahiyə mərkəzində müalicə alır. İkinci uşağı Zeynəb sağ qolunun bazu sümüyünün daxilində sümük kistasi olduğu üçün ildə dörd dəfə Bakı şəhərində yerləşən Travmatalogiya İnstitutunda müalicə almağa görə aparılır və müalicəsini orada davam etdirilr. Üçüncü uşağı isə Əlirza talassemiya xəstəsi olduğu üçün talassemiya daşıyıcısıdır. Əlirzanın müalicəsi Bakı şəhərində yerləşən Talassemiya mərkəzində olunur. Uşaqlar onun iştirakı ilə müalicə və müayinə olunurlar. Hazırda uşaqların sağlamlıqlarına valideynləri dəsdək olurlar. İndi də onunla birlikdə valideyinlərinə məxsus Lənkəran rayon Şürük kəndidə yaşayırlar. Cavabdehlə ailə qurandan sonra bir müddət mehriban bir ailə kimi yaşamışlar. Sonradan isə xasiyyəti uyğun gəlmədiyi üçün aralarında olan münasibətlər korlanmışdır. Ona görə də ondan ayrılmaq qərarına gəlmişdir. Artıq onun cavabdehlə bir ailə kimi yaşamaq fikri yoxdur. Gələcəkdə də cavabdehlə barışmayacaq. Hazırda bir-birlərindən ayrı yaşayırlar. Odur ki, cavabdehdən aliment tələb etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh ayrıldıqdan sonra uşağları saxlanılmaqda ona heç bir maddi köməklik göstərmir.O uşaqıları tək başına saxlanılmasında çətinlik çəkir. Məhz bu səbəbdən də cavabdehdən sabit pul məbləğində aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasına iştirak edən İddiaçı iddia təlbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasına iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia təlbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmənin yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq gəlməmiş lakin, məhkəməyə məktub göndərərək birgə nikahlarından xx.xx.2011-cı il tarixdə doğulmuş X2, xx.xx.2012-ci il tarixdə doğulmuş X3 və xx.xx.2019-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa hər ay 80 manat olmaqla üç uşağa hər ay cəmi 240 manat aliment verə biləcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış AZ-İ 618886 seriyalı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X8 xx.xx.2010-ci il tarixdə 18 saylı aktla Lerik rayon Blaband kənd icra nümayəndəliyində nikahları rəsmiləşdirilmiş, nikahdan sonra arvada Əliyeva, ərə Əliyev soyadı verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış AZ-İİ 749580 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, 29 avqust 2011-ci il tarixdə X1 rayon Blaband kəndində doğulmuşdur. Atası Cavabdeh oğlu, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış AZ-İİİ 005766 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, 07 dekabr 2012-ci il tarixdə X13, Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış AZ-İV 266231 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, 16 may 2019-cu il tarixdə X11 Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Lənkəran ŞİHBnın Şürük kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Lənkəran rayonu, Şürük kəndində ailə üzvləri X12,X6,X11 ilə birlikdə yaşayır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya xərci kimi 60 manat, ödəmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddələrində göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci ilin yanvar ayının 1-dən 400 manat müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli qərarının 1.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir: Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, tərəflərin nikah müansibətlərindən doğulmuş yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2025-ci il tarixdən hesablanmaqla tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 234.2 və 234.2.1-ci maddələrinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki iş üzrə alimentin miqdarının 480 manat olması (yaşayış mimumun 400 manat olması və hər ay hər uşağa görə 0.40 mislinin 160 manat ((400x0.40= 160 manat)) müəyyən edilməklə hər ay cəmi 480 manat alimentin müəyyən edilməsi müəyyən edildiyi üçün nəzərə alınmaqla, bir il ərzində ödəmənin məcmusu 5760 manat müəyyən edilir. Qüvvədə olan qanunverdiciliyə əsasən həmin məbləğə görə cəmi 77.60 manat dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, iddiaçı hazırki tələblə bağlı məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunan şəxs statusunda olmasına baxmayaraq mediasiya prosesi ilə bağlı 60 manat məbləği iddiaçı özü ödəmiş, cavabdeh isə mediasiya prosesinin nəticəsinə dair onunla barışıq sazişi bağlamadığından iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Hazırki iş üzrə cavabdeh dövlət rüsumunu ödəməkdən azad olunan şəxs statusunda olmadığından məhkəmə hesab edir ki, iddiaçının mediasiya prosesində ödədiyi 60 manat iddiaçının özünə aid edilməli, iş üzrə ödənilməli olan 77.60 manat dövlət rüsumu isə cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası qismən təmin edilsin. 29 avqust 2011-ci il tarixdə doğulmuş X5, 07 dekabr 2012-ci il tarixdə doğulmuş X12 və 16 may 2019-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatandək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin hesablanması 04 avqust 2025-ci il tarixdən hesablansın. İş üzrə ödənilmiş mediasiya xərci iddiaçının özünə aid edilsin. İş üzrə ödənilməli olan dövlət rüsumu 77.60 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsində ödənilsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar