Məhkəmə qərarları › İş №2(049)-3099/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3099/2024

21.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3099/2024 21.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalzadə Gülnar Şakir qızının katibliyi, İddiaçı nümayəndəsi (anası) X2, Cavabdeh və onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddaçı İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 300 manat olmaqla iki uşağa görə cəmi 600 manat miqdarında sabit pul məbləğində alimentin tutulub onun xeyrinə ödənilməsi və ilkin mediasiya sessiyası zamanı ödədiyi 60 manat məbləğində xərcin cavabdehdən tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1993-cü il tarixdə Lənkəran rayon Gərmətük qəsəbəsində anadan olmuşdur. Cavabdeh ilə 2012-ci il tarixdə nikah münasibətinə daxil olaraq evlənmişilər. Onların birgə nikahlarından xx.xx.2013-cü il tarixdə Nazlı adlı və xx.xx.2015-ci il tarixdə Sevgi adlı uşaqları anadan olmuşdur. O, cavabdehlə ailə qurandan sonra cavabdehin yaşadığı valideyinlərinin evinə gəlin köçmüşdür. Cavabdehlə ailə qurandan sonra bir müddət mehriban yaşasalar da, lakin sonradan cavabdehin təqsiri ucbatından münasibətləri pozulmuşdur. Cavabdehlə yaşamaq qeyri mümkün olduğundan xx.xx.2024-cü il tarixdə cavabdehdən ayrılıb azyaşlı uşaqları ilə birlikdə yaşamağa valideynlərinin evinə gəlmişdir. Azyaşlı uşaqları ilə birlikdə valideynlərinin himayəsində bir müddətdir ki, yaşayır. Gələcəkdə də cavabdehlə barışıb bir ailə kimi yaşamaq fikri yoxdur. Ayrıldığı vaxtdan bəri cavabdeh bir ata kimi uşaqları ilə maraqlanmamış və onlara heç bir maddi köməklik göstərməmişdir. O, özü tək uşaqların saxlanmasında maddi cəhətdən olduqca çətinlik çəkir. Valideyinləri ona dəstək olurlar, uşaqlarına onlar baxırlar. Bəzi vaxtı onlar da ona köməklik göstərə bilmirlər. Valideyinlərinin yaşadıqları ev darısqal olduğundan o, məcburyət qarşısında qalıb hələlik onlarla yaşayır. Hazırda övladları ilə birlikdə Bakı şəhərində kirayələrdə yaşamalı olur və cavabdeh uşaqların saxlanması üçün ona maddi köməklik göstərmir. Məhz bu səbəbdən də uşaqların saxlanması üçün cavabdehdən sabit pul məbləğində alimentin alınıb ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, cavabdehin 600 manat alimenti ödəməyə imkanı var. Belə ki, cavabdehin mağazası var və hər ay normal qazanc əldə edir. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında bildirdi ki, evlərinin altında kiçik mağazası var, o, həmin mağazada şləyir və aylıq qazancı 300- 350 manat təşkil edir. İddia təlləbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil iddianı qəbul etməyərək, bildirmişdir ki, təmsil etiyi cavabdeh ifadəsində özü də bildirmişdir ki, özunün evlərinin altında dukanı var, orada işləyir ayda qazandığı 300-350 olur. İddia tələbində qeyd edilən alimenti ödəməyə onun imkanı çatmayacaq. Maddi vəziyyəti ilə əlaqədar hər ay maksimum 300 manat aliment ödəməyə imkanı çatır. Odur ki, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Nikah haqqında surətindən görünür ki, Cavabdeh Əizağa oğlu ilə X1 arasında nikah xx.xx.2004-cü il tarixdə Lənkəran ŞİHB-nın Gərmətük qəsəbə inzibati ərazi dairəsi nümayəndəliyində 20 saylı nikah akt qeydi ilə qeydə alınmışdır. Nikahdan sonra arvada Babayeva soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2015–ci il tarixdə Lənkəran rayonunda doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2013–cü il tarixdə Lənkəran rayonunda doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından Sevgi və Nazlı adlı iki uşaqları doğulmuşur. Uşaqlar hal hazırda yetkinlik yaşına çatmamaqla iddiaçının yanında qalırlar. Tərəflər arasında alimentin ödənilməsi ilə əlaqədar hər hansı saziş bağlanılmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Habelə həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansıəqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələblərini və uşaqların əvvəlki təminatının mümkün qədər saxlanılmalı olmasını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 180 manat olmaqla, cəmi 360 manat məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar aşağıdakıları qeyd edir: Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar hesab edir ki, himayəsində azyaşlı uşaqları olan iddiaçı 23 avqust 2024-cü il tarixdə aliment tələbi ilə məhkəməyə ərizə ilə müraciət etdiyindən alimentin tutulmasının başlanğıcı həmin tarixdən vaxtdan hesablanmalıdır. MPM-nin 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinin və «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinin tələbləri baxımından hazırkı iddia ərizəsinin verilməsinə görə 60 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də cavabdehdən 60 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən iddianın verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci də cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşağa görə 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Ödənilməli dövlət rüsumunun məbləği – 60 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia tələbi üzrə mediasiya xərci kimi ödənilmiş 60 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin ödənilməsi hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar