Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3130/2024 19.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X7, iddiaçnın nümayəndəsi: X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış borc məbləğinin tərəflər arasında bölünməsi” tələbi barədə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh ilə birgə nikah dövründə yaranmış və iddiaçı tərəfindən ödənilmiş 23.656.36 manat borca münasibətdə 11.828.18 manat pulun, mediasiya prosesinin keçirilməsi üçün ödədiyi 60 manat pulun və dövlət rüsumu kimi ödədiyi 170 manat pulun cavabdehdən alınıb mənə qaytarılması barədə qətnamə çıxarasınız. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1984-cü il tarixdə Lənkəran rayonu, Sütəmurdov doğulmuşdur. Cavabdeh ilə 05 iyun 2005-ci ildə el adəti ilə toyu olmuş və onlar faktiki nikaha daxil olmuşlar. Birgə nikahdan onların 05 mart 2006-cı ildə Zəhra, 07 avqust 2007-ci ildə Elvin adlı iki uşaqları doğulmuşdur. Uşaqlar hal-hazırda iddiaçının himayəsində və yanında yaşayır. Cavabdeh ilə nikahını 29 mart 2006-cı ildə rəsmiləşdirmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2248/2021 saylı. 25 avqust 2021- ci il tarixli qətnaməsi ilə nikahı pozulmuşdur. Lənkəran Rayon Qeydiyyat Şöbəsinin AZ-İ № 463301 saylı şəhadətnaməsi ilə 27 sentyabr 2021-ci il tarixdə nikahına xitam verilmişdir. Cavabdehla birgə nikahda olduğu dövrdə ailəyə sərf etməkdən ötrü onun adına olmaqla kredit götürmüşlər. Belə ki, cavabdehin təkidi ilə o, 02 fevral 2021-ci il tarixdə “GL’’ QSC ilə GL/0xx/xx/258276 saylı kredit (borc) müqaviləsi bağlayaraq 26350 manat kredit götürmüş və həmin pulu ailəsinin problemlərinin həll edilməsindən ötrü cavabdehə vermişdir. O, həmin pulu ailəsinin problemlərini həll etməkdən ötrü sərf etmişdir. Lakin həmin krediti iddiaçı tərəfindən həmin borc məbləği tam şəkildə ödənilmişdir. Sözü gedən kredit müqaviləsi üzrə verilmiş ödəniş cədvəlinə əsasən nikah pozulduqdan sonra cavabdehlə birgə nikah dövründə götürdüyü kreditin ödənilməsinin 23.656.36 manat hissəsi qalır. Cavabdeh həmin pulun ödənilməsindən ötrü ona heç bir köməklik göstərməmişdir. Həmin kredit borcunu özü ödəmişdir. Dəfələrlə şifahi müraciətinə baxmayaraq cavabdeh ona heç bir maddi yardım göstərməmişdir. O, da məcbur qalıb hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayənəsi X6 iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkənin yeri və vaxtı barədə cavabdehin elektron kabinetinə yerləşdirilməklə, habelə elektron SMS vasitəsi ilə dəfələrlə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən cavabdehi rəsmi məlumatlandırılmış hesab edərək işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış AZ-İ 228048 seriyalı nikah haqqında şəhadətnamədən surətindən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2006-cı il tarixdə 170 saylı aktla Lənkəran Rayon Qeydiyyat Şöbəsində nikahlarını rəsmiləşdirilmişd, nikahdan sonra arvada Aslanova, ərə Aslanov soyadı verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(049)-2248/2021 saylı qətnaməsindən (qiyabi) görünür ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli 170 saylı nikah qeydinin pozulması,iş üzrə iddiaçı Cavabdeh xx.xx.2006-cı il tarixdə doğulmuş X8 və xx.xx.2007-ci il tarixdə doğulmuş X9 anası X1 yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Lənkəran Rayon Qeydiyyat Şöbəsinin nikahın pozulması haqında AZ-İ 463301 nömrəli şəhadətnamədən görünur ki, Cavabdeh ilə X5 arasındakı nikah xx.xx.2021-ci il tarixdə, 252 nömrəli qeydə əsasən pozulmuşdur. Nikah pozulduqdan sonra qadına Əhmədova soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2021-ci il tarixli, GL/0xx/xx/258276 saylı kredit (borc) müqaviləsindən görünür ki, kreditor “GL’’ QSC tərəfindən borclu X3 36 ay müddətə, illik 36 faiz olmaqla yaşayış sahəsinin tikintisi və təmiri üçün bağlayaraq 26350 manat kredit verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş ödəniş cədvəlindən görünür ki, xx.xx.2021-ci il tarixli, GL/0xx/xx/258276 saylı kredit (borc) müqaviləsi üzrə aylıq ödəniş 1206.93 manat olmaqla sonuncu ödəniş tarixi xx.xx.2024-cü il tarixdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış ödəniş qəbzlərindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 170 manat, mediasiya iştirak üçün isə 60 manat rüsum ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli qərarının 4-cü bəndinin 2-ci hissəsində göstərilir ki, Ərarvadın ümumi birgə mülkiyyətinə daxil olan aktivlərin siyahısı Ailə Məcəlləsinin 32.2-ci maddəsində göstərilmişdir: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak. X11 4.7-ci bəndində göstərilir ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürdüyündən, ailənin ehtiyacları üçün alınmış pul vəsaiti ərin (arvadın) sahibliyinə verildiyi andan onların ümumi əmlakının aktivinə çevrilmiş olur. Bu səbəbdən birgə nikah dövründə ər-arvaddan hansının adına rəsmləşdirilməsindən asılı olmayaraq, onlar üçün ümumi öhdəliklər yaradan borc vəsaiti hesabına əldə olunmuş dəyərlər (o cümlədən müvafiq reyestrdə qeydə alınmış əşyalar, ipoteka kreditləri hesabına əldə edilmiş yaşayış sahələri və sair) ər-arvadın ümumi əmlakını təşkil edir və onlar arasında bölünür. X11 6.39-cu bəndində isə göstərilir ki, Ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər. Hazırkı işin hallarından görünür ki, tərəflər birgə nikahda olduğu dövrdə, yəni xx.xx.2021-ci il tarixdə GL/0xx/xx/258276 saylı kredit (borc) müqaviləsi bağlayaraq 26350 manat kredit götürmüş, bundan bir müddət sonra, yəni xx.xx.2021-ci il tarixdə tərəflər boşanmış və xx.xx.2021-ci il tarixdə tərəflər nikahın pozulması haqqında şəhadətnamə əldə etmişlər. Göründüyü kimi kredit müqaviləsi üzrə 26350 manat birgə nikah dövründə əldə edilmişdir. Hazırda isə tələb 23656.36 manata münasibətdə olmaqla həmin məbləğin yarısını, yəni 11.828.18 manat təşkil edir. Məhkəmə yuxarıda şərh olunan qanunvericilik normalarına, habelə Ali Məhkəmənin hüquqi mövqeyinə uyğun olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. MPM-in 119-cu maddəsinə əsasən, məhkəmə hesab edir ki, iddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 170 manat, habelə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı iddiası təmin edilsin. Cavabdeh 11.828.18 manat pul tutularaq iddiaçı X4 ödənilsin. İddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 170 manat və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-3130/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3130/2024
19.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver