Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3220/2022 31.10.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, iddiaçının nümayəndəsi və vəkili: Lənkəran Rayon Vəkil Bürosunda faəliyyət göstərən Vəkil, cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay 250 manat sabit pul məbləğində alimentin və Mediasiya Şurasına ödədiyi 55 manat məbləğində pulun Cavabdeh tutularaq ona verilməsi tələbini irəli sürmüşdür. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 2017-ci il tarixdə ailə quraraq nikahlarını rəsmiləşdirməmişlər. Onların birgə nikahından xx.xx.2018-ci il tarixdə Nənəqız adlı 1 uşaqları anadan olmuşdur. Tərəflərin evlilik dövründə münasibətləri normal olsa da sonradan korlanmış və faktiki xarakter almışdır. Cavabdehin ailəyə qarşı davranışlarının yaxşı olmaması səbəbilə onlar formal ayrılmışlar. Hal-hazırda uşaq sağsalamat bir ildən çoxdur ki, onunla himayəsində yaşayır. Cavabdeh bu günə kimi uşağı və onu axtarmamış, Rusiya Federasiyasında fərdi əməklə məşğul olsa da, (orada dükanı vardır) uşağına heç bir maddi köməklik göstərməmişdir. O, uşağın saxlanılması üçün minimum xərcləri özünün öhdəsinə götürməsinə baxmayaraq, atanın da uşağın saxlanması üçün lazım olan xərcləri ödəməsini tələb edir. Belə ki, o, heç yerdə işləmir və uşağına xidmət edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı tam müdafiə etdiyini bildirib, xx.xx.2018-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay, 250 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi və iddiaçının Mediasiya Şurasına ödədiyi 55 manat məbləğində pulun cavabdehdən tutularaq, iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddianı qismən qəbul edir, heç bir yerdə işləmir, ayda 130 manat aliment ödəyə bilər buna görə də iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh izahatını yazılı şəkildə məhkəməyə təqdim etmiş, izahat iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilmiş AZ-İV 123734 seriyalı doğum şəhadətnaməsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2018ci il tarixdə Masallı rayonunda doğulmuşdur. Atası Cavabdeh və anası İddiaçıdır. İş materiallarında olan və məhkəmədə elan edilmiş AZ-İ 353937 seriyalı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə Masallı rayonunda doğulmuşdur. Atası Cavabdeh və anası İddiaçıdır. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 296 nömrəli qeyd aparılmışdır. İş materiallarında olan və məhkəmədə elan edilmiş ailə münasibətləri ilə bağlı mübahisələrin yoluna qoyulması ilə bağlı tərəflərin X2 iştirak edilməsi barədə xx.xx.2022-ci il tarixli, MŞL-007585 Salı arayışdan görünür ki, İddiaçı X2 iştirak edərək 55 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və cavabdehi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddələrində göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə cavabdehin maddi və əmlak vəziyyətini, heç bir yerdə işləməməsini, uşağın atası olaraq alimentin ödəməsini vəzifəsi olmasını, eləcə də alimenti ödəmək istəyini və iddianı qismən qəbul etməsini nəzərə alaraq alimentin hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment iddiaçının məhkəməyə müraciət etdiyi 12 sentyabr 2022-ci il tarixdən hesablanmaqla tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin tutulması 12 sentyabr 2022-ci il tarixdən hesablansın. Qətnamənin alimentin alınması hissəsi dərhal icra olunsun. İddiaçı mediyasiya şurasına ödədiyi 55 manat mediyasiya xərci Cavabdeh tutularaq iddiaçıya verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-3220/2022
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3220/2022
31.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver