Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3232/2025 14.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «sabit pul məbləğində aliment» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixdə doğulmuş X5 və xx.xx.2016-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 300 manat olmaqla, hər ay iki uşaq üçün cəmi 600 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub onun xeyrinə ödənilməsi, ilkin mediasiya sissiyası zamanı onun tərəfindən ödənilmiş ilkin mediasiya sessiyasında iştirakla bağlı 60 manat mediasiya xərcinin və 320 manat vəkil xərcinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2013-cü ildə el adəti ilə toy edib faktiki nikaha daxil olmayaraq ailə qurmuşlar. Lakin nikahlarını rəsmiləşdirməmişlər. Nikahın rəsmiləşdirməsini istəsə də, Asif Rusiya Federasiyasında nikaha daxil olmalarını bildirərək faktiki nikaha Azərbaycanda daxil olmamışlar. Bu səbəbdən nikahlarını rəsmiləşdirmək mümkün olmamışdır. Onlar ailə qurandan sonra o, Masallı rayonu, Kürdəbaz kəndinə gəlin köçmüş və 1 ay Asifin ata evində yaşadıqdan sonra Rusiya Federasiyasının Komi Respublikasının Sindor şəhərinə köçmüşlər. Sindor şəhərində birgə münasibətlərindən xx.xx.2014-cu il tarixində X5 və xx.xx.2016-cı il tarixində X3 anadan olmuşlar. Uşaqlar hazırda sağ və salamat olmaqla onun himayəmdə yaşayırlar. Cavadehlə aralarında olan nikah rəsmiləşdirilmədiyindən uşaqların atalığı müəyyən edilmiş və bu barədə onlara şəhadətnamələr verimlişdir. Cavabdehlə ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Hazırda da o, valideynlərinin yaşadığı ünvanda yəni, ünvan 1 yaşayır. Cavabdeh uşaqların normal olaraq ehtiyaclarını qarşılamadığından o, valideynlərinin köməkliyi ilə uşaqların ərzaq və geyim ehtiyaclarını qarşılıyır. Cavabdeh hazırda aşpaz işləyir və şəxsi maşını ilə alver etməklə normal pul qazansa da, bir valideyn kimi uşaqların saxlanılması üçün ona maddi köməklik göstərməmişdir. Uşaqların maddi ehtiyacının ödənilməsində anası köməklik edir. Cavabdeh isə hal-hazıradək uşaqların saxlanılması üçün heç bir maddi köməklik etməmiş, özü isə uşaqları saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Cavabdehlə uşaqları və o, əlaqə saxlayaraq maddi köməklik göstərməsini xahiş etsələr də, cavabdeh bir valideyn kimi borcunu yerinə yetirmir. Cavabdeh uşaqların saxlanılması üçün könüllü olaraq ona maddi cəhətdən köməklik etmədiyindən aliment tələbi ilə məhkəmədə iddia qaldırmaq qərarına gəlmiş, iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən əvvəl, qanunvericiliyin tələbinə uyğun olaraq qeydiyyatda olduqları rayon üzrə Lənkəran şəhərində fəaliyyət göstərən Lənkəran 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Mediator tərəfindən təyin edilmiş mediasiya prosesində cavabdeh iştirak etməmiş və buna görə də ilkin mediasiya sessiayasında iştirak edilməməsi barədə arayış verilmişdir. Məhz bu səbəbdən də aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş: Doğum haqqında şəhadətnamənin azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2014-cü il tarixdə Rusiya Federasiyası, Komi Respublikası, Uxta şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası isə İddiaçı kimi qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2016-cı il tarixdə Rusiya Federasiyası, Komi Respublikası, Uxta şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası isə İddiaçı kimi qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli, MŞL/MT014/2025-00854 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə ilkin mediasiya sessiyasında iştirak etməmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı 60 manat mediasiya xərci ödəmişdir. 25268 №-li, xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Lənkəran Rayon Vəkil Bürosunun hesabına 321 manat vəsait köçürülmüşdür. Belə ki, iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 2013-cü ildə el adəti ilə toy edib faktiki nikaha daxil olmayaraq ailə qurmuşlar, nikahlarını isə rəsmiləşdirməmişlər. Onların faktiki nikahından xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. İddiaçı həmin uşaqların saxlanmasından ötrü Cavabdeh hər ay bir uşaq üçün 300 manat, iki uşaq üçün cəmi 600 manat sabit pul məbləğində aliment tələb edir. Məhkəmə iş üzrə iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. BMT-nin Baş Məclisinin 20 noyabr 1959-cu il tarixli, 1386 saylı qətnaməsi ilə elan edilmiş «Uşaq Hüquqları Bəyannaməsi»nin 6-cı prinsipində göstərilir ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır, o, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi maddi təminat mühitində böyüməlidir; azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddələrində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Bu baxımdan Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşağın saxlanması üçün zəruri olan xərcləri tərəflər bərabər olaraq ödəməlidirlər. İddiaçının hər ay uşaqlara görə 300 manat sabit pul məbləğində alimentin tutulması tələbini müzakirə edərkən məhkəmə yuxarıda sadalanmış normaların müddəalarına əsasən hesab edir ki, iddiaçı cavabdehin maddi və ailə vəziyyəti, həmçinin cavabdehin həmin məbləği ödəməyə imkan verən maddi vəziyyəti və diqqətəlayiq olan digər halların mövcudluğunu təsdiqləyən hər hansı sübut təqdim etmədiyindən bu tələb qismən təmin olunmalıdır. BMT Baş Məclisinin 1989-cu il 20 noyabr tarixli 44/25 nömrəli qərarı ilə təsdiq edilmiş, 1990-ci il 2 sentyabr tarixindən qüvvəyə minmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ölkə üzrə 2025-ci il üçün isə minimum aylıq əmək haqqının məbləği 400 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, aliment tələbi ilə bağlı iddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, tərəflərin faktiki nikahından doğulmuş Ayxan və Aylin adlı uşaqların saxlanması üçün alimentin tutulmasının başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalı, alimentin məbləği 2025-ci il ölkə üzrə müəyyən edilən minimum əmək haqqına münasibətdə aparılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, tərəflərin faktiki nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 234.2 və 234.2.1-ci maddələrinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İddia tələbi üzrə ödənilmiş 60 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. MPM-nin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddiaçının ödədiyi 320 manat vəkil xərcindən 200 manat pulun Cavabdeh tutularaq İddiaçı verilməsini ağlabatan hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il tarixdə doğulmuş X5 və xx.xx.2016-cı il tarixdə doğulmuş X1 üçün Cavabdeh sonrakı artırmalar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi üzrə ödənilmiş 60 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi üzrə ödənilmiş 320 manat vəkil xərcinin 200 manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-3232/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3232/2025
14.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver