Məhkəmə qərarları › İş №2(049)-3274/2022

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3274/2022

15.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3274/2022 15.11.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, iddiaçı: İddiaçı, iddiaçının nümayəndəsi və vəkili: Lənkəran Rayon Vəkil Bürosunda faəliyyət göstərən Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay 250 manat sabit pul məbləğində alimentin və Mediasiya Şurasına ödədiyi 55 manat məbləğində pulun Cavabdeh tutularaq ona verilməsi tələbini irəli sürmüşdür. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 2018-ci il tarixdə ailə quraraq nikahlarını xx.xx.2019-cu il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahından xx.xx.2019-ci il tarixdə Ziya adlı uşağı anadan olmuşdur. Cavabdeh ilə ailə qurarkən onu yaxından tanımamış və onun xasiyyətinə bələd olmamışdır. Ailə qurandan ər-arvad kimi yaşasa da, cavabdehin ailəyə qarşı davranışının yaxşı olmadığını görmüşdür. Belə ki, uşağa və ailəsinə məsuliyyətsiz yanaşır. Cavabdeh ilə birlikdə yaşadığı vaxtda həmişə mübahisə etmişdir. Cavabdeh öz uşağını və iddiaçını axtarmır. Hər hansı maddi yardım etmir. Cavabdeh Bakı şəhərində fərdi əməklə məşğul olur. Ev təmir edir. Onunla yaşadığı vaxtda buna şahidi olmuşdur. Cavabdeh mediyasiya prosessində iştirak etməmişdir. Uşaq üçün ay aylıq xərc 400 manatdan çoxdur. Cavabdehin aylıq gəliri 2000 manat çoxdur. Cavabdeh uşağa baxmaq üçün pul tələb edəndə hər dəfə 30 və ya 50 manat pul göndərir. Ona görə aliment tələbinə dair məhkəməyə müraciət etməyə qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı tam müdafiə etdiyini bildirib xx.xx.2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay 250 manat sabit pul məbləğində alimentin və Mediasiya Şurasına ödədiyi 55 manat məbləğində pulun Cavabdeh tutularaq, iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış AZ-İİ 349722 nömrəli şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X4 xx.xx.2019-cu il tarixdə nikahlarını rəsmiləşdirmiş və ərə Vəzirov, arvada Vəzirova soyadı verilməklə 308 nömrə ilə Lənkəran Rayon Qeydiyyat Şöbəsində qeydə alınmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış AZ-İV 313823 seriyalı doğum şəhadətnaməsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2019-cu il tarixdə Lənkəran rayonunda doğulmuşdur. Atası Cavabdeh və anası X1r. İş materiallarında olan və məhkəmədə elan edilmiş ailə münasibətləri ilə bağlı mübahisələrin yoluna qoyulması ilə bağlı tərəflərin X2 iştirak edilməsi barədə xx.xx.2022-ci il tarixli, MŞL-00842 Saylı arayışdan görünür ki, İddiaçı X2 iştirak edərək 55 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə işdə iştirak edən iddiaçını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddələrində göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə cavabdehin maddi və əmlak vəziyyətini, heç bir yerdə işləməməsini, lakin uşağın atası olaraq alimentin ödəməsini vəzifəsi olmasını nəzərə alaraq alimentin hər ay 150 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment iddiaçının məhkəməyə müraciət etdiyi 19 sentyabr 2022-ci il tarixdən hesablanmaqla tutulmalıdır. MPM-nin 234.2 və 234.2.1-ci maddələrinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. MPM-nin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin. Alimentin hesablanması xx.xx.2022-ci il tarixdən hesablansın. Mediasiya xərci kimi ödənilmiş 55 manat pul Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamə aliment hissəsində dərhal icraya yönəldilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar