Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-330/2024 29.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında 29 yanvar 2024-cü il tarixdə baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: X2 Rəşad Cəfər oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2009-cu-cü il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay, hər birinə 200 manat olmaqla, cəmi 600 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasın xahiş etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının adı syadı “Nəzərova” düyil “Əliyeva”dır, adı isə “Elmira” deyil, “Elmirə” dir. İddiaçı, iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə aralarındakı nikah xx.xx.2015-ci il tarixdə rəsmiləışdirlmiş və xx.xx.2023-cü il tarixdə pozulmuşdur. Cavabdehlə ayrıldıqdan sonra üç övladları ilə valideynlərinin evində yaşayır. xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X5 adlı uşaqlarının bütün qayğı yükü onun üzərindədir. Uşaların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Cavabdeh valideyn olaraq övladlarına heç bir maddi və mənəvi dəstək göstərmir. Üşaqlar azyaşlıdırlar və onların tələbatlarını ödəməyə çox çətinlik çəkir, heç bir yerdə işləmir və xəstədir. Cavabdehin bir valideyn olaraq məsuliyyətdən yayınmasını istəmir. Ona görə məhkəmə qaydasında üç uşağa görə alimentin tutulmasını məqsədə müvafiq hesab edir. Məhkəmədə iclasında iddiaçı iddia tələbini azaldaraq Cavabdeh xx.xx.2009-cu-cü il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay, hər birinə 100 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasın xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddianı bütövlükdə qəbul etdiyini bildirmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında başlanmış nikahın pozulması akt qeydiyyat kitabında xx.xx.2009-cu il tarixdə, 586 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2009-cü il təvəllüdlü X9, xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X5 anadan olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddianı qəbul edib onu etiraf etdiyindən bu məhkəmə tərəfindən təsdiq edilməli, iddia üzrə iddiaçının irəli sürdüyü tələb təmin olunmalı, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay, hər bir uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının «X12» Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddia ərizələrə görə dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10 000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə qeyd edir ki, hazırda uşaqların saxlanması üçün ayda 300 manat miqdarında alimentin tutulması nəzərə alınmışdır. Alimentin alınması haqqında iddianın bir il ərzində ödəmənin cəmi 3600 manat təşkil eləyir (300 manat x 12 aya = 3600). Buna görə də cavabdehdən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni (3600- 1000=2600) 2600 manat məbləğin 1%-i olan 26 manat, cəmi (30+26=56) 56 manat dövlət rtüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir» Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, Cavabdeh hər ay, hər uşaq üçün 100 manat olmaqla,cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Qətnamə dərhal icra olunsun. Cavabdedh Cavabdeh 56 manat dövlər rüsumu tutularaq Dövlət hesabına köçürülsün. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X13
Məhkəmə qərarları › İş №2(049)-330/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-330/2024
29.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver