Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-331/2023 07.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ X5 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 iştirakı ilə İddiaçı Mehtiyeva (Həsənova) Turac Oktay qızına qarşı aliment miqdarının azaldılması tələbinə dair iddiasına 07 mart 2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Mehtiyeva (Həsənova) Turac Oktay qızına qarşı alimetin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2013-cü il tarixində, onunla rəsmi qayda da nikaha daxil olmuş və bir müddət sonra Məhkəmədən həmin nikahın ləğv olunmasını xahiş etmişdir. Lakin Məhkəmə ona heç bir xəbər vermədən, xx.xx.2013-cü il tarixində dünyaya gəlmiş övladları Həsənzadə Mirəzizin yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay ondan 150 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Həsənova (Mehtiyeva) Turac Oktay qızına verilməsi ilə bağlı qətnamə çıxarmışdır. Bu günkü gündə mütəmadi olaraq həyat yoldaşı ilə əlaqə saxlayır. Onun 65 yaşı xx.xx.2022-ci ildə tamam olmuşdur. Artıq təqaüdçüdür. Təqaüdü 240 manat təşkil edir. Sadalanları nəzərə alaraq məhkəmədən xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanlması üçün xx.xx.2021-ci il tarixli, 2(049)-1956/2021 saylı qətnamə ilə müəyyən edilmiş 150 manat alimentin miqdarının 60 manata kimi azaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizə ilə iddiasına əlavə edərək məhkəmədən xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanlması üçün xx.xx.2021-ci il tarixli, 2(049)-1956/2021 saylı qətnamə ilə müəyyən edilmiş 150 manat alimentin miqdarının azaldaraq pensiyasınıln ¼ hissəsi miqdarında müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, tərəflər iclasa gəlməmiş, iddiaçı məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh və onun nümayəndəsi isə gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək, onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki işdə olan Lənkəran Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(049)- 1956/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh Oktay qızı ilə cavabdeh İddiaçı arasında xx.xx.2013-cü il tarixdə Lənkəran rayon Qeydiyyat şöbəsində 21 sayla qeydə alınmış nikah pozulmuş, xx.xx.2013-cü il tarixdə doğulmuş X1 anasının yanında qalmaqla yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq İddiaçı hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh Oktay qızına verilməsi qət edilmişdir. İşdə olan 2 saylı Bakı DOST mərkəzinin arayışından görünür ki, İddiaçı hal-hazırda yaşa görə 240 manat məbləğində əmək pensiyası alır. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarının 1-ci bəndində qeyd etmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 2-ci bəndində isə qeyd edilmişdir ki, ...Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Hazırda uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi alimentin müəyyən olunmuş miqdarını dəyişdirilməsi üçün qanunvericilik iki şərtin mövcud olmasını zəruri hesab edir. Bulardan birinci şərt tərəflərdən istənilən birinin ailə vəziyyətində dəyişiklik, ikinci şərt isə - tərəflərdən istənilən birinin maddi vəziyyətində dəyişiklik olmasıdır. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Lənkəran Rayon Məhkəməsi hazırki iş üzrə iddiaçının gəlirlərinin olmaması qənaətindən çıxış edərək özünün 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə alimenti sabit pul məbləğində qət etmişdir. Aliment qət edildikdən sonra o, 240 manat pensiya almağa başlamışdır. Yəni, aliment qət edildikdən sonra, iddiaçının maddi vəziyyəti pisləşməmiş, əksinə yaxşılaşmışdır. Belə ki, onun qazancı bəlli olmadığı halda məhkəmə 150 manat aliment qət etmişsə, indi iddiaçının artıq qazancı mövcuddur və 240 manat təşkil edir. Bundan əlavə iddiaçı, aliment qət edildiyi müddətlə ondan sonrakı müddətdə özünün maddi vəziyyətində hər hansı bir dəyişiklikliyin baş verdiyinə dair sübutunu məhkəməyə təqdim etməmişdir. Yəni hazırda 240 manat pensiya aldığını göstərsə də, aliment qət edildiyi zaman onun gəlirlərinin 240 manatdan yuxarı olduğuna dair sübutunu iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Lənkəran Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyən olunduqdan sonra iddiaçının maddi vəziyyətində dəyişikliklərin olması sübuta yetrilmədiyindən İddiaçı Cavabdeh Oktay qızına qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq , məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh Oktay qızına qarşı xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanlması üçün Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)- 1956/2021 saylı qətnamə ilə müəyyən edilmiş 150 manat alimentin miqdarının azaldaraq pensiyasınıln ¼ hissəsi miqdarında müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X6
Məhkəmə qərarları › İş №2(049)-331/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-331/2023
07.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver