Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3388/2022 28.11.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi X8, iddiaçının nümayəndəsi: X4 iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 08 iyul 2018-ci il tarixdə doğulmuş X9 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay 250 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi tələbini irəli sürmüşdür. İddia ərizəsi onunla əsaslandırılmışdır iddiaçı ilə cavabdeh olan Mingəçevir şəhər sakini Cavabdeh ilə 2017-ci ildə qeyri-rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2018-ci ildə X12 doğulmuşdur. 13 dekabr 2018-ci ildə X11 atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilmişdir. Eşqinin atası Cavabdeh hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydlər kitabında xx.xx.2018-ci ildə 355 nömrə ilə Masallı "Asan" xidmət mərkəzində qeyd edilmişdir. Ailə həyatının ilk vaxtlarında Bakı şəhərində kirayə yaşamış, cavabdeh iddiaçını aldadaraq əvvəl subay olduğunu bildirmişdir. İddiaçı 1 ildən sonra öyrənmişdir ki, o evlidir və 2 uşaq atasıdır. Buna görə söz-söhbət yaranmışdır. Cavabdeh son vaxtlar evə gəlmir, ailəyə və uşağa baxmır, ərzaq alıb gətirmirdi. Bu da narazılığın yaranmasına səbəb olurdu. Cavabdeh, artıq 3 aydan çoxdur ki, iddiaçıdan və uşağından ayrı yaşayır. İddiaçıda olan məlumata görə caavbdeh 1-ci arvadının yanında qalır. Hazırda ərzaq, geyim, dərman pereparatlarının qiyməti çox yüksəkdir. Bir tək ana kimi mən bunların öhdəsindən gələ bilmir. Cavabdeh son vaxtlara ilədə dəfələrlə iddiçıya əl qaldırmış və döymüşdür. Onunla yaşamaq çox çətindir. Cavabdeh faktiki nikahdan doğulmuş X1 üçün heç bir köməklik göstərmir. Onun qayğısına qalmır. Uşağın tək qayğısını iddiaçı və iddiaçının valideynləri çəkir. Uşaq kiçik yaşlı (4 yaş) olduğu üçün iddiaçı işləyə bilmir. Belə olan halda uşağı saxlamaq və böyütmək üçün çavabdeh də məsuliyyət daşımalıdır. Əgər cavabdeh uşağı saxlamırsa, onda uşağı saxlamaq üçüçn vəsait yəni aliment ödəməlidir. Cavabdeh Bakı şəhərində "Motodrom Servisdə" işləyir aylıq əmək haqqı 3000 manatdan çoxdur. Özü tam təminatlıdır. Həm də öz övladına məhkəmə qaydasında aliment ödəməyə razıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 iddianı tam müdafiə etdiyini bildirib 08 iyul 2018-ci il tarixdə doğulmuş X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə teleqram vuraraq ondan 150 manat aliment tutuımasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış AZ- İV 197745 seriyalı doğum şəhadətnaməsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2018-ci il tarixdə Bak şəhəri, Yasamal rayonunda doğulmuşdur. Atası Cavabdeh və anası İddiaçıdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış AZ-İ 346357 nömrəli şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh X2 doğulmuş X5 atası hesab edilmiş və bu barədə qeyd 13 dekabr 2018-ci il tarixdə, 355 nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan və məhkəmədə elan edilmiş xx.xx.2022-ci il tarixli, MŞL-00904 saylı arayışdan görünür ki, cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, X13 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə çilingər-yığıcı vəzifəsində işləyir və 300 manat əmək haqqı alır. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddələrində göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, uşağın qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə cavabdehin maddi və əmlak vəziyyətini, aylıq 300 manat əmək haqqı almasını, himayəsində daha iki uaşğının olmasını, lakin uşağın atası olaraq alimentin ödəməsini vəzifəsi olmasını nəzərə alaraq alimentin hər ay 175 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment iddiaçının məhkəməyə müraciət etdiyi 29 sentyabr 2022-ci il tarixdən hesablanmaqla tutulmalıdır. MPM-nin 234.2 və 234.2.1-ci maddələrinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. MPM-nin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixdə doğulmuş X9 yetkinlik yaşına çatanadək Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı odənilsin. Alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icraya yönəldilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-3388/2022
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3388/2022
28.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver