Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3399/2023 24.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 iyun 2017-ci il tarixdə doğulmuş oğlu X5 və 28 mart 2019-cu il tarixdə doğulmuş oğlu X1 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü, 11 aprel 2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat, ümumilikdə cəmi 500 (beş yüz) manat sabit pul məbləğində aliment pulunun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh şəxs Cavabdeh ilə el adəti ilə Azərbaycan Respublikasının Lənkəran şəhərində toy etməklə, nikahları isə rəsmi olaraq 20 aprel 2018-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhər VVAQ İdarəsinin İzmailovsk VVAQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 528 № ilə qeyd etdirməklə nikah münasibətlərinə daxil olaraq onunla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 18 iyun 2017-ci il tarixdə X5 və 28 mart 2019-cu il tarixdə X6 ad və soyadlı iki oğlan övladları doğulmuşdur. Verdiyi nikahın pozulmasına dair iddia ərizəsi və ya tələbi əsasında Rusiya Federasiyası Moskva vilayəti Lyubertsı məhkəmə dairəsinin 321 saylı məhkəmə sahəsinin sülh məhkəməsinin 14 fevral 2022-ci il tarixdə qəbul etdiyi İş № 2- 54/2022 UİD 5OMSO3xx-xx-2022-00012-64 saylı qərarı ilə cavabdehlə onun arasında 20 aprel 2018-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhər VVAQ İdarəsinin İzmailovsk VVAQ şöbəsində qeydə alınmış nikah 528 saylı akt qeydinə xitam verilmişdir. Sözügedən qərardan şikayət verilmədiyi və 14 mart 2022-ci il tarixdə qanuni qüvvəsini aldığı üçün 16 aprel 2022-ci il tarixdə Moskva vilayəti, VVAQ baş idarəsinin Lyubertsı, Litkarino və Kotelniki şəhər dairələri VVAQ İdarəsinin rayonlararası 1 № li şöbəsi tərəfindən ona 95000114 saylı nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Hal-hazırda o, Lənkəran rayonunun Şıxəkəran kəndində valideynlərinə məxsus evində azyaşlı uşaqları ilə birlikdə yaşayır. Cavabdeh uşaqlarının atası sayılmasına baxmayaraq, nə o hamilə olduğu dövrdə, nə də ki, uşaqları dünyaya gətirərkən onunla və uşaqları ilə maraqlanmamış, həmin vaxt da, ondan sonrakı dövrlərdə də hər zaman ona və uşaqlarına qarşı laqeydlik, biganəlik nümayiş etdirmişdir. Bütün xəstəxana və həkim xərclərini özü və ya onun valideyni çəkmiş və ya təmin etmişdir. Uşaqlar doğulduqdan sonra da cavabdeh uşaqlarına baxmamış, hazırda da baxmır, maddi-sosial və ya digər hər hansı bir problemlərinin həllində yardımçı və ya dəstək olmur. Cavabdehlə birgə nikahda olduğu müddətdə və ya dövrdə bu ondan hər zaman mütəmadi olaraq şiddət, təzyiq, təhqir və hədyanlar eşitmişdir. Məhz, elə bu səbəbən də bu şəxslə yaşamağın qeyri-mümkün olduğunu görüb onunla ayrılmışdır. Hal-hazırda uşaqlarına baxmağı ilə bağlı o, müxtəlif yerlərdə ən ağır şərtlər altında və çətin zəhmət tələb edən işlərdə günəmuzd işləməklə övladlarını saxlamağa çalışır. Uşaqları ilə birlikdə valideyninin himayə və qayğısı altında onlara məxsus, fərdi yaşayış evində yaşayır. Hal-hazırda uşaqları Davud və Adnan sağsalamatdır və onun himayəsindədir. O, valideyninin köməyi istisna olunmaqla uşaqlarına təkbaşına baxır, onların saxlanılmasında, qidalanmasında, sağlamlığının qorunmasında və s. qayğılarının çəkilməsində də o təkcə, heç kimin - xüsusən də atası sayılan bu şəxsin cavabdehin hər hansı bir köməyi olmadan iştirak edir. 11 aprel 2023-cü il tarixdə yazaraq tərtib etdiyi və elə həmin tarixdə də Lənkəran rayonunun Siyavar kəndində yaşayan Cavabdeh poçt vasitəsi ilə məktub ünvanlayaraq ondan aliment ödəməsini tələb etmişdir. Bu səbəbdən hesab edir ki, məhkəmə tərəfindən, iddiaçının, yəni, mənim aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyündən, cavabdehə rəsmi qaydada yazılı məktubla, poçt vasitəsilə müraciət etdiyindən, lakin aliment ödəməli olan şəxsin, yəni, cavabdehin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığından, əvvəlki dövr üçün alimentin verilməsi 11 aprel 2023-cü il tarixdən hesablanılmalıdır. Cavabdeh iddiaya qarşı məhkəməyə ünvanladığı etirazında göstərmişdir ki, o, İddiaçı ilə faktiki nikah münasibətinə daxil olub 2016-cı ilin iyun ayında Lənkəran şəhərində toy mərasimi təşkil etməklə ailə həyatı qurmuşdur. Toydan 3 gün sonra Rusiya Federasiyasının Moskva şəhərinə getməklə iddiaçı ilə birlikdə yaşamışlar. 20 aprel 2018-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhər VVAQ idarəsinin İzmailovsk VVAQ şöbəsində nikahın bağlanması haqqında 528 saylı akt əsasında nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 18 iyun 2017-ci il tarixdə X8 oglu və 28 mart 2019cu il tarixdə X6 adlı iki uşağı doğulmuşdur. İlk dövrlərdə ailə münasibətləri normal olsa da, sonradan iddiaçının hərəkətləri ucbatından nikahları pozulmuşdur. İddiaçı nikahın pozulmasına dair iddia ərizəsi ilə Rusiya Federasiyasının Moskva vilayəti Lyubertsi məhkəməsinə müraciət etmiş və məhkəmənin qərarı ilə aralarındakı nikah pozulmuşdur. Aşağıda göstərilən əsaslar üzrə hesab edir ki, iddia qismən əsaslıdır və ona görə də qismən təmin edilməlidir. Belə ki, o, uşaqlarının iddiaçının yanında saxlanılmasına etiraz etmir və bir valideyn kimi aliment ödəməklə bağlı öhdəliyini dərk edir. Lakin hər ay hər uşağa görə 250 manat olmaqla cəmi 500 manat sabit pul məbləğində alimentin ödənilməsinin, həmçinin aliment məhkəməyə müraciət edilən tarixdən ödənilməli olduğu halda, 11 aprel 2023-cü il tarixdən başlayaraq alimentin iddiaçının xeyrinə tutulmasının heç bir hüquqi əsası olmadığından iddia tələbini bu hissələrdə qanunsuz və əsassız hesab edir. O, hazırda Rusiya Federasiyasının Moskva vilayəti Lyubertsi şəhərində "xxxx" şirkətində “dəmirçi” vəzifəsində çalışır. Hər ay 24000 rus rublu əmək haqqı alır. Azərbaycan manatına məzənnə ilə bu pul 408 manat təşkil edir. Ona görə də aliment sabit pul məbləğində deyil, əmək haqqının 1/3 hissəsi miqdarında tutulmalıdır. Məhkəmənin 09 oktyabr 2023-cü il tarixdə keçirilmiş hazırlıq iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ünvanladığı ərizəsində üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, onun iştirakı olmadan işə baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil etirazın dəlillərinə uyğun çıxış edərək, iddianın qismən təmin edilməsinə, yəni 11 aprel 2023-cü il tarixdən deyil, iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan cavabdehin əmək haqqının 1/3 hissəsi miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasına razı olduqlarını bildirdi. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş: Vİİİ-MЮ 641831 №-li “Doğum haqqında şəhadətnamə”nin rus dilindən azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2017-ci il tarixdə Rusiya Federasiyası Moskva şəhərində anadan olmuş, bu barədə xx.xx.2017-ci il tarixdə 980 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. Uşağın atası Cavabdeh, anası İddiaçıdır. Doğumun dövlət qeydiyyatı yeri Moskva VVAQ İdarəsinin İsmayılovo VVAQ şöbəsidir. X-MЮ 551772 №-li “Doğum haqqında şəhadətnamə”nin rus dilindən azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə Rusiya Federasiyası Moskva şəhərində anadan olmuş, bu barədə xx.xx.2019-cu il tarixdə **********03500323005 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. Uşağın atası Cavabdeh, anası İddiaçıdır. Doğumun dövlət qeydiyyatı yeri 97750035 saylı Moskva 35 saylı VVAQ orqanı Qolyanovo rayon dövlət xidmətlərinin göstərilməsi üzrə çoxfunksiyalı mərkəzdir. Rus dilindən azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş Rusiya Federasiyası Moskva vilayəti Lyubertsı məhkəmə dairəsinin 321 saylı məhkəmə sahəsinin sülh məhkəməsinin 14 fevral 2022-ci il tarixdə qəbul etdiyi iş № 2-54/2022 UİD 5OMSO3xx-xx-2022-00012-64 saylı qərarından görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması ilə bağlı iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 20 aprel 2018-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhər VVAQ İdarəsinin İzmailovsk VVAQ şöbəsində qeydə alınmış 528 saylı nikah akt qeydinə xitam verilmişdir. “Nikahın pozulması haqqında Şəhadətnamə”nin rus dilindən azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 16 aprel 2022-ci il tarixdə Moskva vilayəti, VVAQ baş idarəsinin Lyubertsı, Litkarino və Kotelniki şəhər dairələri VVAQ İdarəsinin rayonlararası 1 № li şöbəsi tərəfindən ona 95000114 saylı nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. 24 iyul 2023-cü il tarixli, MŞL-01559 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. Müvafiq ödəniş qəbzindən görünür ki, İddiaçı 55 manat mediasiya xərci ödəmişdir. Rus dilindən azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş 24 aprel 2023-cü il tarixli 14 №-li əmək müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-də xx.xx.2023-cü il tarixdə 5-ci dərəcəli tənəkəçi vəzifəsinə işə qəbul edilmiş, ştat cədvəlinə əsasən o, hər ay 24000 (iyirmi dörd min) rubl əmək haqqı alır. DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh Lənkəran rayonu, Siyavar kəndində qeydiyyatdadır. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh nikahından xx.xx.2017-ci il tarixdə X5, xx.xx.2019-cu il tarixdə X7 adlı iki uşağı doğulmuşdur. Tərəflərin nikahı pozulmuş, hazırda uşaqlar sağ və salamat olmaqla iddiaçının himayəsində yaşayırlar. İddiaçı həmin iki nəfər uşağın yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü, 11 aprel 2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat, ümumilikdə cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsini xahiş edir. Cavabdeh isə iddiaya qarşı etirazında iddianı qismən qəbul etdiyini, yəni tutulacaq alimentin 11 aprel 2023-cü il tarixdən deyil, iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan onun əmək haqqının 1/3 hissəsi miqdarında aliment tutulmasına razı olduğunu bildirir. BMT-nin Baş Məclisinin 20 noyabr 1959-cu il tarixli, 1386 saylı qətnaməsi ilə elan edilmiş «Uşaq Hüquqları Bəyannaməsi»nin 6-cı prinsipində göstərilir ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır, o, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi maddi təminat mühitində böyüməlidir; azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddələrində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Bu baxımdan Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşağın saxlanması üçün zəruri olan xərcləri tərəflər bərabər olaraq ödəməlidirlər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. İddiaçının hər ay bir uşağa görə 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutulması tələbini müzakirə edərkən məhkəmə yuxarıda sadalanmış normaların müddəalarına əsasən hesab edir ki, iddiaçı cavabdehin maddi və ailə vəziyyəti, həmçinin diqqətəlayiq olan digər halların mövcudluğunu təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı tələbində sabit pul məbləğində aliment tutulmasını xahiş etdiyi halda, cavabdeh onun aldığı əmək haqqının 1/3 hissəsi miqdarında aliment tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün cavabdehdən tərəflərin nikahından doğulmuş Davud və Adnan adlı uşaqların saxlanılmaları üçün hər ay bir uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə gəldiyi nəticəni həmçinin onunla əsaslandırır ki, MPM-nin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hazırki iddia tələbində iddiaçı sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Eyni zamanda cavabdeh etirazında və ona əlavə etdiyi sənədlərdə hər ay 24000 rus rublu əmək haqqı aldığını bildirir. Azərbaycan manatına məzənnə ilə həmin məbləğ hazırki tarixə 408 manat təşkil edir. Göstərilən 408 manat məbləğin 1/3 hissəsi 136 (bir uşağa görə 68 manat) manat təşkil etdiyindən və həmin məbləğ iki uşağın saxlanmasına görə ölkə üzrə uşaqlar üçün 2023-cü il üçün müəyyənləşdirilmiş yaşayış minimumu ilə müqayisədə əhəmiyyətli dərəcə az məbləğ olduğundan və reallıqla uzlaşmadığından məhkəmə cavabdehin əmək haqqının müvafiq hissəsi miqdarında aliment tutulmasını ədalətli və ağlabatan hesab etmir. BMT Baş Məclisinin 1989-cu il 20 noyabr tarixli 44/25 nömrəli qərarı ilə təsdiq edilmiş, 1990-ci il 2 sentyabr tarixindən qüvvəyə minmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, işləmək və hər ay cəmi 300 manat məbləğində aliment ödəməyə imkan verən səviyyədə qazanc əldə etmək imkanına malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı X4 11 sentyabr 2023-cü il tarixdə məhkəməyə müraciət etdiyi halda alimentin 11 aprel 2023-cü il tarixdən, yəni cavabdehə aliment ödəməsi ilə bağlı müraciət ünvanladığı tarixdən aliment tutulmasını tələb edir. Məhkəmə qanunvericiliyin qeyd olunan imperativ tələbinə əsaslanaraq hesab edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixində müraciət etdiyi üçün cavabdehdən aliment həmin tarixdən başlayaraq tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmələr nəzərə alsınlar ki, aliment tutulması və alimentin miqdarının artırılması tələbinə dair iddialar iddiaçının seçməsinə görə onun yaşadığı yerə görə də verilə bilər (MPM-in 36.3-cü maddəsi). Yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi); Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay cavabdehdən 300 manat məbləğində alimentin tutulması nəzərə alınmaqla bir il ərzində ödəmələrin məcmusu 3600 manat təşkil edir. Göründüyü kimi, aliment tələbi barədə iddianın qiyməti iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq da 1000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni 56 manat (30+26) təşkil edir. Sadalanmış normalara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddianın qiymətinə mütənasib olaraq 56 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq 18 iyun 2017-ci il təvəllüdlü X5 və 28 mart 2019cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə 150 (bir yüz əlli) manat olmaqla, iki uşaq üçün cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddianın verilməsinə görə ödənilməli dövlət rüsumunun məbləği 56 (əlli altı manat) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-3399/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3399/2023
24.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver