Məhkəmə qərarları › İş №2(049)-3411/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3411/2023

07.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3411/2023 07.11.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi:X4, iddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 08 aprel 2017-ci il tarixdə doğulmuş X5 və 30 avqust 2019-ci il tarixdə X2 yetkinlik yaşına çatanadək iddiaçının yanında saxlanılması və 08 aprel 2017-ci il tarixdə doğulmuş X5 və 30 avqust 2019-ci il tarixdə X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat olmaqla iki uşağa cəmi 400 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında 25 iyun 2015ci il tarixdə, Lənkəran rayonu, Gərmətük qəsəbə icra nümayəndəliyində, nikahın bağlanması haqqında akt qeydləri kitabın 05 № li, AZ-T № 059604 saylı, “Nikah haqqında şəhadətnamə” ilə qeyd etdirməklə nikaha daxil olmuşlar. 01 iyun 2015-cü il tarixdə, “Ağ saray” şadlıq evində qız toy və 03 avqust 2015-cü il tarixdə isə “Şah saray” şadlıq sarayında isə oğlan toyları olmuşdur. Həmin gün xx.xx.2015-cü il tarixdə Cavabdeh yaşadığı Lənkəran rayonu, Gərmətük qəsəbəsi ünvanındakı valideynlərinə məxsus evinə el adəti üzrə gəlin köçmüşdür. Birgə nikahdan 08 aprel 2017-ci il təvəllüdlü X5 və 30 avqust 2019-cu il təvəllüdlü X6 anadan olmuşdur. Hal hazırda uşaqlarım iddiaçının himayəsində valideynlərimə məxsus ünvan 2 ünvanında birlikdə yaşayır. "xxxx" MMC- nin Lənkəran Filahnda, kredit işçisi vəzifəsində işləyir. Aylıq əmək haqqı məbləği 175 (Bir yüz yetmiş beş) manat təşkil edir. İyun 2022-ci il tarixdən, Cavabdeh ayrılmış. Hal hazırda- O, Lənkəran rayonu, Gərmətük qəsəbəsi ünvanında yaşadığı üçün təsərrüfatdan ayrılmışdır. Cavabdehlə bir ailə kimi birlikdə yaşamırlar.Səbəbi isə Cavabdeh iki azyaşlı uşaqları yetkinlik yaşma çatanadək iddiaçının yanında saxlanmasından ötrü sabit pul məbləğində hər bir uşaq üçün ayda 200 (iki yüz) manat olmaqla cəmi 400 (dörd yüz) manat məbləğində alimentin cavabdehdən tutulub iddiaçıya verilməsi barədə Lənkəran Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı ailənin və uşaqlarının məişət yemək hazırlamaq, paltarlarını yumaq, uşaqlarının qayğısına qalmaq və sairə işlərini eyni zamanda cavabdeh əri-Cavabdeh da qulluğunda durmuşdur. Mübahisələrin yaranması, bir-birlərini başa düşməmək, ailədə hər gün söz söhbətin olmasına səbəb X1 (LDU) qəbul olmağı səbəb olmuşdur. Uşaqlar anadan olandan sonra 2020-ci ildən LDU təhsilimi davam etdirməyə başladım. Təhsil xərci ödənişi və böyüməkdə olan uşaqların yaşayış dolanışıq xərclərini ödəməkdən ötrü “GL” QS-nin Lənkəran Filalında işə düzəlməyi isə tam olaraq birdəfəlik birgə yaşayış ailə münasibətlərimizə cavabdeh əri tərəfindən xitam verildi. Bununla belə valideynlərinin məsləhəti ilə ailə dağılmasın deyə iyun 2022-ci il tarixinə kimi dözmüşdür. Lakin ailə birgə yaşayış münasibətlərində heç bir irəliləyiş, yaxşılığa dogrü hərəkət olmadı. Əvvəllərdə olduğu kimi, ailə- məişət zəminində adi bir söhbət əsnasında o, iddiaçını, valideynlərini küçə söyüşləri ilə təhqir edib, azyaşlı uşaqlarının gözü qarşısında qolunu işə salıb iddiaçını döyməkdən belə çəkinmirmiş Başa düşdü ki, cavabdeh ilə birgə ailə kımı yasamaq qeyri mümkündür. Çünki, evə qonaq gələn qohum- qonşulara öz dostlarına belə cavabdeh iddiaçını qısqanmağa başlayırdı. O, hesab edirdi kı, arvad dord divar arasında qalmaqla bərabər çölə- bayıra çıxmamalıdır. Cavabdeh ilə aparılan danışıqlarımın isə heç bır nəticəsi olmamışdır. Artıq dözməyə səbr etməyə heç bir gücü qüvvəsi qalmamışdır. Artıq 1 il 3 aydır ki, faktiki olaraq ər- arvad kimi yaşamır, birgə təsərrüfatı idarə etmirlər. Bu vaxt- aylar ərzində say tərkibi 2 nəfərdən ibarət olan azyaşlı uşaqlarım, iddiaçı anasının yanında- himayəsində yaşayır. Odur ki, uşaqlarımın bütün maddi və mənəvi təlabatlarmı özüm və valideynlərimin köməkliyi hesabına təkbaşına ödəyir. Ayrıldığı vaxtdan bəri cavabdeh bir ata kimi uşağları ilə maraqlanmamış və onlara heç bir maddi köməklik göstərməmişdir. Aldığı 175 manat aylıq əmək haqqı pulunu nəzərə alsa, uşaqlarını təkbaşına saxlamaq, iddiaçı üçün maddi cəhətdən çox çətindir. Uşağının maddi ehtiyaclarının cavabdeh tərəfindən ödənilməsinin əsası kimi; onun tanınmış seçilən elektrik ustası olması faktıdır. Bu reallıq cavabdehin maddi imkanlı və gəlirlərinin kifayət qədər olmasını sübut edir. Bütün bunlara əsasən hesab edir ki, uşaqlarının və iddiaçının diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh ərimuşaqlarımın saxlanması xərclərini ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin yeri və vaxtı barədə Cavabdeh rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş etiraz ərizəsində iddianın qismən qəbul etdiyini hər uşaq üçün 100 manat olmaqla cəmi 200 manat məbləğində alimentin təyin olunmasını barədə qətnamə çıxrılmasını məhkəməsin xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış AZ-T059604 seriyalı nikah şəhadətnaməsindən görünür ki,X3 ilə Cavabdeh xx.xx.2015-cü il tarixdə 05 saylı aktla Lənkəran rayon Gərmətük qəsəbəsi icra nümayəndəliyində nikahları rəsmiləşdirilmişdir arvada Xalıqlı, ərə Xalıqlı soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş AZ-İll 936814 nömrəli şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə X5 doğulmuş, anası İddiaçı, atası Cavabdehdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş AZ-İV 336990 nömrəli şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə X6 doğulmuş, anası İddiaçı, atası Cavabdehdur. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə, uşaqların yaşını, mənafeyini, hazırda analarının yanında qalmalarını, habelə cavabdehin buna hər hansı etirazının olmamasını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqları nikah pozulduqdan sonra anasının yanında qalmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddələrində göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə cavabdehin maddi və əmlak vəziyyətini, hazırda işləməklə sabit gəlirə malik olmasını, uşağın atası olaraq alimentin ödəməsini vəzifəsi olmasını nəzərə alaraq alimentin hər ay hər uşağa görə 180 manat, ümumilikdə hər ay iki uşağa görə 360 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar hesab edir ki, himayəsində azyaşlı uşağı olan iddiaçı 12 sentyabr 2023-cü il tarixdə aliment tələbi ilə məhkəməyə ərizə ilə müraciət etdiyindən alimentin tutulmasının başlanğıcı həmin tarixdən vaxtdan hesablanmalıdır. MPM-nin 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Buna görə də qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunan hüquq normalarının tələbinə əsasən, iş üzrə ödənilməli olan dövlət rüsumu 63.20 manat cavabdehdən tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 08.04 2017-ci il tarixdə doğulmuş X5 və 30.08 2019-cu il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında saxlanılsın. 08.04 2017-ci il tarixdə doğulmuş X5 və 30.08 2019-cu il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 180 manat olmaqla iki uşağa hər ay cəmi 360 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilməli olan 63.20 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar