Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-343/2024 25.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakimi Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1050/2020 saylı. 11 iyun 2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2003-cü il tarixdə doğulmuş X3, 24 oktybar 2005-ci il tarixdə anadan olmuş X1 və 09 iyun 2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşma çatanadək saxlanması üçün təyin edilmiş alimentin tutulması qaydası dəyişdirilərək, 09 iyun 2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay Cavabdeh gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2003-cü ildə Cavabdeh ilə rəsm nikaha daxil olmuşdur. Bu nikahdan xx.xx.2003-cü il təvəllüdlü Sabir, xx.xx.2005-ci il təvəllüdlü Samirə və xx.xx.2008-ci il təvəllüdlü Mədinə adlı 3 övladları doğulmuşdur. 2015ci ilin aprel ayında Lənkəran rayon məhkəməsi vasaitəsilə nikahları pozulmuşdur. Himayəsində olan uşaqlara hər biri üçün 75 manat alimen tutularaq onun xeyrinə aliment kəsilmişdir. O, alimentin tutulması qaydasının dəyişdirilməsi tələbi ilə məhkəməyə müraciət edib. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1050/2020 saylı, 11 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Lənkəran Rayon Məhkəməsinin 2(049)- 2756/2015 saylı, 04 avqust 2015-ci il tarixli qətnaməsi ilə 24 oktybar 2005-ci il tarixdə anadan olmuş X4 və 09 iyun 2008-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşın çatanadək saxlanılması üçün təyin edilmiş alimentin və Lənkəran Rayon Məhkəməsinin 2(0491- 2087/2019 saylı, 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2003-cü il tarixdə doğulmuş X6 yetkinlik yaşma çatanadək təyin edilmiş alimentin tutulması qaydası dəyişdirilmiş, Cavabdeh gəlirlərinin ½ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Hazırda xx.xx.2003-cü tarixdə doğulmuş X11 və 24 oktybar 2005-ci il tarixdə anadan olmuş X12 yetkinlik yaşına çatmışlar. Hazırda 09 iyun 2008-ci il tarixdə anadan olmuş X8 onun himayəsində yaşayır. Özü işləsə də uşağın yaşı böyük olduğundan onun madi ehtiyaclarını ödəməyə imkanını çatmır. Özü SUN FOOD MMC-də Bölgələr Satış Departamentini Lənkəran anbar sahisəndə Vtrin tərtibatçısı vəzifəsində işləyir. Aylıq əmək haqqım 344 manatdır. Qızı orla məktəbdə oxuyur. Özü də Lənkəran şəhərində kirayədə yaşayır və 300 manat kirayə pulu verir. Cavabdeh hazırda Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsind Regional Şöbəsinin əməkdaşıdır və o, 751.70 manat əmək haqqı alır. Hesab edir ki, hazırkı mərhələdə Lənkəran Rayon Məhkəməsinin 2(049)-1050/2020 saylı, 11 iyun 2020-ci il tarixli qətnaməsi ilə təyi edilmiş alimentin miqdarı dəyişdirilərək 09 iyun 2008-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutuaraq ona verilməlidir. Ona görə də, məcbur qalıb hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında, İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ona qarşı irəli sürülən iddia tələbini qəbul etməyərək, izahatında qeyd etdi ki, o, polis orqanında işləyir və aylıq gəlir gəliri yalnız əmək haqqıdır. Onsuz da hazırda iddiaçı ilə birgə nikahlarından doğulmuş Mədinə adlı qızları yalnız yetkinlik yaşına çatmadığından onun üçün təyin edilmiş aliment işlədiyi idarənın mühasibatlığı tərəfindən hesablanır və hər ay maaşından ¼ hissəsi aliment kimi iddiaçının xeyrinə tutulur. İddia tələbi ilə əlaqadar qətnamə qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2003-cı il təvəllüdlüdür. Atası - Cavabdeh, anası - İddiaçıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2005-cı il təvəllüdlüdür. Atası - Cavabdeh, anası - İddiaçıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2008-cı il təvəllüdlüdür. Atası - Cavabdeh, anası - İddiaçıdır İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin Lənkəran Rayon Məhkəməsinin 2(049)-1050/2020 saylı, 11 iyun 2020-ci ıl tarixli qətnaməsi ilə 24 oktybar 2005-ci il tarixdə anadan olmuş X1 və 09 iyun 2008-ci il tarixdə anadan olmuş X2 və 10 mart 2003-cü il tarixdə doğulmuş X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh İbış oğlunun gəlirlərinin 1/2 hissəsi Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan “əmək haqqı haqqında” arayışdan görünür ki, Cavabdeh aylıq əmək haqqı 1.060 manat təşkil edir. Aylıq pul təminatında sosial ayırmalalar 106 manat və aliment ödənişinə 478 manat tutulduqdan sonra kart hesabına ödənillən məbləğ 476 manat təşkil edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76.1.1 maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 (bir) uşağa görə— hər ay qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Lənkəran Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli 2(049)-1050/2020 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilsin. 09 iyun 2008-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancın və başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq iddiaçının xeyrinə ödənilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq aliment miqdarının dəyişdirilmiş hissəsinin hesablanmasına başlanılsın. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-343/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-343/2024
25.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver