Məhkəmə qərarları › İş №2(049)-3444/2022

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3444/2022

30.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3444/2022 30.11.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X2, ilkin iddia üzrə iddiaçının nümayəndəsi: Nümayəndə, ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “saxlanılmaq üçün verilmiş qızıl-zinət əşyalarının geri tələbinə” dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı əmlak tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “saxlanılmaq üçün verilmiş qızıl-zinət əşyalarının geri tələbinə” dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh saxlamaq üçün verilmiş əyarı 750, çəkisi 100 qram, qiyməti 8500 manat olan bir ədəd qızıldan boyunbağının və əyarı 750, çəkisi 48 qram, qiyməti 4080 manat olan qızı qolbağın, ödənilmiş 125 manat dövlət rüsumunun və 50 manat mediasiya xərcinin alınaraq İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə 2021-ci ilin mart ayında evlənmiş, nikahı Lənkəran Rayon Qeydiyyat Şöbəsində 18 may 2021-ci il tarixdə rəsmiləşdirmişdir. Birgə nikahdan uşaqları olmamışdır. Cavabdeh ilə 15 avqust 2022-ci il tarixədək ər-arvad olaraq yaşamışdır. Bu müddət ərzində Cavabdeh qarşı bir azərbaycanlı ailəsi kimi münasibət bəsləmişdir. Ona etibar etmişdir. Ona verilən hədiyyələrdən başqa şəxsən özünə məxsus olan qızıl boyunbağı (zəncir) əyarı 750, çəkisi 100 qram, qiyməti 8500 manat olan bir ədəd qızıldan boyunbağını və əyarı 750, çəkisi 48 qram, qiyməti 4080 manat olan qızı qolbağı saxlamaq üçün Cavabdeh vermişdir. Ailə münasibətləri Cavabdeh günahı üzündən pozulduğundan saxlamaq üçün Cavabdeh verdiyi qızıl zinət əşyaları tələb etsə də, səbəbsiz olaraq qaytarmamışdır. Beləliklə Cavabdeh vicdanlığa riayət etməmiş saxlamaya götürdüyü qızıl-zinət əşyalarını qaytarmaqdan imtina etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı əmlak tələbinə dair ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək İddiaçı 9740 manat dəyərində əmlakları və ya həmin əmlakların dəyərini və 117 manat dövlət rüsumunun alınaraq Cavabdeh verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə İddiaçı Cavabdeh məcburi şəkildə evdən çıxardığından sonuncu anası evinə getmişdir. Həmin vaxt öz şəxsi əmlaklarını götürməyə imkan vermədiyindən qeyd etdiyi əmlaklar cavabdehlə birlikdə yaşadığı evdə qalmışdır. Həmin əmlaklar: Samsung markalı paltaryuyan maşın-1250 manat, LOTEX markalı kondisioner-1300 manat, mikrodalğalı soba-200 manat, Duxovka-250 manat, Elektikli ətçəkən maşın-180 manat, Mixer-180 manat, Şirə çıxaran maşın-100 manat, Çəngəl, bıçaq və qaşıq dəsti-240 manat, 2X3 ölçüdə xalça-300 manat, Yorğan (1 ədəd)-200 manat, Adyal (3 ədəd)-280 manat, Yataq dəsti (4 dəst)-400 manat, Balış (2 ədəd)-60 manat, Briliyant qaşlı üzük-800 manat, 1 cüt sırğa (şarlı)-500 manat, .Qızıl qolbaq-2000 manat, Briliyant qaşlı üzük-1500 manat olmuşdur. Hazırda yuxarıdakı 9740 manat dəyərində əmlaklarını cavabdeh qaytarmır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının və qarşlıqı iddia üzrə cavabdehin nümayəndəsi X3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək göstərdi ki, Cavabdeh onların gəlini olmuş, cari ilin avqust ayında evdən getmişdir. Getdikdən bir neçə gün sonra gələrək evlərini dağıtmış və bütün əşyalarını aparmışdır. Həmin zaman özünə məxsus ev əşyaları ilə birlikdə qardaşına məxsus qızılları da aparmışdır. Gəlin gələrkən Cavabdeh heç bir cehizi olmamış, ona bütün əşyaları qardaşı İddiaçı almışdır. Hazırda isə qızılların Cavabdeh olmasınma dair hər hansı sübutu yoxdur, təkcə fotoşəkil vardır ki, həmin fotoşəkildən də görünür ki, qardaşına məxsus qızıllar Cavabdeh boyununda olmuşdur. Göstərilənlərə əsasən ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin və qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini qəbul etməyərək göstərdi ki, ilkin iddiada qeyd olunan qızıl əşyalarının Cavabdeh olması, onun tərəfindən götürülməsinə dair işdə heç bir sübut yoxdiur və buna görə rədd edilməlidir. Əksinə, o, məcburi şəkiildə evdən qovularkən ona məxsus əşyalar İddiaçı məxsus evdə qalmışdır ki, həmin əmlaklar indiyə qədər qaytarılmamışdır. Buna görə də ilkin iddia üzrə iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasına elan edilməklə araşdırılmış Lənkəran Rayon Qeydiyyat Şöbəsinin 19 avqust 2022-ci il tarixli, 2531 nömrəli arayışından görünür ki, İddiaçı və X1 18 may 2021-ci il tarixdə evlənmiş və nikah 147 nömrəli aktda qeydə alınmışdır. İş materiallarında olan və məhkəmə iclasına elan edilməklə araşdırılmış xx.xx.2022ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 126 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasına elan edilməklə araşdırılmış xx.xx.2022ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, Cavabdeh məhkəməyə müraciət etmək üçün 117 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, ilkin iddia üzrə iddiaçının tələbini və həmin tələbi təsdiq edən dəlil kimi təqdim etdiyi yeganə sübut – fotoşəkili araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Eyni zamanda, məhkəmə, qarşılıqlı iddia üzrə tələbi və həmin tələbə dair məhkəməyə heç bir sübut təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, qarşlıqlı iddia da rədd edilməməlidir. Məhkəmə, sübutlara qiymət verərkən ilk olaraq sübutun mötəbərliyini və işin həlli üçün əsaslılığını müəyyən etməyi zəruri hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli qərarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2019-cu il tarixli qərarının təsviri hissəsində müəyyən etmişdir ki, sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə, Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sadalanan qərarlarındakı hüquqi mövqeyə əsasən hesab edir ki, hazırkı iş üzrə ilkin iddianin təsdiq ediməsi qismində təqdim edilmiş yeganə sübut (foto şəkil) mötəbərlilik kriteriyasına cavab vermir. Həmin sübutun iş üzrə mötəbərliyi, mümkünlüyü və yetrəliliyi kifayət qədər deyil. Belə ki, məhkəməyə ilkin iddia üzrə iddiaçının iddiasının təsdiq edilməsinin əsası kimi təqdim edilmiş fotoşəkilin nə vaxt, harada, kimin tərəfindən qeydə alınması kimi müəyyən edilməyən kağız parçasının iş üzrə sübut kimi qəbul edilməsi əsassız olmaqla, həm də qanunvericiliyin tələbinə tamamilə ziddir. Məhz göstərilənlər baxımından, habelə həm ilkin iddia üzrə, həm də qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən başqa sübut- şahid ifadəsi, telefon danışığı, foto, video – təqdim edilməməsini nəzərə alaraq və MPM-nin yuxarda şərh olunan 14.2 və 77.1-ci maddələrinə əsasən hesab edir ki, ilkin və qarşılıqlı iddianın təmin edilməsi əsassız və qanunsuzdur. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, ilkin iddia üzrə və qarşlılıq iddia üzrə iddia təmin edilmədiyindən MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş126 manat dövlət rüsumu ilkin iddia tələbi üzrə İddiaçı və ödənilmiş 117 manat dövlət rüsumu qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “saxlanılmaq üçün verilmiş qızıl-zinət əşyalarının geri tələbinə” dair iddiası rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı əmlak tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş126 manat dövlət rüsumu ilkin iddia tələbi üzrə İddiaçı və ödənilmiş 117 manat dövlət rüsumu qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar