Məhkəmə qərarları › İş №2(049)-3452/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3452/2023

30.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3452/2023 30.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ X6 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİR HİSSƏ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2021-ci ilin tarixində faktiki nikah münasibətlərinə başlamışdır. Bu münasibətdən 12 may 20222-ci il tarixdə X5 dünyaya gəlmişdir. 20 mart 2023-cü ildə Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən cavabdeh X3 İddiaçı doğulan X4 atalığı müəyyən edilərək atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 93 nömrəli aktla qeydə alınmışdır. Onlar cavabdehlə bir evdə yaşasalar da, xeyli müddətdir ki, faktiki olaraq ər-arvad kimi yaşamır, birgə təsərrüfat apamırlar. O heç yerdə işləmir və uşağın saxlanılması imkanı xaricindədir. Uşağın ana nəvazişindən başqa digər maddi məsrəflərə də ehtiyacı var. Təbii ki, belə vəziyyətdə bütün bu xərclərin ödənilməsini tək başına edə bilmir. Bir çox hallarda cavabdeh uşağın bəzi tələbatlarını ödəsə də, bu kifayət etmir. Cavabdehin işsiz olmasını nəzərə alaraq ondan xx.xx.2022-ci il təvəllüdlü X2 üçün məhkəmə qaydasında 100 manat məbləğində alimentin tutulmasını məqsədə uyğun hesab edir. Sadalananları nəzərə alaraq Cavabdeh ilə qeyrirəsmi nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhəkəm iclasında iddiaçı iddianın məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi. Məhkəmə iclasının vaхtı və yеri barəsində cavabdеh lazımi qaydada хəbərdar еdilməsinə baхmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək iddianı tam şəkildə qəbul etdiyini və birgə nikahdan doğulan X1 üçün hər ay 100 manat məbləğində aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə cavabdehin gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Rеspublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə оnun iştirakı оlmadan baхılmasını mümkün saymışdır. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, 12 may 2022-ci ildə doğulmuş X4 atası Cavabdeh, anası isə İddiaçıdır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh iddianı qəbul edib onu etiraf etdiyindən bu məhkəmə tərəfindən təsdiq edilməli, iddia üzrə iddiaçının irəli sürdüyü tələb təmin olunmalı, onların faktiki niklahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 100 manat məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir» Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». NƏTİCƏ HİSSƏ Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar