Məhkəmə qərarları › İş №2(049)-3483/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3483/2024

19.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3483/2024 19.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X13, iddiaçı: İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, № 2(049)- 1063/2023 saylı qətnaməsi əsasında 09 sentyabr 2011ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 180 manat alimentin hal hazırki iş üzrə İddiaçı tutularaq Cavabdeh qızma ödənilməsi hissəsində, 130 manat məbləğində ödənişini azaldılaraq, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, № 2(049)-2054/2012 saylı qətnaməsi əsasında hər ayda 50 (əlli) manat sabit pul məbləğində cavabdehə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, № 2(049)-2054/2012 saylı qətnaməsi əsasında iddiaçı Cavabdeh, cavabdeh İddiaçı qarşı 09 sentyabr 2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay 50 manat məbləğində alimentin cavabdehdən tutlması qət edilmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı Lənkəran Rayon Məhkəməsinin xx.xx.2012ci il tarixli, № 2(049)-2054/2012 saylı qətnaməsi əsasında “müəyyən edilmiş alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lənkəran Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli, № 2(049)-1063/2023 saylı qətnaməsi ilə, iddia qismən təmin edilərək, 09 sentyabr 2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay 180 manat məbləğində alimentin cavabdehdən tutlması qət etmişdir. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxtı iddiaçı Lənkəran şəhərində telefon ustası kimi fəaliyyət göstərməklə bərabər həmdə subay olub. Lakin ikinci dəfə 11 may 2023-cü il tarixdə X3 ilə rəsmi nikaha daxil olmuş. X3 ilə birgə nikahdan 09 dekabr 2023-cü il tarixdə X6 və 09 dekabr 2023-cü il tarixdə X7 adlı iki əkiz oğlu doğulmuşdur. Eyni zamanda əvvəlki iş yerindən azad olunmuş. Hazırda iddiaçı işsizdir və Lənkəran-Astara- Regional Məşğulluq filalında iş axtaran və işsiz kimi qeydiyyatdadır. Digər gəlir yeri də yoxdur. Hal- hazırki həyat yoldaşı X3 yetkinlik yaşma çatmayan doqquz aylıq iki əkiz oğlan uşaqları saxladığı üçün işləmək qabiliyyətinə malik deyil. Odur ki, İddiaçı 09 sentyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanması üçün hər aya 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin turularaq Cavabdeh qızma ödənilməsi hissəsində; həmin 180 manat ödənişin 130 manat məbləğində azaldılaraq iddiaçı- İddiaçı tərəfindən Cavabdeh hər ayda 50 (əlli) manat sabit pul məbləğində aliment ödənilməsi haqqında məhkəməyə müraciət etmişdir. Bu o deməkdir ki, ailə vəziyyətində dəyişiklik olmuşdur. İkinci nikahdan olan arvadı- X2 və doqquz aylıq iki əkiz oğlan uşaqlarımı saxlamaqdan ötrü evindəkilərə də aliment verməlidir. Bununla belə o, iddiaçı və həyat yoldaşı heç bir yerdə işləmir. Belə ki, aztəminatlı ailə kimi yaxın qohumlarının köməkliyi ilə bir təhər keçinir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, № 2(049)- 1063/2023 saylı qətnaməsində qət etdiyi hər ayda sabit pul məbləğində 180 manat aliment ödənişinin 130 manat məbləğində azaldılaraq, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, № 2(049)- 2054/2012 saylı qətnaməsi əsasında hər ayda 50 (əlli) manat sabit pul məbləğində iddiaçı- İddiaçı tutularaq Cavabdeh qızma ödənilməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı qızı izahatında göstərdi ki, iddia ərizəsini təsdiq edir. 09 sentyabr 2011-ci il tarixdə doğulmuş X4 onun qızıdır, lakin qızını 12 ildir ki, görmür, buna əsas səbəs isə caavbdehin törətdiyi maneələrdir. Cababdeh özü ailə qurub maddi imkanı yaxşıdır. Onun isə maddi vəziyyəti pisdir və alimenti ödəyə bilmək iqtidarında deyil, hazırda da 1000 manat aliment borcu vardır. Onun ayda 50 manat aliment ödəməyə imkanı vardır. Göstərilənlərə əsasən iddianın tam təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 izahatında bildirdi ki, İddiaçı ilə nikahı pozulduqdan sonra iddiaçı bir dəfə də olsun uşağı ilə maraqlanmamışdır. Uşağı bütün maddi yükünü o, çəkmişdir. Boşandıqdan iki sonra başqa ailə qursa da, uşağını saxlamağa maddi imkanı kifayət etmir. Göstərilənlərə əsasən, iddianın rədd edilməsini xahiş etdi. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasnda elan edilməklə təqdqiq edilmiş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, № 2(049)-1063/2023 saylı qətnaməsindən müəyyən olunur ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, № 2(049)-2054/2012 saylı qətnaməsi əsasında iddiaçı Cavabdeh İddiaçı qarşı 09 sentyabr 2011-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşma çatanadək saxlanması üçün müəyyən edilmiş hər ay 50 manat məbləğində alimentin miqdarı hər ay 180 manat məbləğində olması qət etmişdir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasnda elan edilməklə təqdqiq edilmiş xx.xx.2024-cü il tarixli MŞL/MT014/2024-00288 saylı mediasiya arayışından görünür ki, iddiaçı cavabdehə qarşı “alimentin azaldılması” tələbi ilə ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh isə mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı medisiya xərci ödəməkdən azad edilmişdir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasnda elan edilməklə təqdqiq edilmiş AZ-ll 533403 seriyalı nikah şəhadətnaməsindən görünür ki, X3 ilə İddiaçı xx.xx.2023-cü il tarixdə 209 saylı aktla Lənkəran rayon Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirilmiş, arvada Abdullayeva, ərə Abdullayev soyadı verilmişdir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasnda elan edilməklə təqdqiq edilmiş Lənkəran rayon, Şağlaser kənd inzibati ərazi nümayəndəliyinin 18 sentyabr 2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Lənkəran rayon Xarxatan kəndində yaşamaqla qeydiyyatdadır. Onun arvadı xx.xx.1996-cü il tarixdə doğulmuş X8, xx.xx.2023-cü il tarixdə doulmuş iki uşağı X7 və X6 adlı tərkibdə ailə üzvü vardır. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasnda elan edilməklə təqdqiq edilmiş Lənkəran-Astara- Regional Məşğulluq filalının arayışlarından görünür ki, İddiaçı iş axtaran və işsiz kimi qeydiyyatdadır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşağlarını saxlamadıqda uşağlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşağların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İşin məhkəmədə müəyyən olunan hallarından görünür ki, tərəflərin birgə nikahından 09 sentyabr 2011-ci il tarixdə doğulmuş X4 doğulmuş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, № 2(049)-2054/2012 saylı qətnaməsi əsasında həmin uşağın saxlanılması üçün 50 manat sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh verilməsi qət edilmiş, bundan 12 il sonra isə hazırda cavabdeh olan Cavabdeh iddia tələbinə əsasən alimentin miqdarı artırılaraq 180 manat sabit pul məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ötən müddət ərzində iqtisadi fəallığın artması, yeni bazar qiymətlərinin müəyyən edilməsi, habelə yaşayış minimumunun da hər il müəyyən faiz məbləğində artırılması fonunda haaırda aliment miqdarının azladılması məntiqsiz olmaqla yanaşı əsassızdır. İddiaçı Ailə Məcəlləsinin 112-ci maddəsində göstərilmiş “tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa” hissəsinə istinad etmiş, yenidən evlənməklə iki uşağının olmasını əsas gətirmişdir. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, aliment ödəyən şəxs kimi iddiaçının yeni ailə qurması və yeni uşaqlarının olması onu digər övladına baxmaqdan, habelə yetkinlik yaşına çatanadək müəyyən edilmiş yaşayış minimumuna uyğun dolancaq xərclərini qarşılamaqdan azad etmir. Xüsusilə qeyd edilməlidir ki, alimentin təyin edilməsində məqsəd yetkinlik yaşına çatmayan uşağın mimiumum xərclərinin qarşılanması olmaqla həmin uşağın hansı valideynin yanında qalmasından asılı deyil. Başqa sözlə ifadə edilsə indiki halda aliment tərəflərin bir-birinin saxlaması ilə deyil, uşağı saxlanılması ilə bağlıdır ki, bu baxımdan da iddiaçının cavabdehin ailə qurmasını və maddi vəziyyətinin yaxşı olmasına dair əsasları istisna edilir. Habelə o, da qeyd edilməlidir ki, uşağın atası kimi iddiaçının maddi vəziyyəti onu aliment ödəməkdən azad etmir. Məhkəmə bu qənaətə gələrkən, Konstitusiya Məhkəməsinin Plenum qərarlarını əsas götürmüşdür. Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında göstərirlir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddələrində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinə əlavə edilmiş qəbzlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçn 36.40 manat rüsum ödəmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar