Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3578/2025 24.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehna qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehna qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07 oktyabr 2022-ci il tarixdə anadan olmuş X5 adlı övladının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay ölkə üzrə minimum əmək haqqının 01 misli məbləğində alimentin tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o 02 avqust 1997-ci il tarixdə Masallı rayonu Mahmudavar kəndində anadan olub. İş üzrə cavabdeh olan Cavabdeh uzaq qohumu olmaqla onunla valideynlərinin məsləhəti ilə nişanlanmış, 18 noyabr 2021-ci il tarixdə tarixdə toyları olmuş və o el adəti ilə gəlin köçüb. Ailə qurduqdan sonra, yəni 19 dekabr 2021-ci il tarixdə biz qaynatasıgilin yaşadıqları, Rusiya Federasiyasına gedib orada onların yaşadıqları Moskva şəhəri, Voskresenskoe qəsəbəsi, Voskresenskoe ev 40, korpus 2, mənzil 157-də olan mənzildə yaşamağa başlayıb. Nikahları da 25 fevral 2022-ci il tarixdə Rusiya Federasiyası, Moskva VVAQ idarəsi, Yujnoye Butova VVAQ şöbəsində ********************2 nömrə ilə rəsmiləşdirilmişdir. Birgə nikahdan onların 07 oktyabr 2022-ci il tarixdə X5 adlı 1 uşağları anadan olmuşdur. Uşaq sağ-salamat olmaqla onun himayəsində yaşayır. O cavabdehlə valideynlərinin məsləhəti ilə ailə qurduğudan onu yaxından tanımamış, xasiyyətinə dərindən bələd olmamışdı. Bu səbəbdən də ilk vaxtlardan başlayaraq xasiyyətləri uyğun gəlməmiş, cavabdeh və ailə üzvləri onu yola verməmişlər. Həmin vaxt artıq başa düşdü ki, onlar başqa-başqa adamlardı. Cavabdehin sonradan başqa qadınlarla sosial şəbəkələr vasitəsi ilə əlaqə saxladığını, narkotikə qurşandığı ona məlum oldu. Bu barədə ona irad tutduqda o, onu nalayiq söyüşlərlə söyüb təhqir etməyə başlayırdı. Valideynləri də həmişə onu müdafiə edirdilər. O artıq onunla yaşaya bilməyəcəyini başa düşüb 2023-cü ilin may ayında atası evinə qayıdıb. Təqribən 1 il Lənkəranda atası evində yaşadıqdan sonra valideynləri arasında barışıq əldə edildiyindən qaynanam yenidən onun qayıtmağını istədi və o cavabdehin artıq səhvlərini başa düşüb aradan qaldıracağına ümüd etdiyindən yenidən uşağıyla birlikdə Rusiyaya cavabdehin yanına qayıtdıb. Ancaq həmin vaxtlar qaynanasıyla qaynatası da aralarındakı narazılıqlar səbəbindən rəsmi olaraq boşandılar və qaynatam başqa qadınla ailə qurub həmin qadını evə gətirdiyindən onu və həyat yoldaşını evdən çıxartdılar. 3 ay müddətində kirayədə yaşadıqdan sonra düşündüklərinin əksinə olaraq cavabdeh yenə də onu yola vermədi mütəmadi olaraq aralarında narazılıqlar oldu və irad tutduqda cavabdeh onu söyüb təhqir etməkdən başqa fiziki zor tətbiq etməyə də başladı. O belə bir vəziyyətdə yaşaya bilməyəcəyini başa düşərək boşanmaq barədə qəti fikrə gələrək Azərbaycana qayıtdı və uşağıyla birlikdə atası evində yaşamağa başladı. Hazırda da yuxarıda göstərilən ünvanda valideynləriylə birlikdə yaşayır. Artıq boşanmaq barədə qəti qərara gəldiyindən boşanmaq barədə iddia ilə məhkəməyə müraciət edib və Lənkəran Rayon Məhkəməsinin 23 iyul 2025-ci il tarixli 2(049)-1206/2025 saylı qətnaməsi ilə Cavabdehlə aralarında olan nikah akt qeydi pozuldu. Cavabdeh ilə faktiki olaraq ayrıldığları vaxtdan bəri o, bir dəfə də olsun uşağı ilə maraqlanmamış və maddi cəhətdən ona hər hansı bir yardım göstərməmişdir. Cavabdeh Masallı rayonu Mahmudavar kəndindən olsa da, hazırda faktiki olaraq Rusiya Federasiyasında yaşamaqla arabir Azərbaycana gəlib gedir. Keçən müddət ərzində yalnız valideynlərinin köməkliyi ilə birtəhər yaşayır. Yaşadığları müddətdə cavabdeh ailəyə, uşağa baxmamışdır. Yalnız onun atası Məhərrəm Şükürov onlar rayona gəldikdən sonra hər ayda bizə 300 manat pul göndərmiş, daha sonra isə o da heç bir məbləqdə pul göndərməmişdir. Cavabdehin özü isə demək olar ki, rayona qayıtdıqdan sonra onunla və eləcə də uşaqla maraqlanmamış, onlara heç bir maddi yardım göstərməmişdir. Uşağın digər bütün xərcləri onun və valideynlərinin üzərindədir. Özü də himayəsində azyaşlı uşağı olduğu üçün heç bir yerdə işləmir. Hazırda ona və azyaşlı uşağına atası baxır və o, onların tələbatlarını ödəyir. Halbuki, övladına baxmaq cavabdehin valideynlik borcudur. Ona görə də o Cavabdehlə qarşı aliment tələbi ilə məhkəməyə müraciət edir. Məhkəmənin iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmiş, cavabdeh iddiaya qarşı hər hansı etiraz verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər: Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyası Moskva şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. «Nikah haqqında» şəhadətnamənin təsdiq olunmuş görünür ki, Cavabdeh və X2 xx.xx.2012-ci il tarixdə Rusiya Federasiyası Moskva VVAQ İdarəsi Yujnoye Butovo VVAQ şöbəsində ********************2 saylı nikah akt qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Şükürov, arvada Şükürova soyadı verilmişdir. Lənkəran ŞİHB-nın Sütəmurdov kənd inzibati ərazi dairəsində nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü vətəndaş İddiaçı həqiqətəndə xx.xx.2022-ci il təvəllüdlü X4 ilə birlikdə Lənkəran rayonu Sütəmurdov kəndində yaşayırlar. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-1206/2025 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Rusiya Federasiyası Moskva VVAQ İdarəsi Yujnoye Butovo VVAQ şöbəsində ********************2 saylı nikah akt qeydi pozulmuşdur. xx.xx.2025-ci il tarixli MŞL/MT036/2025-00081 saylı mediasiya arayışından görünür ki, mediasiya prosesində cavabdeh iştirak etməmiş, İddiaçı tərəfindən cəmi 60 manat mediasiya xərci ödənilmişdir. İş materiallarına əlavə edilmiş Whatsapp tətbiqi üzərindən aparılmış yazışmalar və çağız daşıyıcıda olan qeydlərdən görünür ki, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 199 manat, xx.xx.2025-ci il tarixdə 297 manat cavabdeh tərəfindən iddiaçıya göndərilmişdir. Məhkəmə, iddiaçının nümayənndəsi və vəkiliinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddələrində göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci ilin yanvar ayının 1-dən 400 manat müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli qərarının 1.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir: Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.625 misli həddində (yəni cari ilə münasibətdə 250 manat) sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2025-ci il tarixdən hesablanmaqla tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası qismən təmin edilsin. 15 sentyabr 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il tarixdə doğulmuş X3 saxlanılması üçün Cavabdehdan İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.625 misli həddində sabit pul məbləğində aliment tutulsun. Mediasiya xərci kimi ödənilmiş 60 manat İddiaçı aid edilsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-3578/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3578/2025
24.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver