Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3933/2024 28.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahından 07 aprel 2023-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 600 manat sabit pul məbləğində alimentin tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh ilə 2022-cı ilin iyul ayınnı 12-də ailə quraraq evlənmişlər. Nikahları isə 19 sentyabr 2022-ci il tarixdə Lənkəran rayon Nərimanabad qəsəbə icra nümayəndəliyində 06 nömrəli aktla rəsmiləşdirilmişdir. Birgə nikahlarından 07 aprel 2023-cü il tarixdə X3 adında bir uşaqları anadan olmuşdur. Hazırda uşaq sağ və salamat olmaqla onun yanında qalır. Cavabdeh ilə bir müddət mehriban şəkildə cavabdehin atasının məxsus olan Nərimanabad qəsəbəsində yerləşən evdə yaşamışlar. Lakin sonradan cavabdehin xasiyyətində kəskin dəyişiklik baş vermişdir. Belə ki, cavabdeh hər xırda məsələyə görə onun təhqir edir, onu hədələyirdi. O, da bu təzyiqlərə dözməyərək 22 may 2024-cü ıl tarixdə atasına zəng edərək qaynatasına məxsus evə çağırıb. İddaçı atası və anasına onu evlərinə aparmalarını deyib. O, həmin tarixdən etibarən atasına məxsus evə gəlmiş may ayının 22-dən iddia ərizəsini yazdığı 19 oktyabr 2024-cü il tarixədək olan 5 ay müddət ərzində cavabdeh bir dəfə də olsun öz azyaşlı uşağı ilə maraqlanmamışdır. Bir dəfə də olsun uşağı nə yeyir nə içir deyə heç vecinə olmamış, bununla bağlı ona heç bir maddi yardım etməmişdir. O özü isə uşaq azyaşlı olduğuna görə onu tək qoyub heç yerdə işləyə bilmir. Ona və azyaşlı uşağına isə yaşlı valideyinləri baxırlar. Halbuki, övladına baxmaq onun valideyinlərinin borcu deyildir. Azyaşlı uşağına baxmaq məhz Turalın borcudur. Lakin Tural bir valideyn kimi hissi keçirmir və azyaşlı uşağına görə heç bır məsuliyyət daşımır. Tural Türkiyyə Respublikasına məxsus gəmi şirkətində işləyir və aylıq 2000 ABŞ dolları məvacib alır. Lakin bu qədər maddi imkanının olmağına baxmayaraq azyaşlı uşağını fikirləşmir. Bu səbəbdən də o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı, İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, cavabdehin gəlirləri barədə sübutu məhkəməyə təqdim edə bilmir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, o, Türkiyə Respublikasında vaxtaşırı olaraq gəmi motorçusu işləyir. İşlədiyi dövrlər mütəmadi xarakter daşıyır. Sonuncu müddətli əmək müqaviləsinin müddəti bir ay əvvəl bitmişdir. Artıq bir aydır ki, tamamilə işsizdir. İddia tələbini qismən qəbul edir. Hər ay sabit pul məbləğində 235 manat aliment ödəməyə razıdır. İddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: «Nikah haqqında» şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X2 Cavabdeh xx.xx.2023-cü il tarixdə Lənkəran rayon Nərimanabad qəsəbəsi icra nümayəndəliyində qeydiyyat şöbəsində 06 saylı nikah akt qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir Doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə Lənkaran rayonunda doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ərizədə qeyd edilmişdir ki, o, iddia tələbini qismən qəbul edir və məhkəmədən ondan 235 manat mıbləğində aliment tutulmasını məhkəmədən xahiş etmişdir. “Elektron məəhkəmə” İnformasiya sistemindən əldə edilmiş məlumatda Cavabdeh əmək müqaviləsi aşkar edilməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, cavabdehin ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından Tamerlan adlı bir uşaqları doğulmuşur. Uşaqlar hal hazırda yetkinlik yaşına çatmamaqla iddiaçının yanında qalır. Tərəflər arasında alimentin ödənilməsi ilə əlaqədar hər hansı saziş bağlanılmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Habelə həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansıəqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələblərini və uşaqların əvvəlki təminatının mümkün qədər saxlanılmalı olmasını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından xx.xx.2023-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar aşağıdakıları qeyd edir: Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar hesab edir ki, himayəsində azyaşlı uşaqları olan iddiaçı xx.xx.2024-cü il tarixdə aliment tələbi ilə məhkəməyə ərizə ilə müraciət etdiyindən alimentin tutulmasının başlanğıcı həmin tarixdən vaxtdan hesablanmalıdır. MPM-nin 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. MPM-nin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinin və «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinin tələbləri baxımından hazırkı iddia ərizəsinin verilməsinə görə 48 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də cavabdehdən 48 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. «Dövlət rüsumu haqqında» qanunun 9.1-ci maddəsinə görə isə «Mediasiya haqqında» Azərbaycan Respublikasının qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Belə olan halda ödənilməli olan 48 manat dövlət rüsumu və ilkin mediasiya prosesində iştirak üçün ödənilmiş 60 manat cavabdehdən tutularaq iddiaçıya aid edilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Mediasiya xərcinə dair 60 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı oğluna ödənilsin. Ödənilməli olan dövlət rüsumuna dair 48 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət nəfinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-3933/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3933/2024
28.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver