Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3987/2024 02.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “borc pulun və şifahi alqı-satqı müqaviləsinin etibarsızlıqı nəticəsində ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şifahi borc müqaviləsi üzrə pul tələbi – maddi vəziyyətinin pis olması ilə bağlı Cavabdeh ilk olaraq aldığı 43500 (qırx üç min beş yüz) manat borc pulun, Şifahi alqı-satqı müqaviləsinin etibarsızlığı üzrə pul tələbi – Lənkəran şəhəri Əliağa Vahid küçəsində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 86 saylı fərdi yaşayış evinin İddiaçı adına rəsmiləşdirəcəyini cavabdeh vəd etdiyi üçün banka olan borcuna görə iddiaçının ödədiyi 14000+30000=44000 manat və evin hərracdan deyil, bağlanacaq alqı-satqı müqaviləsi əsasında adına rəsmiləşdirilməsi üçün ayrı-ayrı vaxtlarda ödədiyi əlavə 17000 manat və digər pullarla birlikdə 32500 manat olmaqla cəmi 76500 (yetmiş altı min beş yüz) manat pulun, hər iki tələb üzrə ümumilikdə 120000 (yüz iyirmi min) manat pulun, həmçinin MTT ilə bağlı 42 (qırx iki) manat və hazırki iş üzrə 412 (dörd yüz on iki) manat dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil 02 dekabr 2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinə ərizə təqdim edərək iddia ərizəsi və əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının vəsatəti təmin edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) “İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması” adlanan 170-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən və AR MPM-in 170.1, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “borc pulun və şifahi alqı-satqı müqaviləsinin etibarsızlıqı nəticəsində ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-3987/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3987/2024
02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver