Məhkəmə qərarları › İş №2(049)-4129/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-4129/2025

18.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-4129/2025 18.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X5 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsində baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çalanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün ölkə üzrə minimum əmək haqqının 0.7 misli məbləğində alimentin tutulub onun xeyrinə ödənilməsi, həmin uşağa 3 yaşına çatanadək qulluq etməsi ilə bağlı cavabdehdən hər ay 100 manat sabit pul məbləğində pulun alınıb ona verilməsi və ilkin mediasiya sessiyası zamanı ödədiyi 60 manat mediasiya xərcinin alınıb ona verilməsi verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2023-cü ilin noyabr ayının 9da qeyri-rəsmi olaraq ailə qurub evlənmiş və həmin tarixdən də ona məxsııs olan Lənkəran rayonu, Mamusta kəndində yerləşən evinə köçmüşdür. Birgə münasibətlərindən xx.xx.2024-cü il tarixdə Səccad adlı bir övladları dünyaya gəlmişdir. Uşaq hazırda sağ və salamat olmaqla onun himayəsində yaşayır. Cavadehlə olan nikah rəsmiləşdirilmədiyindən uşağın atalığı müəyyən edilmiş və bu barədə ona şəhadətnamə verimlişdir. Cavabdehla bir müddət mehriban yaşasalar da, sonradan onun ailəyə olan münasibəti dəyişmiş və aralarında tez-tez mübahisələr yaranmışdır. Bu mübahisələr əsasında ailə münasibətləri pozulmuşdur. 17 fevral 2025-ci ildə tarixdə Raminlə yenidən ailə münasibətləri zəmnində mübahisə zamanı sonuncu onu döydüyündən bu barədə DİN-in 102 xidmətinə zəng edib ondan şikayət elmiş və həmin andan etibarən Ramin onu evdən qovmuş və bir daha evə qayıtmağı icazə verməmişdir. 17 fevral 2025-ci il tarixdən hazırki vaxta kimi körpə uşağı ilə birlikdə yuxarıda qeyd etdiyi ünvanda yaşayır. Cavabdeh hal-hazıradək uşağın saxlanılması üçün heç bir maddi köməklik etmədiyi üçün, o, uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkir. Odur ki, aliment tələbi ilə məhkəmədə iddia qaldırmaq qərarına gəlmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdiyini və təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh kor deyil, sadəcə bir gözü zəif görür. Birgə yaşadıqları müddət ərzində cavabdeh qeyri-rəsmi fəhləlik edərək gündəlik 20 manat qazanc gətirirdi. Hazırda isə cavabdehin Rusiyada alverlə məşğul olduğunu, lakin qazancı barədə sübutu olmadığını bilirdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş etiraz ərizəsində cavabdeh göstərmişdir ki, onlar həqiqətən bir ailə olaraq artıq bir müddətdir ki, bir yerdə yaşamırlar. Faktiki nikah münasibətlərindən xx.xx.2024-cü il tarixdə Səccad adlı uşaları anadan olmuşdur. Ayrılmalarına səbəb onun işləyə bilməməsi olub. Belə ki, o, gözdən kor olmaqla müddətsiz əlildir. İddiaçı onunla ailə quranda bunu bilirdi. Uşaq doğulandan sonra o, əlilliyə görə aldığı 150 manat sosial müavinatla uşağı güclə saxlayırdı. İşləyə bilmədiyinə baxmayaraq, Aybəniz uğaqla evi tərk etdikdən sonra, o, uşaqla dəfələrlə görüşüb, onunla təmas qurmaq istəsə də, iddiaçı buna maneələr yaradıb. Övladının məsuliyyətini öz üzərində bir ata kimi dərk edir, lakin işləyə bilmədiyinə görə və faktiki işsiz olduğuna görə iddiaçının uşağa tələb etdiyi sabit pul şəklində alimenti ona heç cürə ödəyə bilmər. Onun heç vaxt maddi imkanı yüksək olmayıb. Əgər işləməsi və maddi imkanının yüksək olması haqqında iddiaçıda hər hansı bir sübut varsa, onu məhkəməyə təqdim etsin. Hazırkı məhkəmə prossesində xəstəliyi ilə bağlı iştirak edə bilmir. Övladına aliment təyin edən zaman sabit pul şəklində deyil, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə istinad edilməklə alimentin təyin olunmasını xahiş edir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarına və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan atalığın müəyyən edilməsi haqqında AZ-İ 472843 nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2024-cü il tarixdə doğulmuş X2 anası İddiaçı, atası Cavabdehdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2024-cü il tarixdə X4 doğulmuşdur. Ödəniş qəbzin surətindən görünür ki, iddiaçı mediasiya sessiyasında iştirak üçün 60 manat pul ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşağının qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşağınını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşağının saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında alimentin ödənilməsi ilə əlaqədar hər hansı saziş bağlanmamışdır. “AEMİS” vasitəsilə tərəflərin gəlirləri araşdırılmış və cavabdehin 3-cü qrup gözdən əlil olmaqla 180 manat pensiya aldığı müəyyən olunmuşdur. İddiaçının hər hansı bir gəliri yoxdur. Tərəfələrin birgə nikahlarından anadan olmuş uşaq hazırda iddiaçının himayəsində olduğundan ona qulluq, onun sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən, yəni hazırki iş üzrə cavabdehdən tutulmasına əsas verir. Cavabdehin daimi iş yerinin olmaması, onun yalnız pensiya alması onu iddiaçı ilə birgə münasibətlərindən anadan olmuş uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmçinin, uşağın maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni iddiaçı ilə yanaşı həm də cavabdehin vəzifəsidir. Məhkəmə, birgə münasibətlərdən anadan olmuş yetkinlik yaşına çatmayan uşağın mənafeyini üstün tutaraq, onun əvvəlki maddi təminat səviyyəsinin mümkün qədər maksimum dərəcədə qorunub saxlanılmasını, eləcə də uşağın maddi ehtiyaclarının təmin edilməsinin hər iki valideynin bərabər və ayrılmaz vəzifəsi olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə, qanunvericiliklə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının sonrakı artımları da nəzərə alınmaqla, hər ay minimum əmək haqqının 0,5 misli məbləğində sabit pul məbləğində aliment tutulmalı və qətnamə dərhal icraya yönəldilməlidir. Belə ki, “Azərbaycan Respubükası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 №-li qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağının valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına dəyişikliklər edilmiş, nikahın pozulmasına dair iddialara baxılarkən hazırlıq iclasında usağın hansı valideynin yanında saxlanması ilə bağlı mübahisənin olmadığı müəyyən edildiyi halda, məhkəmələr valideynlər arasında uşaqla ünsiyyət qaydası ilə bağlı qarşılıqlı razılığın olubolmadığını aydınlaşdırmalıdırlar. Bununla baglı mübahisə varsa uşaqla ünsiyyət qaydasının müəyyən edilməsini arzu edən valideynə bu barədə iddia tələbi ilə müraciət etmək hüququ izah edilməli və irəli sürüldüyü halda nikahın pozulması ilə yanaşı, bu tələbə də mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməlidir. Məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi, iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edildiyindən uşağının saxlanması üçün alimentin tutulması həmin tarixdən hesablanmalıdır. Məhkəmə iddiaçının 2-ci tələbi, yəni 3 yaşadək uşağa qulluq etməyinə görə özü üçün tələb etdiyi alimentlə bağlı hissəyə qiymət verərək hesab edir ki, həmin hissəsində onun tələbi təmin edilməməlidir. Belə ki, həmin tələblə bağlı məhkəmə qeyd edir ki, uşağın saxlanılması üçün tələb olunan alimentdən, nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) uşaq doğulduğu gündən 3 il ərzində məhkəmə qaydasında özü üçün alimentin tələbinin hüquqi əsasları fərqlidir. Birinci halda aliment valideynin qazancının olub-olmamasından asılı olmayaraq tutulursa, ikinci halda bunun üçün zəruri şərt-aliment ödəməli şəxsin buna zəruri vəsaitə malik olmasıdır. Çünki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) uşaq doğulduğu gündən 3 il ərzində məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququ vardır. İddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsi ilə müəyyən edilmiş hüququndan istifadə edərək keçmiş əri olan cavabdehə qarşı uşaq doğulduğu gündən 3 il ərzində ona ödənilən alimentin miqdarının artırılmasını tələb etmişdir. Lakin, iddiaçı cavabdehin zəruri vəsaitə malik olmasını təsdiqləyən sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə onu da qeyd edir ki, cavabdehin pensiyasının məbləği 180 manat olsa da, məhkəmə həmin məbləğdən də artıq məbləğdə, uşağın saxlanılması üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,5 misli məbləğində sabit pul məbləğində aliment qət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya prosesinin tətbiqi üçün ödənilmiş 60 manat mediasiya xərci cavabdehə aid edilərək onda tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının «X7» Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddia ərizələrə görə dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında 2025-ci il üzrə minimum əmək haqqı 400 manat olduğundan, həmin minimumun hazırda 0,5 misli 200 manat təşkil edir. Alimentin alınması haqqında iddianın bir il ərzində ödəmənin cəmi 2400 manat, dövlət rüsumu isə 44 manat təşkil eləyir. Həmin 44 manat dövlət rüsumu mediasiya xərci ilə əhatə olunduğundan, cavabdeh həmin rüsumu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2024-cü il tarixdə doğulmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. İddiaçı tərəfindən mediasiya prosesinin tətbiqi üçün ödənilmiş 60 manat mediasiya xərci cavabdeh X3 aid edilsin və ondan tutulub İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar