Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-427/2025 27.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İlkin iddia tələbi üzrə Cavabdeh nümayəndəsi (atası) Nümayəndə2 iştirakı ilə İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə və Qarşılıqlı iddia tələbi üzrə iddiaşı Cavabdeh İddiaçı qarşı “aliment məbləğinin artıtılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia tələbi üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon 1 saylı Mediasiya Təşkilatında 23 avqust 2024-cü il tarixdə bağlanmış MŞL/MTO14/2024-01058 saylı barışıq sazişinə əsasən müəyyən edilmiş 180 manat alimentin məbləğinin azaldılaraq hər ay 25 dekabr 2022-ci il təvəllüdlü X1 üçün 150 manat məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, iş üzrə Cavabdeh ilə 24 avqust 2022-ci il tarixdə rəsmi olaraq ailə qurub evlənmişdir. Nikahları qeyd edilən tarixdə Lənkəran Rayon Qeydiyyat Şöbəsində 423 nömrəli aktla rəsmiləşdirilmişdir. Birgə nikahlarından 25 dekabr 2022-ci il tarixdə X6 adında bır uşaqları anadan olmuşdur. Hazırda uşaq sağ və salamat olmaqla cavabdehin himayəsində yaşayır. Bir müddət cavabdeh ilə mehriban yaşamışlar. Sonradan cavabdehin xasiyyətində kəskin dəyişiklik baş vermişdir. Münasibətləri kəskinləşməyə başlayıb. Nəhayət o, cavabdehdən boşanmışdır. Belə ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-3149/2024 saylı, 09 oktyabr 2024-cü il tarixli qətnaməsinə əsasən onunla cavabdeh arasında bağlanmış nikah qeydi pozulmuşdur. Nikah pozularkən isə uşağın anasının yanında saxlanılmasına etiraz etməmişdir. Həmçinin uşağın saxlanılması üçün hər ay aliment ödəməyi ilə bağlı öz üzərinə mediasiya təşkilatında öhdəlik götürmüşdür. Belə ki, Lənkəran Rayon 1 saylı Mediasiya Təşkilatında 23 avqust 2024-cü il tarixdə bağlanmış MŞL/MT014/2024 -01058 saylı barışıq sazişinə əsasən qeyd etdiyi hallar öz təsdiqini tapmışdır. Lakin bildirmək istəyir ki, o, artıq faktiki olaraq heç bir yerdə işləmir və heç bir gəliri yoxdur. Həmçinin bel nahiyyəsində yırtıq olduğuna görə ona yük daşımaq və müxtəlif ağır şeylərə güc vurmaq qadağandır. Ona görə də hesab edir ki, təyin edilmiş alimentin məbləğində azalma olmalıdır. O, 1.200 manat əmək haqqı alsa da artıq neçə müddətdir ki, heç bir yerdə işləmir və əmək haqqı almır. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran Rayon 1 saylı Mediasiya Təşkilatında 23 avqust 2024-cü il tarixdə bağlanmış MŞL/MTO14/2024-01058 saylı barışıq sazişinə əsasən müəyyən edilmiş 180 manat alimentin məbləğinin artırılaraq hər ay 25 dekabr 2022-ci il təvəllüdlü X2 üçün 246 manat alimentin sabit pul məbləğində müəyyən edilərək cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində qeyd edir ki, guya barışıq sazişi bağlanandan sonra iş yerini itirmiş və hazırda heç bir yerdə işləmir və heç bir gəliri yoxdur. Həmçinin bel nahiyyəsində yırtıq olduğuna görə yük daşımaq və müxtəlif ağır şeylərə güc vurmaq qadağandır. Ona görə də hesab edir ki, təyin edilmiş alimentin məbləğində azalma olmalıdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, İddiaçı iddia ərizəsində qeyd etdiklərinin hamısı yalandır. Çünki, o, barışıq sazişi bağlanan zaman, ondan sonra və hazırda Rusiya Federasiyasında ticarətlə məşqul olur və yaxşı gəlir əldə edir. Həmçinin pul qazanmaq üçün təkcə ağır yük daşımağa ehtiyac da yoxdur. O, da Rusiya Federasiyasında ağır yük daşıyıb, pul qazanmır, o, yuxarıda qeyd etdiyi kimi ticarətlə məşqul olur, ticarətlə məşğul olan adamın da hər hansı ağır yük daşımağına ehtiyac yoxdur. Eyni zamanda İddiaçı əgər heç bir yerdə işləmirsə və ya hər hansı bir gəliri yoxdursa, onda o, hansı pulla vəkillə müqavilə bağlayır və vəkil onun üçün bütün bu işləri görür, yəni ona hüquqi yardım göstərir. O, özü isə heç bir yerdə işləmir və uşağı tək saxlamaqda çətinlik çəkir. Yaranmış şəraitdə o, məcburiyyət qarşısında qalaraq hazırki qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edir və Lənkəran Rayon 1 saylı Mediasiya Təşkilatında 23 avqust 2024-cii il tarixdə bağlanmış MŞL/MTÜ14/2024-01058 saylı barışıq sazişinə əsasən müəyyən edilmiş 180 manat alimentin məbləğinin artırılaraq hər ay birgə nikahlarından 25 dekabr 2022-ci il tarixdə doğulmuş X2 üçün 246 manat alimentin sabit pul məbləğində müəyyən edilməsini istəyir. Məhkəmə tərəfindən qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. İlkin iddia tələbi üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumatlandırılsa da o, məhkəmə iclasında iştirak etməmişdir və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İlkin iddia tələbi üzrə Cavabdeh nümayəndəsi Nümayəndə2 işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin məhkəmə baxışında iştirak edən ilkin iddia tələbi üzrə Cavabdeh nümayəndəsi Nümayəndə2 ilkin iddia tələbi üzrə iddianı qəbul etməyərək və qarşılıqlıqlı iddia tələbi üzrə iddianı müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin məxmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, mediasiya təşkilatında bağlanmış barışıq sazişində qeyd edilmiş alimentin məbləğinin azaldılması üçün heç bir əsas yoxdur. Belə ki, ilkin iddia tələbi üzrə iddiaçı öz iddia tələbini əsaslandırmamışdır. Odur ki, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ilkin iddia tələbi üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilən : X5 ilə Cavabdeh arasında Lənkəran Rayon l saylı Mediasiya Təşkilatında 23 avqust 2024-cü il tarixdə bağlanmış MŞL/MTOl4/2024 -0l058 saylı barışıq sazişindən görünür ki, həmin sazişə əsasən, tərəflər 25 dekabr 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat alimentin X5 tərəfindən Cavabdeh ödənilməsinə dair razılığa gəlmişlər. Lənkəran Rayon Məhkəməsinin 2(049)-3149/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə X5 ilə Cavabdeh arasında Lənkəran rayon Qeydiyyat şöbəsində qeydə alınmış 423 saylı, xx.xx.2022-ci il tarixli nikah akt qeydi pozulmuş, tələbin aliment və uşaqların kimin yanında qalması məsələlərinin 23 avqust 2024-cü il tarixdə bağlanmış MŞL/MTOl4/2024 -0l058 saylı barışıq sazişi ilə həll edilməsi nəzərə alınmışdır. Lənkəran rayon Qeydiyyat şöbəsindən təqdim edilmiş 1755 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X7 xx.xx.2022-ci il təvəllüdlüdür, atası İddiaçı, anası X8r. Məhkəmə, ilkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə münasibət bildirərək, aşağıdakıları qeyd edir: Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə sözügedən aliment məbləği təyin edildikdən sonra ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsi vəzifəsi iddiaçının üzərinə düşür. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində pisləşməyə doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin artırılması qanuni və əsaslı hesab edilə bilməz. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112- ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Qeyd olunan qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi üzrə iddia təmin edilməməlidir. Məhkəmə,qarşılıqlı iddia tələbi üzrə iddiaşı Cavabdeh İddiaçı qarşı “aliment məbləğinin artıtılması” tələbinə münasibət bildirərək, aşağıdakıları qeyd edir: Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Habelə həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı,onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansıəqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Qeyd olunan qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Məhkəmə hesab edir ki, barışıq sazişi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq, cavabdehdən aliment minimum əmək haqqının mislinə uyğun sabit pul məbləğində tutulmalı, habelə sabit pul məbləğinin miqdarı müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, uşaqların mənafeyi, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsini mümkün qədər maksimal saxlanılması əsas tutulmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 saylı, 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-1 madəsinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin qərarın 1.2.3. maddəsinə əsasən, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Ona görə də məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələblərini əsas tutaraq və yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün aliment ödənilməsi ilə əlaqədar tərəflər arasında mübahisənin olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün barışıq sazişi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, cavabdehdən iddiaçının xeyrinə tərəflərin birgə nikahından doğulmuş 25 dekabr 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay minimum əmək haqqı məbləğinin 0,55 misli miqdarında İddiaçı aliment tutularaq iddiaçı Cavabdeh oğluna verilməlidir. Məhkəmə hesab edir ki, alimentin tutulmasının başlanğıcı qarşılıqlı iddia əizəsinin məhkəməyə təqdim edildiyi – xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarından görünür ki, qarşılıqlı iddia ərizəsi xx.xx.2025-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinə daxil olmuş və qeydə alınmışdır. Ailə Məcəlləsinin 120.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1 maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş ilkin mediasiya arayışından görünür ki, iş üzrə ilkin iddia tələbi üzrə İddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənilmişdir və iddia tələbi təmin edilmədiyindən həmin xərc onun özünə aid edilməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “aliment məbləğinin artıtılması” tələbinə dair iddiası qismən təmin edilsin. Tərəflər arasında Lənkəran rayon 1 saylı Mediasiya Təşkilatında 23 avqust 2024-cü il tarixdə bağlanmış MŞL/MTO14/2024-01058 saylı barışıq sazişi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, 25 dekabr 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün, xx.xx.2025-ci il tarixdən başlayaraq, hər ay minimum əmək haqqı məbləğinin 0,55 misli miqdarında aliment X3 tutularaq, Cavabdeh ödənilsin. İlkin iddia tələbi üzrə İddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinə dair 60 manat məbləğində pul vəsaiti onun özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-427/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-427/2025
27.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver