Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Lənkəran şəhəri İş № 2(049)-4315/2025 19.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1, ünvan 1 ünvanda yaşayan Kreditor borclu Lənkəran rayonu Boladi kəndində yaşayan X3 qarşı pul tələbi haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: Kreditor məhkəməyə ərizə ilə borclu X2 21 oktyabr 2023-cü il tarixli, nisyə alqı-satqı müqaviləsinə əsasən əsasən, “Lenovo v15-g31ıap" markalı kompüterə görə əsas borca üzrə 1248 manat, cərimə borcuna görə 124 manat, həmin tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən "Redmi Note 12” markalı mobil telefona görə əsas üzrə 517 manat, cərimə borcu üzrə 51 manat, cəmi 1940 manat və ödənilmiş dövlət rüsumuna görə 100 manat məbləğində pulun alınıb ona verilməsinə dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. O, ərizəsinin onunla əsaslandırmışdır ki, Biləsuvar şəhərində elektrotexnika və məişət əşyaları məhsulların satışını həyala keçirir. Borclu ilə aralarında bağlanmış 21 oktyabr 2023-cü il tarixli, alqı-satqı müqaviləsinə əsasən Borclu “Lenovo v15-g31ıap" markalı kompüteri satmağı,Borclu isə 200 manat məbləğində ilkin ödəniş etdikdən sonra, hissə-hissə ödəmək şərti ilə, 2023-cü ilin noyabr ayından 2025-ci ilin aprel ayınadək, hər ayın 21-də, ayda 78 manat olmaqla, ümumilikdə 1404 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin 21 oktyabr 2023-cii il tarixli, nisyə alqı-satqı müqaviləsinə əsasən, o, ona "Redmi Note 12“ markalı mobil telefonu satmağı, Borclu isə 50 manat ilkin ödəniş etdikdən sonra, hissə-hissə ödəmək şərti ilə, 2023-cü ilin noyabr ayından 2024-cü ilin oktyabr ayınadək, hər ayın 21-də, ayda 47 manat olmaqla, ümumilikdə 564 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. O, öhdəliklərini icra etməklə Borclu 21 oktyabr 2023-cü il tarixli, nisyə alqı-satqı müqavilə; əsasən “Lenovo v15-g31ıap" markalı kompüteri və həmin tarixli müqavilə üzrə “Redmi Note” markalı mobil telefonu satmağına baxmayaraq, Borclu hər ay razılaşdırılmış məbləğdə pulu tam ödəməmiş, ümumi borcundan cəmi “Lenevo vl5-g31ıap” markalı kompüterə görə 156 manat və "Redmi Note 12“ markalı mobil telefona görə 47 manat ödəniş etmiş, öhdəliklərin yerinə yetirilməsindən bir tərəfli olaraq imtina elmişdir. Bununla da onuıı 21 oktyabr 2023-cti il tarixli, nisyə alqısatqı müqaviləsinə əsasən "Lenevo vl5-g31ıap” markalı kompüterə görə əsas borc üzrə 1248 manat, cərimə borcu üzrə 124 manat və həmin tarixli nisyə alqı-satqı müqaviləsinə öşaşəri “Redmi Note 12” markalı mobil telefona görə isə əsas borc üzrə 517 manat, cərimə borcu üzrə 51 manat məbləğində borcu yaranmışdır Ərizəyə əlavə edilmiş sənədlərlə tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 280-ci maddəsinə əsasən məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hesab edirəm ki, tələbkar tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu borcluya aid edilməli və sonuncudan alınaraq tələbkara ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 275 və 278-ci maddələrini rəhbər tutaraq, əmr etdim: Lənkəran rayonu Boladi kəndində yaşayan borclu X2 1940 manat və ödənilmiş dövlət rüsumuna görə 100 manat məbləğində pul alınaraq ünvan 1 ünvanda yaşayan Kreditor verilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №2(049)-4315/2025
Lənkəran Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(049)-4315/2025
19.11.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver