Məhkəmə qərarları › İş №2(049)-4569/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-4569/2025

15.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-4569/2025 15.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: İddiaçıı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran Rayon Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli 8(049)-425/2025 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsinin 2(049)-1756/2012 saylı 31 oktyabr 2012-ci il tarixli qətnaməsinə əsasən ondan tutulan sabit pul məbləğində alimentin məbləği sonrakı artırımlar da nəzərə alınmaqla hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.53 misli həddində indeksasiya olunmuş hissəsi dəyişdirilərək xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün ondan tutulan sabit pul məbləğində alimentin məbləği sonrakı artırımlar da nəzərə alınmaqla hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.3 misli həddində alimentin tutularaq Cavabdeh qızina ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə Elektron Sistemdən müəyyən olunur ki, cavabdeh Hacıqabul rayonu, Rəncbər kəndində qeydiyyatdadır. Yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki, hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilir ki, qərardadın təsviri hissəsində göstərilənlər həmin çatışmazlıqlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən aidiyyəti üzrə Hacqabul Rayon Məhkəməsinə müraciət etməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 149, 150, 152, 157, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar