Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-517/2024 19.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci ildə doğulmuş X1 üçün Cavabdeh hər ay 220 manat olmaqla sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki o, xx.xx.1968-ci ildə Lənkəran rayonunun İsti- Su qəsəbəsində doğulmuş. Ailə vəziyyəti ilə əlaqədar hazırda Lənkəran rayonunun Osaküçə kəndində yaşayır. Hazırki iş üzrə cavabdeh İsti-Su (Kirov) qəsəbə sakini Cavabdeh ilə qeyri-rəsmi nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2008-ci ildə qızları X5 doğulmuşdur. Cavabdehlə birgə nikahlarından doğulan X4 atalıq vermişdir. Bu barədə atalığın müəyyən edilməsi barədə akt qeydlər kitabında 14 avqust 2008-ci ildə 539 № ilə qeyd edilmişdir. Bu isə uşağın atasının Cavabdeh olduğunu göstərir. Nikahlarının ilk dövrlərində aralarında münasibətlər səmimi olmuş və heç bir narazılıq olmamışdır. Uşaq 20 günlük olduğu zaman Cavabdeh körpəsi ilə görüşmüş və qazanc məqsədi ilə Rusiya Federasiyasına getmişdir. O, Rusiyada olduğu zaman, 2008-ci ildə cəmi 3 dəfə zəng etmiş uşağı ondan soruşmuşdur. 2009-cu ildən sonra ona zəng vurmamış və doğma övladı ilə heç maraqlanmamışdır. Övladının taleyi onun üçün bu günə kimi heç maraqlı olmamışdır. Uşaq hazırki günə kimi onun himayəsində yaşayır. Uşaq heç vaxt atasını görməmişdir və onu heç tanımır. Ancaq uşağın həmişə ata qayğısına ehtiyacı olmuş bu gün də ehtiyacı vardır. Hazırda uşağın atası Rusiyanın Samara şəhərindən evinə dönmüşdür. Ancaq övladı və ailəsi ilə heç maraqlanmamışdır. X2 16 yaşı vardır. Cavabdeh bir ata kimi övladının taleyi ilə maraqlanmamamış və bir ata kimi bu günə qədər heç bir yardım göstərməmişdir. Cavabdeh böyük imkana malikdir. Ancaq bu günə kimi döğma övladına yardım etməkdən yayınmışdır. Cavabdeh burada yaşamadığı üçün ondan bu günə kimi aliment tələb etməmişdir. Hazırda cavabdeh burada yaşayır, özünə yeni yaşayış evi tikmişdir. Ancaq doğma balasına yardım etmir. 16 il ərzində iddaçıya nə də övladına 1 manat belə maddi köməklik göstərməmiş və heç bir yardım etməmişdir. Birgə nikahlarından doğulan qızılarının 16 yaşı vardır. Hazırda ərzaq, geyim, məktəb ləvazimatları və dərsliklər bahadır. Ona görə də o, bu çətinliklərin öhdəsindən tək gələ bilmir. Cavabdehim maddi imkanı yaxşıdır, ticarətlə məşğul olur, kifayət qədər pul qazanır. Hesab edir ki, uşağın saxlanması üçün cavabdehdən zəruri (vəsait) aliment tutulmalıdır. Çünki onun maddi durumu çox yaxşıdır. Uşaq onun himayəsində qaldığı üçün cavabdehdən aliment tələb edir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh hazırda ticarətlə məşğul olur, başqa bir qadınla ailə qurmuşdur və həmin nikahdan da iki övladı vardır. İddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: AZ-İ seriyalı 111005 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3 atası hesa edilmişdir. AZ-İİ seriyalı 129286 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2008-cü il tarixdə Lənkəran rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara «sabit pul məbləğində aliment» ödənilməsi barədə saziş yoxdursa, eləcə də «sabit pul məbləğində aliment» verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə «sabit pul məbləğində aliment»in valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə «sabit pul məbləğində aliment»in miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Habelə həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansıəqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İş materiallarından görünür ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara «sabit pul məbləğində aliment» ödənilməsi barədə saziş yoxdur. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay Aysun adlı uşağın saxlanması üçün 150 manat sabit pul məbləğində « tutulmalıdır. Məhkəmə «sabit pul məbləğində alimentin tutulmasının başlanğıcı ilə əlaqədar aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinə daxil olmuş və 2(049)-4666/2023 daxil olma nömrəsi ilə qeydə alınmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, «sabit pul məbləğində aliment» məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd oluna normaların mənasından görünür ki, «sabit pul məbləğində aliment»in tutulmasının başlanğıcı şəxsin məhkəməyə müraciət etdiyi vaxtdan hesablanır. Mülki işin materiallarından da görünür ki, hazır ki, mülbahisə üzrə ərizə xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinə daxil olduğundan cavabdehdən alimentin tutulmasının başlanğıcı da həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən «sabit pul məbləğində aliment»lərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən edilsin. 12 iyul 2008-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 19 dekabr 2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-517/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-517/2024
19.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver