Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-548/2023 07.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, iddiaçı: İddiaçı, cavabdeh: Cavabdeh Əyyar oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Əyyar oğluna qarşı «aliment» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əyyar oğlundan himayəsində olan xx.xx.2011-ci il tarixdə anadan olmuş X13 və xx.xx.2012-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına şatanadək saxlanması üçün hər ay bir uşağa görə sabit pul məbləğində 200 manat olmaqla ümumilikdə 400 manat sabit pul məbləğində alimentin və mediasiya xərci kimi 55 manat pulun cavabdehdən tututlaraq ona verilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh Əyyar oğlu xx.xx.2008ci il tarixdə el adətiylə toy edib evlənərək qaynatasının evinə gəlin köçmüşdür. Nikahları 22 fevral 2011-ci il tarixdə Lənkəran rayonu, Kənarmeşə kənd nümayəndəliyində 04 saylı aktla rəsmiləşdirmişdir. Birgə nikahlarından xx.xx.2011-ci tarixdə X13 və xx.xx.2012-ci il tarixdə X12 doğulmuşdur. Cavbdehlə 2 il nişanlı qalmış cavabdeh ona xəyanət etmiş narkotik qəbul edir və spirtli içkilər içirmiş. Sərxoş vəziyyətdə ona döyüb söyürmuş hətta elə vəziyyətə gəlmişki özünü öldurmək üçün 2015-ci ildə sirkə içmişdir. Cavabdeh ona nə edirsən et pul gətir deyirmiş. Məhz bu səbəbdən ayrılmışlar. Lənkəran Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Həmin vaxt aliment tələb etməmişdir. Hazırda isə uşaqları saxlamaqda çətinlik çəkir və özü də heç bir yerdə işləmir. Ona görə də aliment tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavbdeh Cavabdeh iddianı qəbul etmədiyini, imkanı omadığına və xəstə oldugunu qeyd edərək xətəliyilə bağlı tibbi səndlər təqdim edərək iddianı rəd edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Lənkəran rayon məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(049)-1795/2021 saylı qətnaməsində görünür ki İddiaçı Cavabdeh Əyyar oğlu ilə xx.xx.2011-ci il tarixli 127 saylı aktla bağlanmış nikah pozularaq xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2012-ci il tarixli X12 yetkinlik yaçına çatanadək iddiaçı X2 yanında saxlanılnaması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən 10 noyabr 2021 ci il tarixli AZ-l 385961 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, iddiaçı X5 Cavabdeh Əyyar oğlunun nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra arvada Əskərova, ərə Abışov soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş doğum haqqında haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə X3 rayonu, Kərgəlan kəndində doğulmuş, anası X5, atası Cavabdehdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş doğum haqqında haqqında şəhadətnaməni təsdiq olunmuş surıtindən görünür ki, xx.xx.2012-ci il tarixdə X1 rayonu, Kərgəlan kəndində doğulmuşdur Lənkəran Rayon Mediasiya Şurasının xx.xx.2022-ci il tarixli MŞL-01227 saylı İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, iddiaçı 55 manat mediasiya üçün rüsüm ödəmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, 16 sentyabr 2021-ci il tarixdə Lənkəran rayon 2(049)-1795/2021 saylı qətnaməsi ilə uşaqlar anasının himayəsinə verilməklə nikah pozulmuş və Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən 10 noyabr 2021 ci il tarixli AZ-l 385961 saylı nikahın pozulması haqqında şəhadətnamədən verilmişdir. Onların birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2012-ci il tarixli X14 adlı uşaqları hazırda ididaçının himayəsində yaşayır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddələrində göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə cavabdehin maddi və əmlak vəziyyətini, heç bir yerdə işləməməsini, uşağın atası olaraq alimentin ödəməsini vəzifəsi olmasını, eləcə də alimenti ödəmək istəyini və iddianı qismən qəbul etməsini nəzərə alaraq alimentin hər ay hər uşağa görə 150 manat, ümumilikdə hər ay iki uşağa 300 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment iddiaçının məhkəməyə müraciət etdiyi 13 dekabr 2022-ci il tarixdən hesablanmaqla tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdırGöstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 13 dekabr 2022-ci il tarixdən hesablanmaqla Cavabdeh Əyyar oğlundan 27 fevral 2011-ci il tarixdə doğulmuş X13 və 03 dekabr 2012-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat, ümumilikdə hər ay 300 manat sabit pul məbləğində aliment və mediasiya xərci 55 manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissəsi rədd edilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-548/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-548/2023
07.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver