Məhkəmə qərarları › İş №2(049)-588/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-588/2024

08.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-588/2024 08.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X12, iddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «Aliment tələbi, alimentin ləğvi və hesablanmış alimentin borcunun silinməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehin Lənkəran Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli 2(049)- 2044/19 saylı qətnaməsinə əsasən təyin edilmiş aliment məbləğinin ləğv edilməsi, həmin qətnamə üzrə yığılmış aliment borcunun silinməsi və birgə nikahından dünyaya gəlmiş xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X1 ötrü Cavabdeh sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək Lənkəran Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli 2(049)-2044/19 saylı qətnaməsinə əsasən təyin edilmiş alimentin ləğv edilməsi, həmin qətnamə üzrə yığılmış 10.400 manat aliment borcunun silinməsi, birgə nikahından dünyaya gəlmiş xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X1 ötrü Cavabdeh aylıq hər uşaq üçün 300 manat, ümumilikdə 600 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə arasındakı nikah qeydi Lənkəran Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli 2(049)-2044/19 saylı qətnaməsinə əsasən rəsmi şəkildə pozulmuşdur. Həmin qətnaməyə əsasən övladları Cavabdeh himayəsinə verilmiş və hər uşaq üçün 100 manat olmaqla ayda 200 manat məbləğində aliment məbləğinin tutularaq ona ödənilməsi qət edilmişdir. Nikah qeydi pozulduqdan sonra Cavabdeh onunla yaşayan övladlarını 27 yanvar 2020-ci il tarixdə himayəsiz vəziyyətdə saxlayaraq X4 getmişdir. Həmin zamandan etibarən övladları onunla birgə yaşayırlar. Lənkəran Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciəti nəticəsində məhkəmə tərəfindən 20 aprel 2021-ci il tarixli 2 (049)-1046/2021 saylı qətnamə qəbul edilərək xx.xx.2010-cu il tarixdə anadan olmuş X8 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X5 Cavabdeh himayəsindən alınaraq onun himayəsinə verilmişdir. Övladları uzun zamandır ki, onunla yaşayılar və onların bütün maddi və mənəvi tələbatlarını o təmin edir və cavabdeh uşaqların saxlanılmasından ötrü heç bir maddi və yaxud da mənəvi dəstək göstərmir. Hesab edir ki, övladları artıq uzun zamandır onun himayəsində olduqları, onların bütün ehtiyac və tələbatları onun tərəfindən qarşılandığı səbəbindən Cavabdeh qızma aliment məbləğinin ödənilməsi öhdəliyi onun üzərindən götürülməlidir. Əlavə olaraq qeyd etmək istəmişdir ki, o, məhkəməyə müraciət etməmişdən öncə yığılmış aliment borcunun silinməsi tələbinə dair mübahisənin mediasiya vasitəsi ilə həll olunmasından ötrü cavabdehə təklif məktubu göndərmişdir. Lakin Cavabdeh məlumatlandırılmasına baxmayaraq təşkil edilmiş ilkin mediasi sessiyasında iştirak etməmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixli MŞL/MT014/202 00741 saylı arayışı iddia ərizəsinə əlavə etmişdir. Məhkəmə iclasında iştirak edəb İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə Cavabdeh məhkəmə bildirişi, iddia ərizəsinin və əlavə edilmiş sənədlərin surəti cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana göndərmiş, lakin cavabdeh həmin ünvanda olmadığından MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə icra hakimiyyəti orqanına məhkəmə bildirişini göndərmiş və həmin bildirişin alındığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş Lənkəran Rayon Məhkəməsinin 19 aprel 2019-ci il tarixli 2(049)-2044/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahı pozulmuş və birgə nikahdan xx.xx.2010-cü il tarixdə doğulmuş X8 və xx.xx.2013-cü il təvəllüdlü X5 anası Cavabdeh yanında saxlanılması, xx.xx.2019-cu il tarixdən başlayaraq 2019-cu il tarixdən başlayaraq hər iki uşağın yetkinlik yaşına çatanadək saxlanmasından ötru atası İddiaçı hər ay bir uşağa 100 manat olmaqla iki uşağa görə hər ay 200 mant alimenti tutularaq anası Cavabdeh verilməsini qət etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş Lənkəran Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(049)-1046/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh 27 yanvar 2020-ci il tarixdə onunla birlikdə yaşayan X3 himayəsiz saxlayaraq Amerikaya getmişdir. Həmin qətnaməyə əsasən xx.xx.2010-cu il tarixdə doğulmuş X8 və xx.xx.2013-cü il tarixdə doğulmuş X5 anası Cavabdeh himayəsindən alınaraq İddiaçı himayəsinə verilməsi qət etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş Lənkəran Rayon Qeydiyyat Şöbəsinin 24 dekabr 2020-ci il tarixli, 3233 nömrəli arayışından görünür ki, xx.xx.2010-cu il tarixdə X8 doğulmuşdur. Anası Cavabdeh, atası İddiaçıdur. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş Lənkəran Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, xx.xx.2013-cü il tarixdə X6 doğulmuşdur anası İddiaçı anası X9r. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin 31 yanvar 2024-cü il tarixli, 210605/05 nömrəli arayışından görünür ki, İddiaçı ödənilməmiş 10.400 manat aliment borcu var. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş Lənkəran çəhər İcra Hakimiyyəti İcra Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 123-16/635 nömrəli arayışından görünür ki, Şükürov X10 şəhər Kələntərlilər küçəsi 29 saylı ünvanda qeydiyyatda olmaqla həmin ünvanda azyaşlı övladları xx.xx.2010-cü il tarixdə doğulmuş X8 və xx.xx.2013-cü il tarixdə doğulmuş X7 ilə birlikdə yaşayır. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, X13 xx.xx.2020-ci il tarixdə Heydər Əliyev adına X11 Paris şəhərinə getmişdir. Şəxsin Azərbaycan Respublikasına girişi müəyyən edilməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Qanunvericiliyin qeyd olunan müddəasının mənasına görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra alimenti ödəməkdən azad edilməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik baş verməli və ya tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə alınmalıdır. Hazırki mübahisənin hallarından da göründüyü kimi, iddiaçı müvafiq qətnamə ilə müəyyən edilmiş aliment borcunu ödəməkdən azad edilməsi üçün tərəflərin birgə nikahlarından doğulmuş uşaqlarının onun himayəsində olmasını əsas gətirir. Qeyd edilən əsas məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş müvafiq sənədlərlə öz hüquqi təsdiqini tapmışdır. Bundan başqa məhkəmənin qənaətinə görə iddiaçının əsaslandığı hallar müvafiq olaraq iddiaçı şəxsin qeyd edilən qətnamə ilə müəyyən edilmiş aliment borcunun ödənilməsindən azad etmək üçün birbaşa əsas kimi qəbul edilməlidir. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsi alimentin təyin edilməsində olduğu kimi, onun ödəməkdən azad edilmə zamanı da yalnız uşağın valideynlərinin ailə və ya maddi vəziyyəti ilə bağlı meyarların nəzərə alınmasını tələb edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı iddiasınən “alimentin ləğvi” tələbinə dair iddia ərizəsi təmin edilməlidir. Eyni zamanda, iş materiallarından, xüsusilə məhkəmə qətnamələrindən müəyyən edilir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2019cu il tarixdən hesablanmaqla hər ay 200 manat aliment iddiaçıdan alınıb cavabdehə verilməli qət edilmiş, cavabdeh 27 yanvar 2020-ci il tarixdə uşaqlarını himayəsiz qoyaraq ölkə xaricinə getmiş (bu hal sərhədkeçmə məlumatlı ilə də təsdiq edilir), uşaqlar həmin tarixdən faktiki olaraq iddiaçının yanındadırlar. Lənkəran Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qətnaməsi ilə isə uşaqların atanın, yəni iddiaçının yanında və himayəsində qalması rəsmişlədirilmişdir. Məhkəmə hesab edir ki, belə olan halda yəni uşaqların faktiki olaraq atanın yanında olduğu halda ona aliment hesablanması əsassızdır. Məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə uşaqların rəsmi olaraq cavabdehin yanında olması müəyyən edildiyindən, xx.xx.2020-ci il tarixdən isə uşaqların faktiki olaraq iddiaçının yanında olması müəyyyən edildiyindən xx.xx.2020-ci il tarixdən etibarən iddiaçı ona təyin edilmiş və ödənilməmiş aliment borcundan azad edilməli və həmin alimnet borcu silinməlidir. Hər ay üzrə ödənilməli olan alimnet borcunun 200 manat olmaqla illik 2400 manat, 4 il üzrə isə 9600 manat olmasını və Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən 10.400 manat yığılmış aliment borcu olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş və ödənilməmil qalan aliment borcunun 9600 manat hissəsi silinməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, cavabdehin maddi və əmlak vəziyyətini, uşağın anası olaraq alimentin ödəməsini vəzifəsi olmasını, iddiaçının isə aliment tələbinin hər ay hər uşaqğa görə 300 manat olmasını nəzərə alaraq alimentin hər ay hər uşağa görə 160 manat, ümumilikdə hər ay iki uşağa 320 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment iddiaçının məhkəməyə müraciət etdiyi 25 dekabr 2023-cü il tarixdən hesablanmaqla tutulmalıdır. MPM-nin 234.2 və 234.2.1-ci maddələrinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. MPM-nin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Şükürov X10 Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli 2(049)- 2044/19 saylı qətnaməsi ilə təyin edilmiş alimenti ödəməkdən azad edilsin. İddiaçı Şükürov X10 Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli 2(049)- 2044/19 saylı qətnaməsi ilə təyin edilmiş alimenti və ödənilməmiş aliment borcunun 9600 manat hissəsi silinsin. xx.xx.2010-cu il tarixdə doğulmuş X8 və xx.xx.2013-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlnılmasından ötrü hər ay hər uşağa 160 manat olmaqla hər ay iki uşağa 320 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı ödənilsin. Alimentin ödənilməsi 25 dekabr 2023-cü il tarixdən hesablansın. İddianın qalan hissəsi təmin edilmısin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar