Məhkəmə qərarları › İş №2(049)-639/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-639/2023

25.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-639/2023 25.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh Sücəddin qızına qarşı “uşaqların yaşayış yerinin təkrar müəyyən edilməsi, aliment ödənilməsindən azad olunma və sabit pul məbləğində aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sücəddin qızına qarşı “uşaqların yaşayış yerinin təkrar müəyyən edilməsi, aliment ödənilməsindən azad olunma və sabit pul məbləğində aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından olan xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X14 və xx.xx.2010-cu il təvəllüdlü X8 adlı uşaqların yaşayış yerinin onun yanında müəyyən edilməklə uşaqlarınonun yanında saxlanılması, Lənkəran Rayon Məhkəməsinin 2(049)-3860/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə üç nəfər uşağın saxlanılması üçün ondan alınması nəzərdə tutulmuş 462 manat alimenti ödəməkdən azad edilməyi, uşaqlar onun himayəsində yaşadıqlarından üç nəfər uşaqların saxlanılması üçün hər ay hər bir uşağa görə 193 manat, üç uşağa görə cəmi 579 manat alimentin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, iddia ərizəsində göstərdiklərinə əlavə olaraq yığılmış aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Sücəddin qızı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdeh İddiaçı məhkəmə qətnaməsi üzrə 23 iyul 2018-ci il tarixdən başlayaraq ödənilməmiş 19138 (on doqquz min yüz otuz səkkiz) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(049)-639/2023 saylı qərardadı ilə Cavabdeh Sücəddin qızı tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi üzrə icraata Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən xitam verilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X11 ilə el adəti qaydasında toy etməklə ailə qurmuşdur. Birgə nikahdan üçnəfər - xx.xx.2006-cı ildə X3, xx.xx.2009-cu ildə X14 və xx.xx.2010-cu ildə X8 adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyəti düz gəlmədiyindən ayrılmalı olmuşlar. Lənkəran rayon məhkəməsinin xx.xx.2018-cı il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, üç nəfər uşaqlar cavabdehin himayəsində saxlanılmış, uşaqların saxlanılması üçün aliment kəsilmişdir. Lakin məhkəmə qətnaməsi çıxmasına baxmayaraq həm məhkəmə qətnaməsi ona göndərilməmiş, həmdə cavabdeh ondan boşanandan sonra Türkiyə Respublikasına getdiyindən demək olarki uşaqlar onun himayəsində yaşamış və heç vaxt uşaqlar anaları ilə yaşamamışlar. Artıq cavabdehlə ayrıldıqları vaxtdan 4 ilə yaxındır ki, uşaqlar onun himayəsində yaşayırlar və demək olarki cavabdeh bu vaxta kimi uşaqları ilə əlaqə də saxlamamışdır. Eyni zamanda 2020-ci ilin noyabr ayında İcra və Probasiya şöbəsinə ərizə verərək alimentin icra edilmədən məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Həmin vaxtdan bu günə kimiuşaqlar onun himayəsində yaşamağa başlamışlar. Uşaqlar onun himayəsində yaşasalarda cavabdeh 2022-ci ilin avqust ayında yenidən Lənkəran rayon məhkəməsinə müraciət edərək aliment tələbi ilə bağlı qəbul edilmiş məhkəmə qətnaməsini yenidən icraya yönəldilməsini bildirmiş, buna görə də məhkəmə qətnaməni icraya yönəltmiş və üç nəfər uşaqların saxlanılması üçün ondan 462 manat pul tələb etməyə başlamışdır.Halbuki uşaqlar onunla yaşayır və uşaqların gündəlik təlabatı, onların təlim-tərbiyələri ilə o məşğul olur. Hesab edir ki, uşaqlar onun yanında yaşadıqlarından və uşaqların gündəlik təlabatlarını və ehtiyaclarınıo qarşıladığından cavabdehə ödənilməsi nəzərdə tutulmuş alimentin köçürülmləsi dayandınlmalı və uşaqların yaşayış yeri onun yanında saxlanılmalıdır. Məhkəmə iclasında İddiaçı və onun vəkili Vəkil1 ayrı-ayrılıqda iddia tələbini müdafiə edib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh Sücəddin qızı və onun nümayəndəsi və vəkili Vəkil2 heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki tarixlərdə keçirilmiş iclaslarında iştirak etmiş Cavabdeh Sücəddin qızı və onun nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib, İddiaçı iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etmişlər. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2894 nömrəli arayışdan görünür ki, X8 xx.xx.2010-cu il tarixdə Lənkəran rayonu, Hirkan qəsəbəsində doğulmuşdur. Atası İddiaçı, anası X5r. Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2895 nömrəli arayışdan görünür ki, X14xx.xx.2009-cu il tarixdə Lənkəran rayonu, Hirkan qəsəbəsində doğulmuşdur. Atası İddiaçı, anası X5r. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2006-cı il tarixdəLənkəran rayonu, Hirkan qəsəbəsində doğulmuşdur. Atası İddiaçı, anası X5r. 26 iyul 2022-ci il tarixli, MŞL-00406 saylı İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçıilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh X9 isə iştirak etməmiş, İddiaçı ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiya xərci ödəmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(049)-3860/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, İddiaçı və X9 arasında Lənkəran rayon VVADQ şöbəsində bağlanmış 20 sentyabr 2006-cı il tarixli 606 saylı nikah qeydi pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X14 və xx.xx.2010-cu il təvəllüdlü X2 X4 yanında qalmaları müəyyən edilmiş, xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X14 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 23 iyul 2018-ci il tarixdən başlayaraq İddiaçı hər ay bir uşaq üçün 154 manat olmaqla, hər ay üç uşaq üçün 462 manat sabit pul məbləğində alimentin tutularaq X7 verilməsi və birgə nikah dövründə inşa edilmiş Lənkəran şəhəri, Ə.Vahid küçəsində 0.06 ha torpaq sahəsində yerləşən cavabdeh İddiaçı mülkiyyətində olan 2 mərtəbəli, 5 otaqlı, 86 saylı fərdi yaşayış evinin iddiaçı ilə cavabdeh arasında 1/2 hissə olmaqla paylara bölünməsi qət edilmişdir. 14 sentyabr 2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Lənkəran Rayon Məhkəməsində iddia qaldırmaqdan ötrü 50 manat dövlət rüsumu ödəmişdir. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Mamusta KİƏD nümayəndəliyi tərəfindən 01 avqust 2022-ci il tarixdə Lənkəran rayonu, Mamusta kəndində kənd sakinlərinin iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, İddiaçı üç uşağı - xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X14 və xx.xx.2010-cu il təvəllüdlü X82020-ci ilin fevral ayından ataları İddiaçıla birlikdə sonuncuya məxsus evdə yaşayır, həmin uşaqların bütün təminatlarını (təhsil, geyim, qida və s.) İddiaçı ödəyir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(049)-2837/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh Sücəddin qızına qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası rədd edilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Qəyyumluq və himayəçilik komissiyasının 01 may 2023-cü il tarixli rəyindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X14 və xx.xx.2010-cu il təvəllüdlü X8 fikir və istəyi nəzərə alınaraq atası İddiaçı ilə birlikdə qalmaları məqsədəmüvafiq hesab edilmişdir. İddiaçı həyat şəraitinin müayinə edilməsi barədə Lənkəran Şəhərə İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı övladları ilə birlikdə Lənkəran rayonu, Mamusta kəndində özünə məxsus evdə yaşayır. Onların istifadəsində iki mərtəbəli 10 otaqlı tam təmirli yaşayış evi vardır. Hamam və sanitar qovşağı təmiz saxlanılır, sanitar – gigiyena tələblərinə uyğundur. Həyət təmiz vəziyyətdə saxlanılır. Göstərilən evin şəraiti azyaşlı uşaqların yaşaması üçün yararlıdır. Evdə qaz, işıq, su və kanalizasiya sistemləri yaşayış normalarına cavab verir. Ailənin mənəvi-psixoloji və maddi durumu qənaətbəxşdir. Evdə daimi yaşayanların sayı 5 nəfərdir. Lənkəran Rayon Məhkəməsinin 3(049)-886/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki,İddiaçıLənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(049)-3860/2018 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə (17000 manat aliment borcu) icra məmurunun qanuni tələbini yerinə yetirmədiyinə görə İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətə inzibati qaydada həbs edilmişdir. Lənkəran Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 210260 №-li məktubdan görünür ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(049)-3860/2018 saylı icra işi üzrə borclu İddiaçı tələbkar Cavabdeh Sücəddin qızına həmin tarixədək ödənilməmiş aliment borcu 16632 manat təşkil edir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin nikahı Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(049)-3860/2018 saylı qətnaməsi ilə pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X14 və xx.xx.2010-cu il təvəllüdlü X2 X4 yanında qalmaları müəyyən edilmiş, xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X14 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 23 iyul 2018-ci il tarixdən başlayaraq İddiaçı hər ay bir uşaq üçün 154 manat olmaqla, hər ay üç uşaq üçün 462 manat sabit pul məbləğində alimentin tutularaq X7 verilməsi qət edilmişdir. 2020-ci fevral ayından xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009cu il təvəllüdlü X14 və xx.xx.2010-cu il təvəllüdlü X8 ataları İddiaçı ilə birlikdə yaşayır. İddiaçı uşaqların yaşayış yerinin onun yanında müəyyən edilməklə uşaqların onun yanında saxlanılmasını, üç nəfər uşağın saxlanılması üçün ondan alınması nəzərdə tutulmuş 462 manat alimenti ödəməkdən azad edilməsini, yığılmış aliment borcunun silinməsini, uşaqlar onun himayəsində yaşadıqlarından üç nəfər uşağın saxlanılması üçün hər ay hər bir uşağa görə 193 manat, üç uşağa görə cəmi 579 manat alimentin cavabdehdən alınıb ona verilməsini xahiş edir. Cavabdeh isə iddianı qəbul etməyərək, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Lənkəran ŞİH-nin Qəyyumluq və Himayəçilik Komissiyasının məsul katibi X10 iştirakı ilə dindirilmiş xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X14 və xx.xx.2010-cu il təvəllüdlü X8 babaları Seydəmir İbrahimov vəfat etdiyi gündən, 02 fevral 2020-ci il tarixdən etibarən ataları İddiaçı məxsus rayonun Mamusta kəndində yerləşən fərdi yaşayış evində yaşadıqlarını, analarının müalicəsi ilə əlaqədar uzun müddət Türkiyə və İran İslam Respublikasında olduğunu, həmçinin anaları Cavabdeh tez-tez Türkiyə Respublikasında yaşayan anası və bacısının yanına getdiyini, Azərbaycana qayıtdıqda ara-sıra analarının yanına getdiklərini, daimi olaraq ataları ilə yaşadıqlarını, atalarının onların qayğısına qaldığını, onların bütün ehtiyaclarını ödədiyini və ataları ilə yaşamaq istədiklərini bildirmişlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Qanunun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin qanunun 8-ci maddəsinə əsasən isə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Qanunun 19-cu maddəsində isə müəyyən edilmişdir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasını, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Qanunun 11-ci maddəsinə görə hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvesiyasının 8ci maddəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demoktratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir. «Elşolts Almaniyaya qarşı» işi üzrə Avropa İnsan hüquqları Məhkəməsinin 13 iyul 2000ci il tarixli qərarında qeyd edilir ki, Konvesiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideyinlərin arasında ədalətli tarazlığa riayət etsinlər, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideyinlərin maraqlarından üstün tutula bilər. Xüsusən 8-ci maddəyə əsasən valideyin uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə görə, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 73.1-73.2-ci maddələrinin tələblərinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir.Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarını hazırki mülki işin faktiki halları ilə əlaqəli şəkildə təhlil edərək, valideynləri ayrı yaşayan xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X14 və xx.xx.2010-cu il təvəllüdlü X2 fikir və mənafelərini nəzərə almaqla, qəyyumluq və himayəçilik orqanının təqdim etdiyi və məhkəmə tərəfindən mötəbər sübut olaraq qəbul edilmiş rəyinə əsaslanaraq nəticəyə gəlir ki, qeyd olunan yetkinlik yaşına çatmayan uşaqların yaşayış yerinin iddiaçı (ataları) İddiaçı yanında müəyyən edilməsi onların bir-birilərinə bağlılığı, o cümlədən üstün mənafe və maraqlı baxımından məqsədəmüvafiqdir. Həmçinin o da qeyd olunmalıdır ki, valideynlərin hər birinin əxlaqi və digər keyfiyyətlərinin bir-birindən üstün cəhətləri müəyyən olunmamışdır. Atanın davranışlarında, həyat tərzində və maddi-məişət şəraitində uşaqların normal mənəviəxlaqi və fiziki inkişafına mənfi təsir edən hal müəyyən olunmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Habelə həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı,onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansıəqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələblərini və uşağın əvvəlki təminatının mümkün qədər saxlanılmalı olmasını nəzərə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X14 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh Sücəddin qızından hər ay bir uşağa görə 130 manat olmaqla, hər ay üç uşağa görə cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq İddiaçına ödənilməlidir. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar aşağıdakıları qeyd edir: Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən Ailə Məcəlləsinin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Odur ki, 16 sentyabr 2022-ci il tarixdən cavabdehdən uşaqların saxlanılması üçün hər ay sabit pul məbləğində aliment tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh Sücəddin qızının birgə nikahından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X14 və xx.xx.2010-cu il təvəllüdlü X8 adlı uşaqların İddiaçı yanında qalmaları müəyyən edilməli, 16 sentyabr 2022-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X14 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh Sücəddin qızından hər ay bir uşağa görə 130 manat olmaqla, hər ay üç uşağa görə cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh Sücəddin qızının birgə nikahından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X14 və xx.xx.2010-cu il təvəllüdlü X8 adlı uşaqların İddiaçı yanında qalmaları müəyyən edilsin. 16 sentyabr 2022-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2009cu il təvəllüdlü X14 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh Sücəddin qızından hər ay bir uşağa görə 130 manat olmaqla, hər ay üç uşağa görə cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar