Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-659/2024 29.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nigahdan anadan olmuş övları xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün cavabdehdən hər ay bir uşağa görə 200 manat, iki uşağa görə cəmi 400 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki iddiaçı 1990-cı ildə Lənkəran rayonu, Liman şəhərində anadan olmuşdur. 2010-cu ildə həmyerlisi Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Bu münasibətdən xx.xx.2011-ci ildə Cəmilə, xx.xx.2013-cü ildə Azər adında övladları dünyaya gəlmişdir. Lənkəran rayon məhkəməsində onun iddia ərizəsi əsasında 10 iyul 2019-cu il tarixində 2(049)-1007/2019 saylı qətnamə ilə nikahları pozulmuşdur. Həmin vaxt o, aliment tələbini irəli sürməmişdir, atası işləyərək onları və övladlarını saxlayırdı. Hazırda uşaqların saxlanılması üçün maddi imkanı yoxdur, atası xəstəliyi ilə əlaqədar işləmir. Cavabdeh hal-hazırda Bakı şəhəri, Kürdəxanı təcridxanasında cəzasını çəkir. Onu da bildirir ki, iddaçı ondan ayrılan zaman o, azadlıqda idi və uşaqlarına heç bir maddi yardım bu günkü günə kimi etməmişdir. Cavabdeh könüllü olaraq övladlarına köməklik etmədiyi üçün o, aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək bildirmişdir ki, uşağının xəstəliyi ilə ələqadər Bakı şəhərindədir, maddi imkanı olmadığı üçün məkmə iclasında iştirak edə bilmir və xahiş edir ki, işə onun iştirakı olmadan baxılsın. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Nikahın pozulması haqqıda şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı oğlu və Cavabdeh qızı arasında nikah pozulmuş və bu barədə 29 dekabr 2017-ci il tarixdə Lənkəran rayon qeydiyyat şöbəsində 202 saylı nikahın pozulması haqqında akt tərtib edilmişdir. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X1 xx.xx.2011-ci il tarixdə Lənkəran rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Həbibov xx.xx.2013-cü il tarixdə Lənkəran rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-5594/2017 saylı, xx.xx.2027-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı oğlu ilə Cavabdeh qızı arasında Lənkəran rayon Qeydiyyat Şöbəsində xx.xx.2017-ci il tarixdə 26 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara «sabit pul məbləğində aliment» ödənilməsi barədə saziş yoxdursa, eləcə də «sabit pul məbləğində aliment» verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə «sabit pul məbləğində aliment»in valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə «sabit pul məbləğində aliment»in miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Habelə həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansıəqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İş materiallarından görünür ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara «sabit pul məbləğində aliment» ödənilməsi barədə saziş yoxdur. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələblərini əsas tutub, tərəflərin yetkinlik yaşına çatmayan Cəmilə və Azər adlı uşaqların saxlanılması üçün hər ay hər uşağa 150 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə «sabit pul məbləğində aliment»in tutulmasının başlanğıcı ilə əlaqədar aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinə daxil olmuş və 2(049)-659/2024 daxil olma nömrəsi ilə qeydə alınmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, «sabit pul məbləğində aliment» məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd oluna normaların mənasından görünür ki, «sabit pul məbləğində aliment»in tutulmasının başlanğıcı şəxsin məhkəməyə müraciət etdiyi vaxtdan hesablanır. Mülki işin materiallarından da görünür ki, hazır ki, mülbahisə üzrə ərizə xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinə daxil olduğundan cavabdehdən alimentin tutulmasının başlanğıcı da həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən «sabit pul məbləğində aliment»lərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-659/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-659/2024
29.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver