Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-666/2025 03.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabeh Xankişizadə (Həşimova) Zəhra Zamin qızının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Xankişizadə (Həşimova) Zəhra Zamin qızına qarşı «sabit pul məbləğində müəyyən edilmiş alimentin məbləğinin azaldılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabeh Həşimova (Xankişizadə) Zəhra Zamin qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)- 2464/2021 saylı qətnaməsi ilə xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay bir uşağa görə tutulacaq alimentin “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş 246 manat miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdehlə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar, birgə nikahlarından onların xx.xx.2015-ci il tarixdə Fatimə adlı bir uşaqları anadan olmuşdur. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah qeydi pozulmuş, uşaq sonuncunun himayəsinə verilmiş və ondan xx.xx.2015-ci il tarixdə Fatimə adlı uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancının və başqa gəlirlərinin ¼ hissəsi qədər alimentin tutularaq cavabdehə verilməsi qət edilmişdir. Özü xx.xx.2022-ci il tarixdə X6 ilə ailə həyatı qurmuş və həmin nikahlarından onların xx.xx.2024-cü il tarixdə Alisa adlı bir uşaqları anadan olmuşdur. Hər ay onun əmək haqqından 456 manat məbləğində pul tutulur. O, yeni ailəsinin saxlanılması üçün də hər ay vəsait xərcləyir. Bu səbəbdən də onun aylıq əmək haqqının ¼ hissəsinin tutulub cavabdehə ödənilməsi onun yeni ailəsinin və uşağının saxlanılmasında ona maneçilik törədir. O, 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır, göründüyü kimi onun ailə və maddi vəziyyətində dəyişiklik olmuşdur. Ona görə də alimentin miqdarının azaldılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbinin hüquqi əsası kimi “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1 və 112.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə araşdırması zamanı verilən suallara cavab olaraq bildirdi ki, oğlu, iş üzrə iddiaçı hər ay stabil qaydada əmək haqqı alır, onun aylıq qazancı, gəliri qeyri-müntəzəm və ya dəyişən deyil, eyni zamanda oğlu qazancının hamısını və ya bir hissəsini naturada və ya xarici valyuta ilə almır, oğlunun öhdəsində əmək qabiliyyəti olmayan valideynləri yoxdur və oğlunun aylıq əmək haqqında əvvəlki dövrə münasibətdə təxminən 100 manat miqdarında artım olmuş, uşağın məktəbdən əlavə hazırlığa getməsindən məlumatı vardır. Məhkəmə iclasında cavabeh Xankişizadə (Həşimova) Zəhra Zamin qızının nümayəndəsi və vəkili Vəkil izahatında göstərdi ki, iddia tələbini qəbul etmir. Belə ki, iddia tələbi ümumiyyətlə əsassız olaraq qaldırılmış və iddia ərizəsinin məzmunu düzgün formada tərtib edilməmişdir. Çünki iddiaçı öz ərizəsində sabit pul məbləğində müəyyən edilmiş alimentin məbləğinin azaldılaraq hər ay 246 manat müəyyən edilməsini xahiş etsə də, halbuki iddiaçıdan məhkəmə qətnaməsi ilə aliment sabit pul məbləğində deyil, aylıq qazancından müəyyən hissə kimi tutulmaqdadır. Hesab edir ki, ümumiyyətlə iddiaçıdan uşağı üçün tutulan alimentin məbləğinin azaldılması üçün əsaslar yoxdur. Bu səbəbdən də verilmiş iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Lənkəran rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-2464/2021 saylı qətnaməsindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq ondan hər ay bir uşağa görə İddiaçı hər ay bir uşağa görə İddiaçı qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin ¼ (dörddə bir) hissəsi qədər aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Nikah haqqında seriya AZ-İİ № 505951 saylı, doğum haqqında seriya AZ-V № 005546 saylı şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzi Qeydiyyat X1 ilə 1565 nömrəli rəsmi nikah qeyd etdirmiş və onların xx.xx.2024-cü il tarixdə Alisa adlı uşaqları anadan olmuşdur. xx.xx.2025-ci il tarixli, 12-30/115 nömrəli və xx.xx.2025-ci il tarixli, 284 nömrəli arayışlardan görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X2 rayonunun Boladi kəndində babası X3 məxsus evdə yaşayır və həmin uşaq ünvan 1 ünvanında yerləşən Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli tam orta məktəb liseyin 4C sinfində təhsil alır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Qeyd olunan Məcəllənin 14.1-ci maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hər tərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaqla yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 217.3-cü maddəsinə əsasən iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə araşdırması zamanı işin təkzibedilməz halları kimi müəyyən edilmişdir ki, hazırki iş üzrə İddiaçı xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancından və ya başqa gəlirlərindən ¼ (dörddə bir) hissə miqdarında tutulan aliment Lənkəran rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-2464/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş və hazırda da həmin qətnamə qanuni qüvvəsini almışdır. İddiaçının hazırki tələbi isə alimentin tutulma qaydasının dəyişdirilməsi ilə bağlı deyil, sabit pul məbləğində müəyyən edilmiş alimentin məbləğinin azaldılaraq hər ay 246 manat miqdarında müəyyən edilməsi ilə bağlıdır. Məhkəmə, bu hala münasibət bildirirək qeyd edir ki, Lənkəran rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-2464/2021 saylı qətnaməsinin hal-hazıradək dəyişdirilməsi və ya ləğvi ilə bağlı iş materiallarında hər hansı bir sübut olmadığından həmin qətnamə ilə hazırki iş üzrə iddiaçıdan tutulan ¼ hissə miqdarında alimentin azaldılmaqla sabit pul məbləğində 246 manat müəyyən edilə bilməsi mümkün hesab oluna bilməz. Belə ki, iddiaçı tərəfin öz ərizəsində və eləcə də məhkəmədə ifadə etdiyi mövqe ondan ibarətdir ki, məhkəmə qətnaməsi ilə ondan tutulan alimentin məbləğinin aldığı əmək haqqının ¼ hissəsinə münasibətdə 456 manat təşkil edir və o da hazırki tələbi ilə bu məbləğin azaldılmasını məhkəmədən xahiş etmişdir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Аzərbаycаn Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Göründüyü kimi, Ailə Məcəlləsinin qeyd olunan normaları alimentin tutulması qaydasını imperativ formada müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə işdə iştirak edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, yuxarıda sadalanan prosessual hüquq normalarının tələbləri baxımından qeyd edir ki, iddiaçı öz tələbinin hüquqi əsası kimi istinad etdiyi halları məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da tədqiq edilmiş sübutlarla iddiaçının tələbinin təmin olunması mümkün deyildir. İş üzrə iddaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən mediasiya xərci kimi ödənilmiş 60 manat İddiaçı aid edilsin. Qətnamədən, tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Lənkəran rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-666/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-666/2025
03.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver