Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-687/2025 13.03.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzad Məhəmməd Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı aliment tələbi ilə bağlı iddia qaldıraraq birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahları Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-240/2021 saylı qətnaməsi əsasında pozulmuş və bu barədə Lənkəran rayon qeydiyyat şöbəsi tərəindən xx.xx.2023-cü il tarixli AZ-İ № 459654 nömrəli şəhadətnamə verilmişdir. Cavabdehlə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X4 adlı uşaqları doğulmuş, həmin uşaq Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)- 240/2021 saylı qətnaməsi əsasında onun himayəində saxlanılmış və hazırda himayəsində olmaqla ünvan 1 ünvanında yaşayır. Artıq 4 ildir ki ayrılmalarına baxmayaraq cavadeh tərəfindən ona heç bir maddi dəstək göstərilmir. Uşağın maddi və mənəvi tələblərini özü qarşılayır. Ayrıldıqdan sonra cavabdeh ana kimi uşağı ilə maraqlanmamış, heç bir maddi kömək göstərməmişdir. Uşağın ad günündə də zəng edib onu təbrik etməmişdir. Odur ki, nikahın pozulmasından 4 il müddət keçdikdən sonra aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh hazırda geyim əşyalarının satışı mağazasında işləyir və aliment pulunu ödəmək iqtidarındadır. Cavabdehdən alimentin sabit pul məbləğində tutulub ona verilməsi üçün Lənkəran 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş, lakin cavabdehlə razılığa gələ bilməmişdir. Hazırda iddia tələbini müdafiə edir və birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat pul vəsaitinin cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı izahatında göstərdi ki, Cavabdeh ilə birgə nikahlarından doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat pul vəsaitinin cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə ixlasının yeri və vaxtı barədə məlumatlandırılmış Cavabdeh məhkəmə prosesində iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər: Doğum haqqında AZ-T № 145715 nömrəli şəhadətnamədən görünür ki, X4 15 avqust 2013-cü il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Anası Cavabdeh, atası İddiaçıdur. Lənkəran Regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X4 atası İddiaçı himayəsində yaşayır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-240/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə X6 arasında xx.xx.2013-cü il tarixdə Lənkəran rayon qeydiyyat şöbəsində bağlanmış 528 saylı nikah qeydinin pozulması, xx.xx.2013-cü il təvəllüdlü X1 atası İddiaçı himayəsində saxlanılması qət edilmişdir. «Nikahın pozulması haqqında» AZ-İ № 469654 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı ilə X6 arasında nikahın pozulması qeydə alınmış, nikah pozulduqdan sonra kişiyə Nağıyev, qadına Salayeva soyadları verilmişdir. X3 1 saylı Mediasiya Təşkilatından verilmiş xx.xx.2025-ci il tarixli MŞL/MT014/2025- 01829 №-li arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında ilkin mediasiya sessiyasından sonra prosess davam etdirilə bilməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflərin nikahı Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(049)-240/2021 saylı qətnaməsi ilə pozulmuş və yetkinlik yaşına çatmayan X4 iddiaçının himayəsinə verilmişdir. Lakin qeyd edilən qətnamə üzrə alimentlə bağlı tərəflər arasında mübahisə olmamış, bu səbəbdən də qeyd edilən qətnamədə alimentin tutulması qət edilməmişdir. Hazırda isə iddiaçı yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün cavadehdən aliment tələb edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Habelə həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansıəqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar hesab edir ki, himayəsində azyaşlı uşaqları olan iddiaçı xx.xx.2025-ci il tarixdə aliment tələbi ilə məhkəməyə ərizə ilə müraciət etdiyindən alimentin tutulmasının başlanğıcı həmin tarixdən hesablanmalıdır. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü cavabdeh X5 İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,37 misli həddində sabit pul məbləğində aliment tutulsun. Ödənilmiş mediasiya xərcinə dair 60 manat məbləğində pul vəsaiti İddiaçı aid edilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemindən yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonar qanuni qüvvəyə minir. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №2(049)-687/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-687/2025
13.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver