Məhkəmə qərarları › İş №2(049)-745/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-745/2023

10.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-745/2023 10.03.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X1, iddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2011-ci il tarixdə doğulmuş X5 və xx.xx.2013-ci il tarixdə X7 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay hər uşağa görə 300 manat olmaqla iki uşağa görə hər ay 600 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi tələbini irəli sürmüşdür. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə faktiki nikaha girib ailə qurmuşlar faktiki nikahdan xx.xx.2011-ci il tarixdə X5 xx.xx.2013-cü il tarixdə X7 doğulmuşdur. Onlar ailə qurduqdan sonra mehriban yaşasalar da, sonralar cavabdehin ailəsinə qarşı laqeyidliyindən münasibətləri pozulmuşdur. Uzun müddətdir ki, cavdehdən ayrı yaşayır, cavabdeh bir ata kimi məsuliyyətini dərk etmir uşağlara maddi dəstək olmur. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh könüllü olaraq övladına maddi yardım etməmiş. İddiaçı heç bir yerdə işləmir. Məhz bu səbəbdəndə uşağların yetkinlik yaşına çatanadək Cavabdeh alimentin tutulması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış ll-KB 888853 seriyalı doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə X6 Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində doğulmuşdur. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış l-KB 578926 seriyalı atalığın müəyyən edilməsi haqqında şəhadətnaməsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki,xx.xx.2011-ci il tarixdə Cavabdeh X2 atası hesb edlmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış AZ-lll 220127 seriyalı doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2013-cu il tarixdə babayev X4 şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış ilkin Mediasiya Sessiyasında iştirak edilməsi barədə xx.xx.2022-ci il tarixli, MŞL-01348 saylı arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə işdə iştirak edən iddiaçını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddələrində göstərilmişdir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə cavabdehin maddi və əmlak vəziyyətini, uşağın atası olaraq alimentin ödəməsini vəzifəsi olmasını nəzərə alaraq alimentin hər ay hər uşağa görə 180 manat, ümumilikdə 360 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment iddiaçının məhkəməyə müraciət etdiyi 13 yanvar 2023-cü il tarixdən hesablanmaqla tutulmalıdır. MPM-nin 234.2 və 234.2.1-ci maddələrinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. MPM-nin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 06 sentyabr 2011-ci il tarixdə doğulmuş X3 və 11 avqust 2013-cü il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək Cavabdeh hər ay hər uşaq üçün 180 manat, ümumilikdə hər ay iki uşaq üçün 360 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənnilsin. Alimentin ödənilməsi 13 yanvar 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icraya yönəldilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar