Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-851/2024 12.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə faktiki nikahlarından olan xx.xx.2018-ci il tarixdə doğulmuş X6 və xx.xx.2016-cı il tarixdə X3 və xx.xx.2014-cü il tarixdə X1 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü hər bir uşaq üçün hər ay sabit pul məbləğində 200 manat olmaqla üç uşağa cəmi 600 manat alimentin Cavabdeh alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2001-cidə el adəti ilə ailə quraraq faktiki nikah münasibətlərinə daxil olub. Nikahları rəsmi olaraq qeydə alınmasa da cavabdeh birgə yaşayışlarından xx.xx.2018-ci il tarixdə doğulmuş X6 və xx.xx.2016-cı il tarixdə X3 və xx.xx.2014-cü il tarixdə X1 doğulmuş uşaqlarına öz soyadını vermiş və hazırda həmin uşaqlar onun soyadını daşıyırlar. Ailə qurduqdan sonra xasiyyətləri uyğun gəlmədiyini anladı və hazırda uşaqlarıyla birlikdə cavabdehdən ayrı yaşayır. Cavabdehin ailəsinə qarşı yaranan soyuq münasibəti və ailəsinə baxmaması nəticəsində aralarında narazılıqların yaranmasına və son nəticədə onun məhkəməyə müraciət etməyinə səbəb olmuşdur. Uşağının ata qayğısından uzaq olmaması və ailəsinin dağılmaması üçün çalışsada artıq səbri tükənib və onun buna gücü çatmır. Uşaqların onun himayəsində yaşadığı üçün onları təkbaşına saxlamaqda çətinlik çəkir. Uşaqlar azyaşlı olduğu üçün özü işləyə bilmir. Uşaqları saxlamaq hər iki valideynin borcu olsa da cavabdeh uşaqların saxlanmasında ona heç bir köməklik etmir. İddiaçı məhkəməyə ərizə göndərərək bildirib ki, iddianı təmin edərək qətnamə çıxarılmasını xahiş edib. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş (Cavabdeh istifadəsində olan ***-***-**-** mobil nömrəsinə SMS bildiriş göndərməklə, istərsə də, onun ünvanına poçt vasitəsilə məhkəmə bildirişi göndərilməklə məlumatlandırılmışdır.) Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X1 06 avqust 2014-cü il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X1 atası Cavabdehdur. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 04 fevral 2016-cı il tarixdə Lənkəran rayonu Şağlaser kəndində doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X4 atası Cavabdehdur. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 19 oktyabr 2018-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Anası İddiaçı, atası Cavabdehdur. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X6 atası Cavabdehdur. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından Mirməhəmməd, Mirsəyad və Əsnad adlı üç uşaqları doğulmuşur. Uşaqlar hal hazırda yetkinlik yaşına çatmamaqla iddiaçının yanında qalır. Tərəflər arasında alimentin ödənilməsi ilə əlaqədar hər hansı saziş bağlanılmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Habelə həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansıəqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələblərini və uşaqların əvvəlki təminatının mümkün qədər saxlanılmalı olmasını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il tarixdə doğulmuş X1, xx.xx.2016-cı il tarixdə doğulmuş X4 və xx.xx.2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 120 manat olmaqla, cəmi 360 manat məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar aşağıdakıları qeyd edir: Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar hesab edir ki, himayəsində azyaşlı uşaqları olan iddiaçı 23 yanvar 2024-cü il tarixdə aliment tələbi ilə məhkəməyə ərizə ilə müraciət etdiyindən alimentin tutulmasının başlanğıcı həmin tarixdən vaxtdan hesablanmalıdır. MPM-nin 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə və «Dövlət rüsumu haqqında» Qanunun 9.4cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-nin 112.1.6-cı maddəsinin və «Dövlət rüsumu haqqında» Qanunun 8.1.2-ci maddəsinin tələbləri baxımından hazırkı iddia ərizəsinin verilməsinə görə 63.20 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Ona görə də cavabdehdən 63.20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2014-cü il tarixdə doğulmuş X1, xx.xx.2016-cı il tarixdə doğulmuş X4 və xx.xx.2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay bir uşağa görə 120 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Ödənilməli dövlət rüsumunun məbləği – 63,20 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet və Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-851/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-851/2024
12.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver