Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-87/2025 18.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment borcundan azad edilmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment borcundan azad edilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(007)-1553/2019 saylı qətnaməsi ilə təyin edilmiş, xx.xx.2019-cü il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X8 yetkinlik yaşma çatanadək saxlanılması üçün ondan hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutulub X4 ödənilməsi ilə bağlı 2024-cü ilin sentyabr ayına kimi ödənilməmiş 10720 (on min yeddi yüz iyirmi) manat aliment borcunun silinməsi, mediasiya prosesinin keçirilməsi üçün ödədiyi 60 manat pulun və dövlət rüsumu kimi ödədiyi 123 manat pulun cavabdehdən alınıb mənə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1981-ci il tarixdə Lənkəran rayonunda anadan olmuşdur. Cavabdeh ilə 03 mart 2007-ci ildə el adəti ilə toyu olmuş və onlar faktiki nikaha daxil olmuşlar. Birgə nikahdan onların 16 dekabr 2007-ci ildə Turan, 17 may 2011-ci ildə Zeynəb adlı iki uşağı doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(007)-1553/2019 saylı qətnaməsi ilə cavabdehlə arasında olan nikah pozulmuş, uşaqlar analarının himayəsinə verilmiş, xx.xx.2019-cü il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməsi qət edilmişdir. Lakin, oğlu Turan könüllü olaraq anası ilə yaşamaq istəmədiyindən cavabdehin də razılığı ilə bu günə kimi onun himayəsində yaşayır və onun bütün qayğılarını, xərclərini özü təkbaşına çəkir. Turan nikah pozulandan sonra bir gün olsun belə anası ilə yaşamayıb. Hal-hazırda orta məktəbdə oxuyur, eyni zamanda idamanla da məşğul olur və yarışlarda layiqli yerlər qazanıb. Qızı Zeynəb isə nikahı pozulduqdan sonra bu günə kimi anası ilə yaşayır. Bakı şəhəri Nizami Rayon Məhkəməsi işə baxarkən oğlu Turan məhkəmə zalında dindirildikdə o, anasının xəyanət etdiyinə görə onunla yaşamaq istəmədiyini, onun himayəsində yaşamaq istədiyini bildirsə də hakim tərəfindən bu hal nəzərə alınmamışdır. Özünün bir neçə dəfə təkidinə baxmayaraq oğlu anasının törətdiyi xoşagəlməz hərəkətinə görə anasına nifrət etdiyini bildirib onunla yaşamaq istəmədi. Bu günə kimi də oğlu Turan onun himayəsində yaşayır. Lakin məhkəmə tərəfindən Turanın saxlanmasından ötrü 19 mart 2019-cu il tarixdən təyin olunmuş 160 manat aliment məbləği onun üçün hesablanıb borc kimi göstərilir. 19 mart 2019-cu il tarixdən 2024- cü ilin sentyabr ayına kimi 67 ay təşkil edir. 67 ayın hər ayına 160 manatdan hesablandıqda 10720 (on min yeddi yüz iyirmi) manat təşkil edir. Təyin olunmuş aliment məbləği uşağın saxlanmasından ötrüdür. Amma oğlu Turan həmişə onun himayəsində yaşayıb, bir gün olsun belə anası ilə yaşamayıb. Onun bütün xərclərini özü təkbaşına çəkmişdir. Belə olduğu halda o, Cavabdeh Turanın saxlanmasından ötrü miyə aliment ödəməlidir? Dəfələrlə bu barədə İcra və Probasiya Şöbəsinə şifahi şəkildə müraciət etsə də həmin borc üzərindən silinməyib. Oğlu Turanın nikahı pozulduqdan bu günə kim onun himayəsində yaşamasının sübutu kimi özünün etirafı, iddia ərizəsinə əlavə etdiyi arayışlar ilə tam sübuta yetir. Dəfələrlə Cavabdeh oğlu Turanın həmişə onun himayəsində yaşaması səbəbindən İcra və X7 münasibətdə yığılmış aliment borcunun silinməsindən ötrü ərizə ilə müraciət etməyini təklif etsə də, cavabında eşitdiyi bu sözlər olub: “Nə olsun ki, Turan səninlə yaşayır. Məhkəmə qətnaməsi var. Ona görə də mənə həmin pulu ödəməlisən.” Məndə məcbur qalıb hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(007)-1553/2019 saylı qətnaməsi ilə təyin edilmiş, xx.xx.2019-cü il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X8 yetkinlik yaşma çatanadək saxlanılması üçün ondan hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutulub X4 ödənilməsi ilə bağlı 2024-cü ilin noyabr ayına kimi ödənilməmiş 10720 (on min yeddi yüz iyirmi) manat aliment borcunun ödənilməsindən azad olunmağı, mediasiya prosesinin keçirilməsi üçün ödədiyi 60 manat pulun və dövlət rüsumu kimi ödədiyi 123 manat pulun cavabdehdən alınıb mənə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin dəlillərinə uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdeh iddiaya qarşı məhkəməyə ünvaladığı ərizəsində X6 İddiaçı ona qarşı 10.720 manat aliment borcunun silinməsi, habelə 60 manat mediasiya pulunun və 123 manat dövlət rüsumunun məndən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasına dair iddia tələbini qəbul etmir və aşağıdakılara əsasən ona etiraz edir. Hazırkı iddianı qaldırmaqda iddiaçının yeganə məqsədi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə uzun müddət toplanıb qalmış və ödənilməmiş aliment borcunu sildirmək və aliment öhdəliyindən azad olmaqdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsi ilə bizim nikaha xitam verilməsi, hər iki övladının onun yanında saxlanılması, hər uşağa görə İddiaçı onun xeyrinə ayda 160 manat, cəmi 320 manat aliment tutulması qət olunub. İddiaçı işə Bakı şəhəri Nizami rayon məhkəməsində baxılarkın iddia tələbini tam şəkildə, o cümlədən uşaqların onun yanında saxlanılması hissəsində iddia tələbini qəbul edib. Lakin sonradan bunun eyni zamanda alimentlə bağlı hüquqi nəticələr doğurdunu anladıqdan, daha doğrusu onun tələbi ilə icra məmuru alimentin ödənilməsini ondan tələb etdikdən sonra o, oğlu Turanı yanında saxlamaqla aliment öhdəliyindən azad olmaq istəyib. Bu məqsədlə o, İ instansiya məhkəməsinin qətnaməsinin yalnız uşağın birinin onun yanında saxlanılması və aliment öhdəliyindən azad edilməsi hissəsində apellyasiya şikayəti verib. Həmin mülki işə apellyasiya instansiyasında baxılması zamanı məhkəmə hazırkı iş üzrə psixoloji rəy verilməsi üçün psixoloq cəlb etmişdir. Psixoloqun verdiyi rəydə göstərilib ki, Turanın düşüncələrinə ətrafda danışılan söhbətlərin şüuraltı olaraq psixoloji təsiri öz əksini tapmışdır. Bu səbəbdən Turanda anasına qarşı aqressiya formalaşmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-392/2020 saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyib. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində xüsusi olaraq göstərib ki, yetkinlik yaşma çatmamış şəxslərin hüquqlarının müdafiəsini təmin etmək üçün yeni əsaslar yarandığı halda İddiaçı həmin əsaslara istinad edərək uşaqların onun himayəsinə verilməsi barədə tələblə məhkəməyə müraciət etmək hüququna malik olacaqdır. Lakin ötən müddət ərzində oğlu Turanın hüquqlarının müdafiəsini təmin etmək üçün onun iddiaçının himayəsinə verilməsini zəruri edən heç bir yeni əsas əmələ gəlməyib. İddiaçının uzun müddət aliment ödəməməsi, bununla bağlı onun 15.000 manatdan çox aliment borcunun yaranması, alimentlə bağlı məhkəmə qətnaməsinin icra edilməməsinə görə 8 gün müddətində inzibati qaydada həbs olunması barədə məhkəmə qərarının çıxarılması, hal-hazırda aliment ödənilməməsi ilə bağlı bağlı onun barəsində cinayət işinin başlanması onu hazırkı iddian qaldırmağa sövq edib. İddiaçı əvvəllər də ona qarşı aliment borcunun silinməsi ilə bağlı iddia qaldırıb. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-649/2021 saylı qətnaməsi ilə onun iddiasım təmin etsə də Şirvan Apellyasiya Məhkəməsi özünün xx.xx.2021-ci il tarixli, 2(106)-2469/2021 saylı qətnaməsi ilə İ instansiya məhkəməsinin qətnaməsini ləğv edib və iddia tələbini təmin etməyib. Oğlu Turan uzun müddət onun himayəsində qalıb. Lakin o, aliment borcunun ödənilməsini israrla tələb etdikdə İddiaçı aliment öhdəliyindən azad olmaq üçün onu öz yanında saxlamağa başlayıb. Yuxarıda göstərilənlərə əsasən İddiaçı ona qarşı iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 may 2019-cu il tarixli, 2(007)-1553/2019 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə cavabdeh X6 arasında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X1 anası X2 yanında qalmaları müəyyən edilmiş, xx.xx.2019-cü il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X9 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir. MŞL/MT014/2024-011174 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. Həmin arayışdan görünür ki, iddiaçı ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı 60 manat mediasiya xərci ödəmişdir. xx.xx.2024-cü il tarixli, ********** №-li mədaxil qəbzindən görünür ki, Tahirov X3 Rayon Məhkəməsində iddia qaldırmaqdan ötrü 123 manat dövlət rüsümu ödəmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, cavabdehin etirazını və iş materiallarını araşdıraraq bu nəticəyə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1-107.2-ci maddələrinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 106.5-ci maddəsinə əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Göründüyü kimi, ailə qanunvericiliyi aliment borcundan azad edilmə ilə bağlı tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi vəziyyəti və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı şərtləndirmişdir. Hazırki iddia tələbində isə iddiaçı cavabdehlə aralarında bağlanmış nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş Turan adlı uşağın onunla bir yerdə yaşadığı üçün aliment borcunu ödəməkdən azad edilməsini tələb edir. İddia tələbində borcdan azad edilmə ilə bağlı tələbin əsasını hansısa xəstəliyi və ya digər üzrlü səbəb təşkil etmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, iddia ərizəsi üzrə icraata xitam verilməli, iddiaçıya icra icraatı qaydasında müvafiq dövrü əhatə edən aliment borcundan azad edilmə ilə bağlı müvafiq sübutları icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etmək hüquqları izah edilməlidir. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin: 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Qeyd olunan Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** №-li nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 123 manat dövlət rüsumu ödəmişdir. İş üzrə icraata xitam verildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 123 manat dövlət rüsumu da ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “aliment borcundan azad edilmə” tələbinə mülki iş üzrə icraata xitam verilsin. İddiaçı icra icraatı qaydasında müvafiq dövrü əhatə edən aliment borcundan azad edilmə ilə bağlı müvafiq sübutları icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etmək hüquqları izah edilsin. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən ödənilmiş 123 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-87/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-87/2025
18.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver