Məhkəmə qərarları › İş №2(049)-945/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-945/2025

10.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-945/2025 10.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı Cavabdeh qarşı “aliment borcundan azad edilmə” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü haqqında məsələyə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, müəyyənetdim: İddiaçı Cavabdeh qarşı “aliment borcundan azad edilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran Rayon Məhkəməsinin 2(049)-2432/2019 saylı, 26 avqust 2019-cu il tarixli qətnaməsinə əsasən ondan hər ay üç uşağa görə 240 manat sabit pul məbləğində tutulan alimentin xx.xx.2021-ci il tarixdən 13 oktyabr 2022-ci il tarixə kimi olan müddət ərzində hesablanmış 5040 manat borcundan və Lənkəran Rayon Məhkəməsinin 2(049)-1926/2020 saylı, 23 sentyabr 2020-ci il tarixli icra sənədinə əsasən ondan bir uşağın müalicəsi üçün hər ay cəmi 50 manat olmaqla sabit pul məbləğində tutulan əlavə xərcin xx.xx.2021-ci il tarixdən 13 oktyabr 2022-ci il tarixə kimi olan müddət ərzində hesablanmış 1050 manat hissəsindən azad edilməyi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1986-cı il tarixdə Lənkəran rayonu, Osaküçə kəndində anadan olmuşdur. İş üzrə Cavabdeh ilə 2011-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişdir. Birgə nikahdan xx.xx.2012-ci il tarixdə Əli, xx.xx.2013-cü il tarixdə Zəhra və xx.xx.2013-cü il tarixdə Rüqayyə adlı üç uşağıanadan olmuşdur. Sonradan aralarında olan münasibətlər pozulmuş və Lənkəran rayon məhkəməsinin 26 avqust 2019cu il tarixli 2(049)-2432/2019 saylı qətnaməsi ilə cavabdehlə bağlanmış nikah qeydi pozulmuşdur. Nikah pozularkən uşaqlar cavabdehin himayəsinə verilmiş və ondan azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 80 manat olmaqla hər ay üç uşağa görə cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq cavabdehə verilməsi qət edilmişdir. Sonradan o, cavabdehlə barışmış və cavabdeh xx.xx.2021 -ci il tarixdə Lənkəran rayon icra və probasiya şöbəsinə ərizə yazıb, icradan imtina etmiş və onlar birlikdə yaşamağa başlamışlar. Təxminən 2 ilə yaxın o, cavabdehlə bir yerdə yaşadıqdan sonra yenədə cavabdehlə aralarında olan münasibətlər pozularaq cavabdeh uşaqları da götürüb yenidən evi tərk etmişdir. Bundan sonra cavabdeh yenidən Lənkəran rayon məhkəməsinə müraciət edərək icra sənədinin yenidən icraya yönəldilmişdir və cavabdeh onunla birgə yaşadığı dövr üçün yenidən aliment tələb edir. Baxmayaraq ki, cavabdeh xx.xx.2021-ci il tarixdən 13 oktyabr 2022-ci il tarixə kimi onunla birgə yaşamış və uşaqların bütün xərclərini o, qarşılamışdır. İndi isə cavabdeh Lənkəran rayon icra və probasiya şöbəsinin icra məmuru Elvin Babayevin köməkliyi ilə həmin müddət üçün ondan yenidən aliment tələb edir. Hesab edir ki, Cavabdeh uşaqlarla birlikdə onunla birlikdə yaşadığı xx.xx.2021 -ci il tarixdən 13 oktyabr 2022-ci il tarixə kimi olan müddət ərzində hesablanmış borcdan azad edilməlidir. Ona görə də hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İş materialarını nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbul olunmasından imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bununla bağlı qeyd olunur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1-107.2-ci maddələrinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 106.5-ci maddəsinə əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Göründüyü kimi, ailə qanunvericiliyi aliment borcundan azad edilmə ilə bağlı tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi vəziyyəti və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı şərtləndirmişdir. Hazırki tələbdə isə iddiaçı cavabdehin onunla barışıb bir yerdə yaşadığı dövr üçün aliment borcunu ödəməkdən azad edilməyi tələb edir. İddia tələbində borcdan azad edilmə ilə bağlı tələbin əsasını hansısa xəstəliyi və ya digər üzrlü səbəb təşkil etmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya icra icraatı qaydasında müvafiq dövrü əhatə edən aliment borcundan azad edilmə ilə bağlı müvafiq sübutları icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etmək hüquqları izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmək üçün 20 manat dövlət rüsumu ödəmişdir. Ərizə icraata qəbul etməkdən imtina edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu da ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32, 153, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı “aliment borcundan azad edilmə” tələbinə dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı icra icraatı qaydasında müvafiq dövrü əhatə edən aliment borcundan azad edilmə ilə bağlı müvafiq sübutları icra sənədinin icrasının həvalə olunduğu icra məmuruna müraciət etmək hüquqları izah edilsin. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzə əsasən ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar