Məhkəmə qərarları › İş №2(050)-1107/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1107/2023

05.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1107/2023 05.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı məhkəmənin müəyyən etdiyi alimentin ödənilməsi qaydasının və miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Masallı rayon məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(050)-2249/2020 saylı qətnaməsinə əsasən 20 avqust 2012-ci il təvəllüdlü X1 və 10 dekabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancının 1/3 hissəsindən tutulan alimentin ödənilməsi qaydasının dəyişdirilərək X1 və X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 220 manat, iki uşağa görə cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayon məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(050)-2249/2020 saylı qətnaməsi ilə 20 avqust 2012-ci il təvəllüdlü X1 və 10 dekabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər Cavabdeh aylıq qazancının 1/3 hissəsi aliment hesabına tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda cavabdeh işdən çıxdığı üçün cavabdehin aylıq gəlirindən tutulmalar etmək olmur. Cavabdeh əmək qabiliyyətli olmaqla, maddi imkanı yaxşıdır, başqa işdə işləməklə yaxşı gəlir əldə edir. Uşağın gündəlik tələbatı, böyüməsi artıq ona yeni geyim paltarlarının, yeyinti məhsullarının, dərmanların alınmasına və təhsil xərcləri artdığından Masallı rayon məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(050)-2249/2020 saylı qətnaməsi ilə təyin edilmiş aylıq qazancının 1/3 hissəsindən tutulan aliment məbləği uşaqların saxlanılmasına çatmadığından və cavabdeh işdən çıxmaqla aylıq gəliri olmadığından təyin edilmiş alimentin məbləği sabit pul məbləğində tutulmalıdır. Göstərilən səbəblərə əsasən alimentin ödənilməsi qaydasının dəyişdirilərək hər ay bir uşağa görə 220 manat, iki uşağa görə cəmi 440 manat sabit pul məbləğində alimentin tutulmastutulması xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, səbəbini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Masallı rayon məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(050)-2249/2020 saylı qətnaməsinin surətindən görünür ki, 07 sentyabr 2020-ci il tarixdən başlayaraq 20 avqust 2012-ci il təvəllüdlü X1 və 10 dekabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər Cavabdeh aylıq qazancının 1/3 hissəsi aliment hesabına tutularaq ona ödənilməsi qət edilmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 20 avqust 2012-ci ildə X3 və 10 dekabr 2015-ci ildə X4 adlı uşaqlar doğulmuş, uşaqların atası Cavabdeh, anaları isə İddiaçı qeyd edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməməsi ilə bağlı 55 manat pul ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən əsaslıdır. İşin faktiki hallarına əsasən Masallı rayon məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(050)-2249/2020 saylı qətnaməsi ilə 20 avqust 2012-ci il təvəllüdlü X3 və 10 dekabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər Cavabdeh aylıq qazancının 1/3 hissəsi aliment hesabına tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda cavabdeh rəsmi olaraq işləmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, uşaqların atasının Cavabdeh, anasının İddiaçı olması işdə olan materiallarla müəyyən olunur. Uşağı saxlamaq, qayğısına qalmaq, onların maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşağın saxlanılmasında valideyn kimi o, da iştirak etməli və aliment ödəməlidir. Cavabdehin hazırkı vəziyyyətdə aylıq qazancı qeyrimüntəzəmdir. Qeyd olunanlardan əlavə məhkəmə qeyd edir ki, alimentin hər iki uşağa görə cəmi 440 manat sabit pul məbləğində tutulması üçün cavabdehin aylıq qazancı barədə iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. Lakin eyni zamanda nəzərə alınmalıdır ki, 2020-ci il ilə müqayisədə hal-hazırda minimum istehlak məbləği artmış, uşaqlar böyüməklə sosial təlabatları artmışdır. Ona görə də aylıq qazancın 1/3 hissəsi miqdarında alimentin tutulması uşağın əvvəlki təminat səviyyəsini saxlamaq üçün onların mənafeyinə, qayğı və sosial təlabatlarına uyğun deyil. Ona görə də məhkəmə bu halı alimentin sabit pul məbləğində tutulması üçün əsas olaraq qiymətləndirir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ona görə də uşaqların ən az həmin həddə maddi təminat hüquqları vardır. Bununla belə məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən cavabdehin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları və onların əvvəlki təminatının saxlanılmasında valideynlərin hər ikisinin əvvəlki rolunu nəzərə alaraq, aylıq aliment məbləğinin hər ay bir uşaq üçün 160 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilməlidir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Masallı rayon məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(050)-2249/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş 20 avqust 2012-ci il təvəllüdlü X1 və 10 dekabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər Cavabdeh aylıq qazancının 1/3 hissəsi miqdarında tutulan aliment miqdarı dəyişdirilərək, hər ay bir uşağa görə 160 manat, iki uşağa görə cəmi 320 manat sabit pul məbləğində müəyyən olunsun və Cavabdeh alınaraq İddiaçı ödənilsin. Sabit pul məbləğində alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar