Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1180/2023 18.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X9 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Aslanzadə Ramin Sakit oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1, Cavabdeh və cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «uşaqların atası olmaması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu ildə anadan olmuş X5 və xx.xx.2021-ci ildə anadan olmuş X6 adlı uşaqların atalarnın onun, yəni İddiaçı olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 2018-ci ildə el adəti ilə evlənib nikahlarını rəsmi qeyd etdirməmişlər. Ər-arvad kimi yaşadıqları dövrlərdə cavabdeh xx.xx.2019-cu ildə X5 və xx.xx.2021-ci ildə X6 adlı 2 uşaq anası olmuşdur. Uşaqlar hal-hazırda cavabdehin yanında qalırlar. Cavabdeh uşaqlarla birlikdə naməlum ünvanlarda yaşayır. Cavabdehlə ər-arvad kimi yaşadıqları dövrlərdə cavabdeh mütəmadi olaraq nəzarətindən çıxmış və əxlaqsız hərəkətlər etmişdir. Onun hərəkətləri barədə kənd camaatı ona danışırlar. Hal- hazırda da günlərini otel və kafe məclislərində keçirir. Yüngül həyat tərzi keçirmiş və keçirən cavabdeh onda tam inam yaratmışdır ki, 2 nəfər uşaqların doğum haqqında şəhadətnamələrində ata qrafasında adı onun adı kimi qeyd olunmasında səhvə yol vermişdir. Belə ki, onun 2 nəfər həmin uşaqların atası olmasını mübahisələndirmək qərarına gəlmişdir. Cavabdehin əxlaqa sığmayan hərəkətləri barədə subutları çoxdur. Hal-hazırda ona verilən məlumatlardan və onda olan subutlardan görünük ki, cavabdeh onunla yaşadığı vaxtlarda gizlin kənar kişilərlə görüşürmüşdür. Ona görə də, uşaqların atasının İddiaçı, yəni onun olmaması barədə məhkəmə qaydasında DNK analizi təyin edilməli və analizin nəticəsindən asılı olaraq qərar qəbul edilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçının vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdehin vəkili Vəkil2 iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X5 25 oktyabr 2019-cu ildə Masallı şəhərində anadan olmuşdur.Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X6 05 fevral 2021-ci ildə Masallı şəhərində anadan olmuşdur.Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(050)-74/2023 nömrəli qətnaməsinədən görünür ki, iddiaçı Cavabdeh doğulmuş 25 oktyabr 2019-cu il təvəllüdlü X5 və 05 fevral 2021-ci il təvəllüdlü X6 anaları Cavabdeh yanında qalması müəyyən edilməsi, cavabdeh İddiaçı 25 oktyabr 2019-cu il təvəllüdlü X3 və 05 fevral 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 xx.xx.2023-cü il tarixli, 273/2023-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, ana Cavabdeh Ənvər qızının qrup göstəriciləri: A/İİ/.MN, Rh: D/+/.C/+/, c/+/, E/-/, e/+/, Kell/-/. Ağız suyunun tədqiqinə görə "ifraz etməyənlər" kateqoriyasına aiddir. Güman olunan ata İddiaçı qrup göstəriciləri: A/İİ/, M, Rh: D/+/ C/+/, c/+/, E/-/,e/+/ Kell/-/. Ağız suyunun tədqiqinə görə "ifraz edənlər" kateqoriyasına aiddir. X1 qrup göstəriciləri: A (İİ), MN, Rh: D/+/, C/+/, c/+/, E/-/, e/+/, Kell/-/. Ağız suyunun tədqiqinə görə "ifraz edənlər" kateqoriyasına aiddir. X2 qrup göstəriciləri: A (İİ), MN, Rh: D/+/, C/+/, c/-/, E/-/, e/+/, Kell/-/. Ağız suyunun tədqiqinə görə "ifraz etməyənlər" kateqoriyasına aiddir. Tədqiq olunmuş sistemlər üzrə qrup faktorlarına görə alınmış göstəricilərə əsasən İddiaçı ekspertizaya təqdim olunmuş X5 və X6 adlı uşaqlar barəsində atalıq faktı inkar olunmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. [27] Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin məcəllənin 47.1-ci maddəsinə əsasən bu məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Həmin məcəllənin 47.2-ci maddəsinə əsasən bu məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəyə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «uşaqların atası olmaması» barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, müvafiq ekspert rəyi ilə müəyyən olunur ki, tərəflərin birgə nikahlarından olan xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 atalarının İddiaçı olması inkar olunmasığından, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı «uşaqların atası olmaması» barədə iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1180/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1180/2023
18.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver