Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-133/2023 24.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədirliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə götürülmüş kreditin ödənilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə götürülmüş kreditin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə qəbul edilməsi xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, cavabdeh borcunu tam şəkildə ödəmişdir. Onun borcu yoxdur. Gələcəkdə ondan heç bir tələbi olmayacaq. Sonda İddiaçı mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının icraata xitam verilməsi barədə ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə qanunvericiliyin qeyd olunan tələbinə əsaslanaraq hesab edir ki, iddiaçı iddiadan imtina edərək bu barədə məhkəməyə ərizə təqdim etmiş, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyildir və tərəflərin hüququnu pozmur, buna görə də iddiadan imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməli, eyni zamanda iddiaçıya iddiadan imtina etmənin hüquqi nəticələri izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə götürülmüş kreditin ödənilməsi tələbinə dair iddiasından imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-133/2023
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-133/2023
24.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver