Məhkəmə qərarları › İş №2(050)-1336/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1336/2024

06.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1336/2024 06.06.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X5 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «alimentin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 2(050)-2807/2020 saylı qətnaməsilə yaranmış aliment öhdəliklərinin yetkinlik yaşına çatmayan uşaqlardan 10 aprel 2015-ci il təvəllüdlü Elşad Quliyevə münasibətdə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X1 ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Daha sonra cavabdehin əxlaqsız həyat tərzi keçirməsi ilə əlaqədar Masallı Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli qətnaməsilə nikahları pozulmuş və birgə nikahdan olan uşaqların cavabdehin yanında qalması qət edilmişdir. Birgə nikahdan 10 aprel 2015-ci il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Sonradan onda Elşadın onun oğlu olmasına dair əsaslı şübhələr yaranmış və o, "Fetal Mərkəz" tibb mərkəzinə müraciət etmişdir. 23 mart 2022-ci il tarixdə verilmiş genetik analiz nəticələrinə əsasən DNT materialı valideynlik materialına uyğun deyil cavabı verilmiş və fakt öz təsdiqini tapmışdır. Bundan sonra o, Masallı Rayon Məhkəməsinə iddia ərizəsilə müraciət edərək atalığın və doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-2913/2022 saylı qətnaməsilə iddia tələbi qismən təmin edilərək 10 aprel 2015-ci ildə anadan olmuş Elşad Quliyevin atasının İddiaçı olmaması müəyyən edilmiş və doğum akt qeydində soyadının "Quliyev", ata qrafasında ata adının İddiaçı yazılması barədə qeyd ləğv edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almaqla icra edilmişdir. Masallı Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli qətnaməsində nikah pozulduqdan sonra hər iki uşağa görə onun qazancının (başqa gəlirlərinin) 1/3 hissəsində aliment tutulması qət edilmişdir. Hazırda uşaqlardan birinin atasının o, olmadığı məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, hesab edir ki, Masallı Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli qətnaməsilə tutulan alimentin məbləği Elşad Quliyevə münasibətdə ləğv edilməli və yalnız digər uşağa görə aliment öhdəlikləri saxlanılmalıdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında ərizə təqdim edərək iddianın təmin edilməsinə etiraz etmədiyini qeyd etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)- 2913/2022 saylı qətnaməsindən görünür ki, 10 aprel 2015-ci ildə anadan olmuş Elşad Quliyevin atasının İddiaçı olmaması müəyyən edilmiş və doğum akt qeydində soyadının "Quliyev", ata qrafasında ata adının İddiaçı yazılması barədə qeydin ləğv edilməsi, İddia doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə münasibətdə təmin edilməməsi qət edilmişdir. “Avropa İnsan Hüquqları Məhkəməsinin “Şahin Almaniyaya qarşı” 08 iyul 2003-cü il tarixli məhkəmə qərarında göstərilir ki, dövlət hakimiyyət orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uyğun yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynin maraqlarından üstün tutula bilər. Valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetiriə bilən tədbirlər görmək hüququna malik ola bilməz. İnsаn Hüquqlаrının və X2 Haqqında Konvensiyaya dair 7 sаylı prtokolunun 5-ci mаddəsinə əsasən Ər-arvad boşanma ilə bаğlı məsələlərdə öz aralarında və uşaqlari ilə münasıbətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətə mane olmur. Avropа dəyərləri müstəvisində uşаqlаrın sаxlаnmаsı ilə bаğlı аtаnın və аnаnın hüquqlаrı fərdi mаrаq, uşаqlаrın hüquqlаrı isə dаhа üstün dəyər olаn ictimаi mаrаq kimi qiymətləndirilir. Əgər uşаqlаrın sаxlаnmаsı ilə bаğlı vаlideynlər аrаsındа fikir аyrılığı yаrаnırsа dövlət uşаqlаrın hüquqlаrını ictimаi mаrаq kimi qiymətləndirərək uşаqlаrın tərəfindən mübаhisəyə qаrışır. Konvensiyada uşaqların hər bir yerdə (ayrı-seçkilik qoyulmadan) malik olduqları əsas insan hüquqları göstərilir: yaşamaq hüququ, hərtərəfli inkişaf etmək hüququ, zərərli təsirlərdən, pis rəftardan və istismardan müdafiə olunmaq hüququ, ailə həyatında mədəni və sosial həyatda tam iştirak etmək hüququ. Bundan başqa Konvensiya səhiyyə, təhsil və hüquq, mülki və sosial xidmət sahələrində standartlar müəyyən etmək vasitəsilə uşaqların hüquqlarını qoruyur. Konvensiya iştirakçısı olan dövlətlər bütün tədbir və siyasətlərini uşaqların yüksək maraqları baxımından hazırlamağa borcludurlar. Bundan başqa, iştirakçı dövlətlər uşağın öz iradəsi əleyhinə valideynlərindən ayrılmamasını (əgər belə ayrılma uşağın yüksək maraqları üçün zəruri deyilsə), bir və ya hər iki valideynindən ayrılmış uşağın hər iki valideynlə şəxsi əlaqələri qorumaq və müntəzəm qaydada bir başa təmasda olmaq hüququna hörmət edilməsini təmin etməlidir (əgər bu, uşağın yüksək maraqlarına zidd deyilsə). “Uşaq hüquqları haqqında” BMT-in 12 noyabr 1989-cu il tarixli konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən maddi hüquq normalarının məzmununa görə ailə tərbiyəsi ilə əlaqədar hərəkətlərin və əməllərin mümkün olan hədləri müəyyən olunur. Bu elə bir istiqamətdir ki, onu həm gündəlik həyatda, həm də uşaqların tərbiyəsi ilə əlaqədar yaranmış mübahisənin və sualların həlli zamanı tutmaq lazımdır. Belə ki, qanunvericilik diqqəti ona yönəldir ki, valideynlər üçün əsas amil öz maraqlarının deyil, uşaqlarının bir şəxsiyyət olaraq maraqlarının təmin edilməsi olmalıdır. Valideynlər uşaqlarının hüquq və mənafelərinin ziyanına həyata keçirilən özlərinin hüquq və vəzifələrinə görə məsuliyyət daşıyırlar. Bununla belə bu halda tək valideyn hüquqlarından sui-istifadə deyil, həm də valideynlərin uşaqlarının hüquq və mənafeylərinə ziyan vuran, yaxud ziyan vura biləcək digər hərəkət və əməlləri nəzərdə tutulur. Valideynlərin qayğısından yararlanmaq uşaqların hüququ olduğu kimi uşaqların təlim-tərbiyəsi ilə onların şəxsiyyət kimi formalaşmasını və inkişaf etməsi üçün zəruri şəraitin yaradılması təmin etmək valideynin borcudur. Övladın kamil şəxsiyyət kimi formalaşması üçün fiziki cəhətdən sağlam mənəvi inkişafına görə valideynlər məsuliyyət daşıyırlar. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, Cavabdeh məhkəmədə təqdim etmiş olduğu xx.xx.2024-cü il tarixli ərizəsi, həmçinin Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-2913/2022 saylı qətnaməsi nəzərə alınaraq, Masallı Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 2(050)-2807/2020 saylı qətnaməsi ilə İddiaçı aliment öhdəlikləri 10 aprel 2015-ci il təvəllüdlü Elşad Quliyevə münasibətdə ləğv edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Masallı Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 2(050)-2807/2020 saylı qətnaməsi ilə 10 aprel 2015-ci il təvəllüdlü Elşad Quliyevin saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin hesablanması uşağın faktiki olaraq İddiaçı atası olmaması müəyyən edildiyi tarixdən, yəni xx.xx.2022-ci il tarixdən dayandırılmalı və İddiaçı 10 aprel 2015-ci il təvəllüdlü Elşad Quliyevə münasibətdə aliment ödəməkdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən Masallı Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli, 2(050)-2807/2020 saylı saylı qətnaməsi ilə 10 aprel 2015-ci il təvəllüdlü Elşad Quliyevin saxlanılması üçün müəyyən olunmuş alimentin ödənilməsindən azad edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar