Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-141/2023 12.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 30 manat 2013-cü il təvəllüdlü X1 və 21 mart 2019-cu təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi hər uşaq üçün 200 manat aliment pulu tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə 2012-ci ildə qeyri-rəsmi ailə qurmuşlar. Birgə yaşadıqları müddət ərzində normal keçinmişlər. Ailədə bir müddət mehriban yaşamaqlarına baxmayaraq sonradan xasiyyətləri düz gəlmədiyindən ayrılmalı olmuşlar. Birgə yaşadıqları müddət ərzində 30 manat 2013-cü il təvəllüdlü X3 və 21 mart 2019-cu təvəllüdlü X4 adlı iki nəfər uşaqları anadan olmuşdur. Hazırda ayrı yaşayırlar. Uşaqları tək başına saxlamaqda çətinliklər çəkir. Ona görə də Yusif və Elmirin yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, İddiaçı ilə 2012-ci ildə qeyri-rəsmi ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə xx.xx.2013-cü ildə X3 və xx.xx.2019-cu ildə X4 adlı iki nəfər uşaqları anadan olmuşdur. Əvvəllər mehriban yaşasalar da, sonradan aralarında yaranmış münaqişələrə görə bir ildir ki, ayrı yaşayırlar. Hazırda xəstə olduğu üçün heç bir yerdə işləmir. Bu səbəbdən də uşaqların saxlanılması üçün ümumilikdə 100-150 manat məbləğində aliment ödəyə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul ediməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: Atalığın müəyyən edilməsi haqqında və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahdan 30 mart 2013-cü ildə X3 və 21 mart 2019cu ildə X4 adlı uşaqları doğulmuş və həmin uşaqların atası Cavabdeh hesab edilmişdir. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideyinlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideyinlərdən məhkəmə qaydasında tutulur. 76.1 və 76.1.2-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm,dəyişən olarsa,ya qazancının hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimet valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə asasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları- onlara əsas qayğı obyektidir. Beləliklə, məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, uşaqların saxlanmasında valideynlərin bərabər vəzifələrinin olmasını nəzərə alaraq belə hesab edir ki, iddia qismən təmin edilməklə tərəflərin birgə nikahdan 30 mart 2013-cü ildə doğulmuş X1 və 21 mart 2019-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 17 noyabr 2022ci il tarixdən başlayaraq Cavabdeh hər ay, hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli və qətnamə Azərbaycan Respublikası MPM-nin 234.2 və 234.2.1-ci maddələrinə əsasən dərhal icra olunmalıdır. Belə ki, həmin maddələrin tələbinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Eyni Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh dövlət rüsumuna görə 49 (qırx doqquz) manat tutulub dövlət büdcəsinə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75,76,78-ci, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahdan 30 manat 2013-cü ildə doğulmuş X1 və 21 mart 2019-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 17 noyabr 2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay, hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamə həmin hissədə dərhal icra olunsun. Həmçinin, Cavabdeh dövlət rüsumuna görə 49 (qırx doqquz) manat tutulub dövlət büdcəsinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №2(050)-141/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-141/2023
12.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver