Məhkəmə qərarları › İş №2(050)-1437/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1437/2023

18.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1437/2023 18.08.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, İlk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2, Masallı Rayon Təhsil Şöbəsinin metodisti X1 iştirakları ilə. İlk İddiaçı Cavabdeh qarşı uşaq və aliment tələbi və qarşılıqlı iddiaçı Cavabdeh qarşılqılı iddia üzrə cavabdeh İddiaçı qarşı uşaq tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlk iddia üzrə İddiaçı Cavabdeh 12 oktyabr 2010-cu il təvəllüdlü X3, 14 aprel 2012-ci il təvəllüdlü X4 və 20 fevral 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə İddiaçı məhkəmə iclasında iddia həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh 12 oktyabr 2010-cu il təvəllüdlü X3, 14 aprel 2012-ci il təvəllüdlü X4 və 20 fevral 2014-cü il təvəllüdlü X2 alınması, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 12 oktyabr 2010-cu il təvəllüdlü X3, 14 aprel 2012-ci il təvəllüdlü X4 və 20 fevral 2014-cü il təvəllüdlü X2 onun yanında saxlanılması barədə qarşılıqlı iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə el adəti qaydasında toy edərək ailə qurmuşlar. Nikahlarını 18 yanvar 2011-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə yaşadıqları dövrdə 12 oktyabr 2010-cu il təvəllüdlü Xədicə, 14 aprel 2012-ci il təvəllüdlü Məryam və 20 fevral 2014-cü il təvəllüdlü Mühəmməd adlı uşaqları olmuşdur. Cavabdehlə uzun müddət birlikdə yaşasalar da, sonralar xasiyyətləri uyğun gəlmədiyindən ayrılmalı olmuşlar. Masallı rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(050)-1018/2021 saylı qətnaməsinə əsasən nikahları pozulmuş, uşaqların ananın yanında saxlanılması qət edilmişdir. Cavabdeh övladları ilə maraqlanmamış və heç bir maddi köməklik göstərməmişdir. Qarşılıqlı iddia üzrə tələb onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə birgə nikahları dövründə anadan olmuş X6, X7 və X5 adlı uşaqların anasında saxlanması barədə Masallı rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2-1018/2021 saylı qətnaməsi mövcuddur. Buna baxmayaraq azyaşlı uşaqları analarının yanında qalmaq istəmirlər. Uşaqlar hal-hazırda onunla birlikdə Masallı rayonu, Yeddioymaq kəndində yaşayırlar. İddiaçı son aylarda ərizə ilə Masallı rayon Polis Şöbəsinə ərizə ilə uşaqların ondan alınması barədə müraciət etmişdir. Həmin müraciətə əsasən polis şöbəsinin və Masallı rayon icra hakimiyyətinin azyaşlılar üzrə komissiyasının iştirakı ilə araşdırmalar aparılmış və uşaqların dindirilməsi aparılmışdır. Nəticədə uşaqlar analarının yanında qalmaq istəmədiklərini və atalarının yanında qalmalarının istədiklərini bildirmişdilər. Ona görə də ilk iddia üzrə İddiaçı aliment tələbi barədə iddiasının təmin edilməməsini, uşaqların onunla yaşamaqlarını və onların maraqları nəzərə alınmaqla, uşaqların onun yanımda saxlanılması barədə qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. İlk İddiaçı məhkəmə baxışı iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək bildirdi ki, onlar 05 aprel 2021-ci il tarixdə rəsmi olaraq boşandıqlarından sonra yenidən barışmışlar və 2022-ci ilin noyabr ayınadək birlikdə yaşamışlar. Ayrıldıqdan sonra uşaqlar onda qalmış, uşaqları özü ilə atası evinə aparmış və cavabdeh buna etiraz etməmişdir. Həmçinin uşaqlar atalarını istəməmişdir. Bundan sonra o, Bakı şəhərində yaşamış, uşaqlar Bakı şəhəri, 267 nömrəli E.Həmidov adına məktəb-lisey təhsil almışlar. 06 fevral 2023-cü il tarixdə Cavabdeh uşaqları ona məlumat vermədən məktəb-liseydən aparmışdır. Həmin gün bibisinin gəlini Dünya ona zəng edərək uşaqların Xaliddə olduğunu və Xalidin uşaqları 2-3 günə gətirəcəyini bildirmişdir. Lakin həmin vaxtdan sonra uşaqlarını görməsinə Xalid icazə verməmişdir. Bu müddətdə uşaqlar məktəbə getməmiş, hətta qızı Xədicə sinifdə qalmışdır. Ona görə də ilk iddianın təmin olunmasını, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 onunla eyni əsaslarla çıxış edərək bildirdi ki, Masallı rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(050)-1018/2021 saylı tarixli qətnaməsi ilə 12 oktyabr 2010-cu ildə anadan olmuş X6, 14 aprel 2012-ci ildə anadan olmuş X4 və 20 fevral 2014-cü ildə anadan olmuş X2 anaları İddiaçı yanında saxlanılması qət edilmişdir, hazırda qüvvədə olduğuna görə də həmin qətnamə icra olunmalı, uşaqlar Cavabdeh alınaraq İddiaçı verilməlidir. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh aliment ödəmək fikri olmamışdır. Odur ki, ilk iddianın təmin olunmasını, eləcə də qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bildirdi ki, onlar 05 aprel 2021-ci il tarixdə rəsmi olaraq boşansalar da, sonra yenidən barışmışlar və 2022ci ilin noyabr ayınadək birlikdə yaşamışlar. Ayrıldıqdan sonra uşaqlar Nüşabədə qalmışdır. Nüşabə Bakı şəhərinə köçmüşdür. 06 fevral 2023-cü il tarixdə qızı Xədicə tanımadığı mobil nömrədən ona zəng vurmuşdur ki, gəlib onları aparsın. Onların sözü ilə gəlib təhsil aldıqları məktəbdən aparmışdır. Uşaqları aparmasında məqsədlərindən biri də, Nüşabənin uşaqlara görə onlarla yaşamağa razı salmaq istəyi olmuşdur. Hla-hazırda uşaqlara özü baxır, onları qeyri rəsmi məktəbə qoymuşdur. Uşaqların fikrinİddiaçı alınaraq ona verilməsini istəyir. Odur ki, ilk iddianın rədd olunmasını, eləcə də qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 onunla eyni əsaslarla çıxış edərək ilk iddianın rədd olunmasını, qarşılıqlı iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında fikri öyrənilərkən X6 bildirdi ki, o, məktəbdə tanımadığı şəxsdən mobil telefon alıb atasına zəng edərək, onları aparmasını istəmişdir. Buna səbəb ana nənəsinin yatmaq istədiyi üçün qardaşını 2 saat balkonda saxlaması olmuşdur, bu zaman anası evdə olmamış və qorxusundan anasına deməmişdir. Onlar atası və anası ilə birlikdə yaşamaq istəyirlər, lakin valideynləri ayrı yaşayarsa atasının yanında qalmaq istəyir. Məhkəmə iclasında fikirləri öyrənilən uşaqlar X8 və X5 bacıları Xədicə Cəfərova ilə eyni məzmunda fikirlərini ifadə edərək, ataları ilə yaşamaq istədiklərini bildirmişlər. Masallı rayon Məhkəməsinin 05 aprel 2021-ci tarixli, 2(050)-1018/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı və Cavabdeh arasında bağlanmış 18 yanvar 2011-ci il tarixli, 02 saylı nikah akt qeydinin pozulması və 12 oktyabr 2010-cu ildə anadan olmuş X3, 14 aprel 2012-ci ildə anadan olmuş X4 və 20 fevral 2014-cü ildə anadan olmuş X2 anaları İddiaçı yanında saxlanılması qət edilmişdir. Doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrin surətlərindən görünür ki, X6 12 oktyabr 2010-ci ildə, X8 14 aprel 2012-ci ildə və X5 20 fevral 2014-cü ildə doğulmuşlar. Uşaqların atası Cavabdeh, anası İddiaçıdır. Masallı Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyasının 26 may 2023-cü il tarixli rəyindən məlum olur ki, komissiya tərəflərin barışıb birlikdə yaşamalarını tövsiyə etmişdir, barışıq olmadığı təqdirdə isə 12 oktyabr 2010-cu il təvəllüdlü X3, 14 aprel 2012-ci il təvəllüdlü X4 və 20 fevral 2014-cü il təvəllüdlü X2 ataları Cavabdeh yanında saxlanılmasını məqsədəmüvafiq hesab etmişdir. Bakı şəhəri, 267 nömrəli E.Həmidov adına məktəb-liseyin 14 avqust 2023-cü il tarixli, 246 nömrəli arayışından məlum olur ki, X6 2023-cü ilin fevral ayından dərslərdə iştirak etmədiyi üçün təkrarən 6-cı sinifdə qalmışdır. Əmək müqaviləsi barədə sorğulama məlumatından görünür ki, Cavabdeh “X14” MMCdə sosial işçi kimi 345 manat əmək haqqı alır. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna, ilk və qarşılıqlı iddialara birlikdə hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən əsaslı, qarşılıqlı iddia əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasını və ailənin saxlanmasının qeyri mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1. və 22.2.2.-ci maddəsğlərinin əsasən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 49.2-ci və 49.3-cü maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması və hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə görə uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Ailə Məcəlləsinin 60.1.-60.4.-cü maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. “Uşaq hüquqları haqqında” BMT-in 18 noyabr 1989-cu il tarixli konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Konvensiyada uşaqların hər bir yerdə (ayrı-seçkilik qoyulmadan) malik olduqları yaşamaq hüququ, hərtərəfli inkişaf etmək hüququ, zərərli təsirlərdən, pis rəftardan və istismardan müdafiə olunmaq hüququ, ailə həyatında mədəni və sosial həyatda tam iştirak etmək əsas insan hüquqları göstərilir. Bundan başqa Konvensiya səhiyyə, təhsil və hüquq, mülki və sosial xidmət sahələrində standartlar müəyyən etmək vasitəsilə uşaqların hüquqlarını qoruyur. Həmçinin “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il Bəyənnamənin 6-cı maddəsinə əsasən uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər bir halda məhəbbət və mənəvi-maddi təminat mühütündə böyüməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birlikdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 26 mart 2016cı il tarixli Qərarında 7.7-ci bənddə qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, qətnamənin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşaq həmin valideynin yanında deyildirsə, onda gələcəkdə qətnamənin icrasında yaranacaq qeyri-müəyyənliyi aradan qaldırmaq, eləcə də yetkinlik yaşına çatmamışın hüquqlarının müdafiəsini təmin etmək üçün onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi də həll edilməlidir. Beləliklə məhkəmə uşaqların valideynlərdən kimin yanında yaşaması məsələsini müzakirə edərək qeyd edir ki, tərəflər arasında nikah Masallı rayon Məhkəməsinin 05 aprel 2021-ci tarixli, 2(050)-1018/2021 saylı qətnaməsi ilə pozulmuşdur. Nikah pozularkən 12 oktyabr 2010-cu ildə Xədicə, 14 aprel 2012-ci ildə Məryam və 20 fevral 2014-cü ildə Mühəmməd adlı uşaqlar ananın yanında saxlanılmışdır. Lakin sonradan uşaqlar öz istəklərinə görə ataları ilə getmişdir. İşin hallarından göründüyü kimi, sonradan uşaqların yaşayış yeri barədə tərəflər arasında mübahisə olduğu üçün, uşaqların hansı valideynin yanında saxlanılması məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, uşaqların valideynlərinin hansının yanında qalması müəyyən edilməsi zamanı məhz valideynlərə münasibətdə dəyərləndirilməlidir. Uşaqlar uzun müddət əvvəlcə hər iki valiyenlərinin, daha sonra bir neçə ay ananın, hal-hazırda isə uzun müddətdir atanın yanında məhəbbət və mənəvi-maddi təminat mühitində yaşamış, onların uşaqlıq qayğıları icra olunmuş, yaşayış üçün şəraitləri normal olmuşdur. Uşaqlar valideynlərindən narazı olmamışdır, belə vəziyyətdə uşaqların daha üstün mənafeləri əsas götürülməli, onların birlikdə və ya ayrı yaşaması bacı-qardaş olaraq gələcək psixoloji vəziyyətlərinə təsiri, həmçinin gündəlik ehtiyaclarına görə qidalanmaları, gigiyenik təlabatları, təhsil və tərbiyələri baxımından mübahisəyə qiymət verilməlidir. Məhkəmə hər bir uşağın fikrinə fərdi yanaşaraq, onların daha üstün mənafelərini əsas götürərək belə nəticəyə gəlir ki, əvvəla onların ayrı yaşaması məqsədəuyğun deyil. Belə ki, Cavabdeh ata kimi uşaqların qayğısına yüksək səviyyədə qalmış olsa da, uşaqlardan Xədicə və Məryamın qız uşağı olması, onların, həmçinin Muhəmədin yaşı baxımından onun qayğısı ana qayğısını əvəz edə bilməz. Uşaqların hazırkı inkişaf dövründə ana müdaxiləsi olmadan gündəlik təlabatlarını, gigyenik və qidalanmalarını tam icra etmək mümkün deyil. Belə ki, valideynlik hüquqları uşaqların mənafeyinə zidd, onların mənəvi inkişafına, fiziki və psixi sağlamlıqlarına xələl yetirəcək şəkildə həyata keçirilə bilməz. Uşaqların ananın yanında saxlanmasının onların mənafeyinə uyğun olmadığı qənaətinə gəlmək üçün hər hansı əsaslar yoxdur. Məhkəmənin qənaətinə əsasən hazırkı vəziyyətdə ata tərəfindən valideynlik vəzifələri uşaqların mənafeyinə zidd, onların mənəvi inkişafına, fiziki və psixi sağlamlıqlarına xələl yetirəcək şəkildə, o cümlədən sadəcə valideynlik hüququ və öz mənafeyi baxımından həyata keçirilir. Hətta məhkəmədə belə qənaət vardır ki, uşaqların gündəlik qayğılarını ata deyil, onların yanında olan baba və ya nənə, yaxud digər şəxs icra edir. Bu isə Ailə Məcəlləsinin 49-cu maddəsinə tam ziddir. Bundan başqa, Cavabdeh digər məqsədi, uşaqları yanında saxlamaqla İddiaçı ilə barışmaq istəməsidir. Uşaqlar 2023-cü ilin fevral ayından təhsillərindən, o cümlədən Xədicə 6-cı sinifdə qalmışdır. Bu hal isə məhz Cavabdeh uşaqların təhsil hüquqlarının pozulması ilə nəticələnən hərəkəti ilə birbaşa əlaqəlidir. Bütün göstərilənlərə əsasən məhkəmə uşaqların fikrini, o cümlədən qəyyumluq və himayəçilik komissiyasının rəyini uşaqların üstün mənafeyinə zidd və uşaqların atadan alınaraq anaya verilməsini qanuni hesab edir. Məhkəmə qeyd edir ki, uşaqlar anaya verilməli olduğu üçün, aliment məsələsi də həll olunmalıdır. Azyaşlı uşaqları saxlamaq, qayğısına qalmaq, maddi ehtiyaclarını ödəmək valideyn kimi ana ilə bərabər atanın də borcudur. Ona görə uşaqların saxlanılmasında valideyn kimi cavabdeh də iştirak etməli və aliment ödəməlidir. Aliment öhdəliyində məqsəd, uşağın əvvəlki yaşayış səviyyəsinin saxlanılmasıdır. Məhkəmə ananın uşaqların qayğısına qalmasını, uşaqların maddi cəhətdən saxlanılmasını həmişə atanın təmin etməsini nəzərə alaraq hesab edir ki, aliment atadan alınmalıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ona görə də uşaqların ən az həmin həddə maddi təminat hüquqları vardır. Bununla belə məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən cavabdehin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları və onların əvvəlki təminatının saxlanılmasında valideynlərin hər ikisinin əvvəlki rolunu, Cavabdeh rəsmi işləməsini və 345 manat əmək haqqı almasını nəzərə alaraq, aylıq əmək haqqının yarısı və sabit pul məbləğində hər ay bir uşaq üçün 70 manat sabit pul məbləğində alimentin tutulmasını uşaqların mənafeyinə uyğun hesab edir. Alimentin tutulmasının başlanğıcı uşaqların atadan alınıb anaya verildiyi tarixdən hesablanmalıdır. Nikahın pozulması zamanı tərəflər birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi ilə bağlı tələb irəli sürməmişlər, məhkəmə izah edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9.-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, ilk iddia qismən təmin olunmalı, qarşılıqlı iddia təmin olunmamalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia qismən təmin edilsin. 12 oktyabr 2010-cu il təvəllüdlü X6, 14 aprel 2012-ci il təvəllüdlü X8 və 20 fevral 2014-cü il təvəllüdlü X5 ilk iddia üzrə Cavabdeh alınaraq ilk İddiaçı verilsin. 12 oktyabr 2010-cu il təvəllüdlü X3, 14 aprel 2012-ci il təvəllüdlü X4 və 20 fevral 2014cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ilk iddia üzrə Cavabdeh aylıq qazancın (başqa gəlirinin) yarısı və hər uşaq üçün 70 manat, cəmi 210 manat sabit pul məbləğində aliment alınaraq ilk İddiaçı ödənilsin. Alimentin tutulmasının başlanğıcı uşaqların ilk iddia üzrə Cavabdeh alınaraq ilk İddiaçı verildiyi tarixdən hesablansın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 12 oktyabr 2010-cu il təvəllüdlü X3, 14 aprel 2012-ci il təvəllüdlü X4 və 20 fevral 2014-cü il təvəllüdlü X2 onun yanında saxlanılması tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Tərəfllərə nikah pozulduqdan sonra 3 il müddətində birgə nikah dövründə əldə olunmuş əmlakın bölüşdürülməsi barədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar