Məhkəmə qərarları › İş №2(050)-1457/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1457/2025

28.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1457/2025 28.08.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümyəndəsi və vəkili Vəkil, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı uşaq və aliment tələbi barədə qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, MÜƏYYƏN ETDİ: İ̇lk iddia ərizəsi üzrə işin iddia ərizəsində qeyd edilən halları: İddiaçı Cavabdeh ilə 2017-ci ilin dekabr ayında el adəti üzrə toy edərək ailə həyatı qurmuşdur. Rəsmi nikahları olmamışdır. Birgə yaşadıqları dövrdə 25 sentyabr 2018-ci il təvəllüdlü X6 və 09 oktyabr 2019-cu il təvəllüdlü X7 anadan olmuşdur. Uşaqlarla bağlı atalıq müəyyən edilmişdir. Təxminən bir il əvvəl cavabdeh onu uşaqları ilə birlikdə evdən çıxarmış və həmin vaxtdan uşaqların saxlanılmasına köməklik etməmişdir. Uşaqları təkbaşına böyüdür. Maddi vəziyyəti ağır olduğundan uşaqların bütün tələbatlarını təmin edə bilmir. Cavabdeh isə uşaqların saxlanılmasına köməklik etmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İ̇lk iddia üzrə iddiaçının tələbi: Cavabdeh 25 sentyabr 2018-ci il təvəllüdlü X2 və 09 oktyabr 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 246 manat (minimum əmək haqqının 0,615 misli) məbləğində alimentin onun xeyrinə tutulması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi üzrə işin iddia ərizəsində qeyd edilən halları: Məhkəmənin icraatında İddiaçı ona qarşı “aliment” tələbi barədə mülki işi vardır. Zərurət yarandığından o, ilkin iddiaya qarşı qarşılıqlı iddia tələbinə dair məhkəməyə ərizə ilə müraciət edir. İlkin iddia tələbi tamamilə əsassızdır. Cavabdehlə 2017-ci ildə el adəti qaydasında toy edərək ailə həyatı qurmuşdur. Faktiki nikahdan Damla Ağarzayeva və Miray Ağarzayeva dünyaya gəlmişdir. Cavabdehlə bir müddət mehriban ailə kimi birlikdə yaşamışlar. O, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. İddiaçı evdə heç nə olmadan mübahisələr yaratmış və ona bildirmişdir ki, o, bu evdə qalmaq istəmir, Bakı şəhərində kirayə yaşamaq istəyir. Ailənin dağılmağına səbəb bu söz-söhbətlər olmuş, o, cavabdehlə Bakı şəhərinə getməyəcəyini bildirmişdir. İlk öncə cavabdeh evi özü tərk edib getmişdir. Uşaqları onunla birlikdə yaşamış, bu müddət ərzində uşaqların bütün təlim və tərbiyəsi ilə məşğul olmuşdur. Sonradan gəlib uşaqları aparmaq istəmiş, o isə etiraz etməmiş və uşaqlar anaları ilə getmişlər. O, həmişə barışmaq ümidi ilə yaşamışdır. Hal-hazırda da cavabdehlə barışmaq istəyir. Uşaqlara gəlincə uşaqlar ayın çox hissəsini onunla birlikdə qalırlar. Uşaqları cavabdehlə birlikdə olduğu müddətdə də onları özü məktəbə aparıb gətirmişdir. Cavabdeh uşaqları ilə birlikdə valideynlərinin evində qalır. Cavabdehin valideynlərinin ev şəraiti olduqca pis vəziyyətdədir, həmin evdə uşaq saxlamaq qeyrimümkündür. Bir balaca evdə 14 nəfər ailə üzvü yaşayır. Bu şəraitdə uşaqların təlim və təhsili ilə məşğul olmaq mümkün deyildir. İddiaçı özü yazıb oxuya bilmir, onunla birlikdə yaşayarkən uşaqlarının təhsili ilə ancaq o özü məşğul olmuşdur. Qarşılıqlı iddia ərizəsi üzrə tələb: İlk iddianın rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin olunaraq, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı faktiki nikahdan doğulan xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 alınaraq ona verilməsi və uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı hər bir uşaq üçün 250 manat, cəmi 500 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə verilmiş dəqiqləşmə ərizəsi və məhkəmənin münasibəti: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2025-ci il tarixdə ərizə təqdim edərək övladları xx.xx.2018-ci ildə doğulmuş X6 və xx.xx.2018-ci ildə doğulmuş X7 ilə ayın hər həftəsinin şənbə günü saat 10:00-dan gecə qalmaq şərti ilə bazar günü saat 18:00-a qədər ünsiyyətdə olmaq hüququnun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 167.1-ci maddəsinə əsasən hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında aşağıdakı hərəkətləri edir: 167.1.2-ci maddəsinə əsasən tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir. 167.1.9-cu maddəsinə əsasən tərəflərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edir, habelə prosesdə iştirak etmək üçün mütəxəssis və tərcüməçi cəlb edilməsi məsələsini həll edir; Yuxarıda göstərilən prosessual normaları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki ərizənin məhkəmə baxışında verilməsini və qeyd edilən tələbin əlavə araşdırma tələb etməsini (uşaqla görüş qaydalarının müəyyən edilməsi ilə bağlı komissiyanın rəyinin alınmasının zəruriliyi) nəzərə alaraq Cavabdeh “uşaqla ünsiyyət qaydalarının müəyyən edilməsi” tələbi ilə ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilir. İ̇şdə iştirak edən şəxslərin izahatları: İlk iddia üzrə İddiaçı izahatında uşaqlarının onun himayəsində saxlanmasını və hər uşaq üçün 246 manat məbləğində aliment tutulmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, uşaqlarının tələbatını təkbaşına qarşılamaqda çətinlik çəkir. Qarşılıqlı iddia tələbi ilə razı deyil, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İlk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında uşaqların həm anaya olan emosional bağlılıqlarının, həm də cavabdehin sağlamlıq vəziyyətinin nəzərə alınaraq uşaqların ananın yanında saxlanmasını və onların saxlanması üçün cavabdehdən hər uşağa görə 246 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Cavabdeh ilk iddia tələbini qəbul etmədiyini, uşaqların onun himayəsində saxlanmasının onların həm həyat şəraiti, həm də fiziki-psixoloji inkişafı üçün daha uyğun olduğunu bildirmiş, məhkəmədən qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Həmçinin məhkəmə iclaslarında epilepsiya xəstəsi olmasını inkar edən izahat verməmişdir. İ̇ş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: ”muğoD“ haqqında arayışdan görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. ”muğoD“ haqqında arayışdan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. xx.xx.2025-ci il tarixli, 3/16-5/8-17xx-xx/2025 saylı arayışdan görünür ki, xx.xx.2018ci il tarixdə Masallı rayonu Boradigah qəsəbəsində İddiaçı doğulmuş X4 atası Cavabdeh hesab edilmişdir. xx.xx.2025-ci il tarixli, 3/16-5/8-17xx-xx/2025 saylı arayışdan görünür ki, xx.xx.2019cu il tarixdə Masallı rayonu Boradigah qəsəbəsində İddiaçı doğulmuş X5 atası Cavabdeh hesab edilmişdir. MŞM/MT036/2025-00161 nömrəli xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsasən, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh prosesə gəlməmişdir. Masallı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2025-ci il tarixli, 28 saylı rəyindən görünür ki, komissiya tərəflərin həyat şəraitini nəzərə alaraq xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılmasını uşaqların mənafeyinə uyğun hesab etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 11/325 saylı ekspert rəyindən görünür ki, 1-ci və 2-ci suallar üzrə xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 onlara verilən suallara cavab vermədiklərindən, onlara test və metodikaları tətbiq etmək və onlarla məhkəməpsixoloji ekspertizasını keçirmək mümkün olmadığından barələrində ekspert qarşısında qoyulmuş suallar cavablandırılmamışdır. 3-cü sual üzrə İddiaçı fərdi-psixoloji xüsusiyyətlərində uşaqlarının emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. Cavabdeh məhkəmə-psixoloji müayinəyə təqdim olunmadığından onun barəsində ekspert qarşısında qoyulmuş suallar üzrə tədqiqat aparılmamışdır. Boşanmadan sonra uşaqla ünsiyyət qaydasının (ünsiyyət vaxtlarının və müddətinin) müəyyən olunması, eləcə də uşağın hansı valideyninin himayəsində yaşamasının məqsədəuyğun olması, həmin halın gələcəkdə uşağın psixoloji vəziyyətinə və psixi inkişafına necə təsir göstərəcəyinin proqnozlaşdırılması məhkəmə-psixoloji ekspertizasının səlahiyyətinə aid deyildir. Hər iki iddia üzrə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. nasnİ̇“ hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolu: Ər-arvad nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur; 19.1-ci maddəsinə əsasən bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər- arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda, nikah məhkəmə qaydasında pozulur; 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur; 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ərarvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur; 21.3-cü maddəsinə əsasən nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir; 22.2.1-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76- cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2 -ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. İ̇şə baxan məhkəmənin mövqeyi: Məhkəmə mülki iş üzrə ilk iddia ərizəsini, tərəflərin izahatlarını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutların məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, ilk iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflərin rəsmi nikahı olmamış, birgə yaşayışlarından xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 adlı iki uşaqları doğulmuşdur. Uşaqların atalığı müəyyən edilmişdir. Hazırda tərəflər ayrı yaşayırlar. Məhkəmə uşaqların hansı valideynlə qalması məsələsini araşdıraraq qeyd edir ki, tərəflər arasında uşağın saxlanmasına dair mübahisə vardır. Belə ki, hər iki iddia üzrə iddiaçı uşaqların himayəsində saxlanmasını və onların saxlanması üçün qarşı tərəfdən aliment tutulmasını tələb edir. İşin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən edilir ki, uşaqlar tərəflər arasında münasibətlər pozulduğu müddət axımında analarının himayəsində yaşamış, analarına psixi və emosional olaraq daha çox bağlıdırlar. Həmçinin uşaqların hansı valideynin yanında yaşamasının onların mənafelərinə uyğunluğu barədə Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi və psixoloji ekspertiza rəyi alınmış uşaqların anası ilə qalması onların mənafelərinə uyğun hesab edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 anasının yanında saxlanılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). (§25) Belə ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (§24). Məhkəmə hesab edir ki, mübahisə edilən hüquq münasibəti barədə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün ilk növbədə uşağın üstün maraqları rəhbər tutulmalıdır. Uşaqların “üstün maraqları” konsepsiyası - 20 noyabr 1959-cu il tarixli “Uşaq hüquqları Bəyannaməsi”nin 2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu termindən ilk dəfə 1989-cu ildə BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın 3-cü maddəsinin 1-ci bəndində istifadə edilmişdir (§19). Uşağın üstün maraqları məsələsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq sənədlərdə (İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya - 8-ci maddə) (§17), dövlətdaxili qanunvericilikdə (Azərbaycan Respublikasının Ailə Məcəlləsi – 6, 51, 56, 58, 60-cı maddələr və s.), o cümlədən Avropa İnsan hüquqları Məhkəməsinin presidentlərində (Pençevi Bolqarıstana qarşı işi, Şvitsgebel İsveçrəyə qarşı işi, Çbihi Loudoudi və başqaları Belçikaya qarşı işi və s.) təsbit edilmişdir. Materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilk iddia tələbi aliment hissədə qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, alimentin ödənilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 78.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Məhkəmə işin hallarına, qanunvericiliyin sadalanan normalarına əsaslanaraq qeyd edir ki, ilk iddia tələbi aliment hissədə qismən təmin edilməli, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, aliment tutulmasının əvvəli Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən hesablanmalıdır. Alimentin tutulmasının əvvəli İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən, yəni 07 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0. və 115.0.1-ci maddələrinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 120 manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İlk iddia ərizəsi qismən təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X7 anası iddiaçı İddiaçı yanında saxlanılsın. xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulmasının başlanğıcı 07 aprel 2025-ci il tarixdən hesablansın. Aliment hissədə qətnamə dərhal icra olunsun. Ekspertiza tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Masallı Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar