Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1596/2023 25.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim X1, Məhkəmə iclasının katibi Aslanzadə Ramin Sakit oğlunun katibliyi, İddiaçı Alışova (Hüseynova) Gülsüm Qasımxan qızının və iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı Alışova (Hüseynova) Gülsüm Qasımxan qızının Cavabdeh qızına qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Alışova (Hüseynova) Gülsüm Qasımxan qızı Cavabdeh qızına qarşı alimet tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə yaşayış dövründə anadan olmuş 27 iyun 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlamlmasından ötrü hər ay üçün bir uşağa görə qazancının ¼ hissəsi, lakin 220 (iki yüz iyirmi) manat sabit pul məbləğindən aşağı olmayaraq aliment pulunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Alışova (Hüseynova) Gülsüm Qasımxan qızı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh ilə birgə yaşayış dövründə anadan olmuş 27 iyun 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlamlmasından ötrü hər ay üçün bir uşağa görə qazancının ¼ hissəsi və sabit pul məbləği olaraq 50 manat məbləğində aliment pulunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə el adəti ilə ailə həyatı qurub evlənmişlər. Rəsmi nikahları 01 dekabr 2021-ci ildə Masallı rayon Qeydiyyat Şöbəsində 822 nömrəli aktla rəsmi qeyd etdirmişlər. Ər-arvad kimi yaşadıqları dövrdə xx.xx.2021-ci ildə X5 adlı 1 nəfər uşaqları anadan olmuşdur. Əvvəllər bir-biriləri ilə sakit yaşamışlar. Sonradan cavabdehin təqsiri üzündən aralarında müxtəlif məzmunda narazılıqlar yaranmağa başlamış və bu ayrılmaqlarına səbəb olmuşdur. Onun cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi üçün 19 yanvar 2023-ci il tarixli, 2(050)-85/2023 saylı qətnamə ilə Cavabdeh ilə arasında olan nikah akt qeydi pozulmuşdur. Həmin qətnaməyə əsasən X5 onun, yəni İddiaçı himayəsində saxlanmışdır. İddiaçı Alışova (Hüseynova) Gülsüm Qasımxan qızı məhkəmə iclasında iddianı müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X5 27 iyun 2021-ci ildə Masallı rayonu Boradigah qəsəbəsində anadan olmuşdur. Atası Cavabdeh, anası Alışova (Hüseynova) Gülsüm Qasımxan qızıdır. İşdə olan nikahın pozulması haqqında arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah xx.xx.2023-cü il tarixdə pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə, 69 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)- 85/2023 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 01 dekabr 2021-ci il tarixdə Masallı regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış, 822 № ilə qeyd edilmiş nikah pozulması, 27 iyun 2021-ci il təvəllüdlü X5 anası İddiaçı yanında saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə dair Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Qeyd olunan qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə biri hissəsi miqdarında aliment tutulur. Bundan əlavə, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçının daimi iş yerinin, qazancının müntəzəm və dəyişməyən olması müəyyən edilmişdir. Buna görə də iddiaçıdan 27 iyun 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi (dörddə bir hissəsi) miqdarinda və 50 manat sabit pul məbləğində aliment tutularaq cavabdehə verilməli, alimentin tutulması 10 aprel 2023-cü il tarixdən hesablanmalı, qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233,234 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : İddia təmin edilsin. 10 aprel 2023-cü il tarixdən başlayaraq Cavabdeh 27 iyun 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının və başqa gəlirinin 1/4 hissəsi və 50 manat sabit pul məbləğində aliment tutulub Alışova (Hüseynova) Gülsüm Qasımxan qızına verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1596/2023
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1596/2023
25.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver