Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-1619/2025 22.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi X2, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mirabas qızı ilə birgə yaşayış dövründə doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X1 150 manat sabit pul məbləğində aliment ödəməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə birgə nikaha girmədən 2022-ci ildə ailə həyatı qurmuşlar. xx.xx.2023-cü il təvəllüdlü X4 adlı uşaqları dünyaya gəlmişdir. Hazırda birlikdə yaşayırlar. Ailənin dolanışıq mənbəyi ona məxsusdur. Lakin onlar birlikdə yaşasalar da yola getmirlər. İstəyir ki, xx.xx.2023-cü il tarixdə dünyaya gələn X1 birlikdə yaçasalar da 150 manat aliment ödəsin. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. İddia ərizəsindən görünür ki, İddiaçı Cavabdeh ondan aliment tutulmasını xahiş edir. Lakin iddiaçının aliment ödəmək barədə istəyinin olmasına görə məhkəmə aktının olması tələb olunmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. X7
Məhkəmə qərarları › İş №2(050)-1619/2025
Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-1619/2025
22.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver