Məhkəmə qərarları › İş №2(050)-1641/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №2(050)-1641/2025

23.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 2(050)-1641/2025 23.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarında doğulmuş iki nəfər uşağlarının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 600 manat məbləğində alimentin cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunu öyrənilərkən müəyyən edilmişdir ki, tərəflər rəsmi nikaha daxil olmadan faktiki olaraq birgə yaşadıqları dövrdə uşaqları dünyaya gəlmişdir. İddiaçı iddia ərizəsinə uşaqların atalığının müəyyən edilməsi ilə bağlı şəhadətnamələri əlavə etmədən cavabdehdən alimetin tutulması ilə bağlı müraciət etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Ailə Məcəlləsində əsasən yalnız valideyn statusunda olan şəxslərin aliment ödəmək öhdəlikləri nəzərdə tutulmuşdur. Hazırki vəziyyətdə uşaqlar faktiki nikahdan doğulduqlarından onların atası hesab edilən şəxslə birlikdə atalığın müəyyən edilməsi üçün qeydiyyat orqanına müraciət edilməli, qarşı tərəf imtina etdiyi halda, məkəməyə aliment tələbi ilə yanaşı, atalığın müəyyən edilməsi tələbi ilə müraciət edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin məcəllənin 149.2.5-ci maddəsinə əsasən ərizəyə sənədlərin siyahısı əlavə edilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılır. İddiaçı izah edilmədir ki, ərizənin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263, 264, 266-268-ci maddələri rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizənin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar