Məhkəmə qərarları › İş №2(050)-168/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-168/2024

22.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-168/2024 22.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X2 üçün Masallı Rayon Məhkəməsinin 2(050)-179/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit məbləğində müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2013-cü ildə faktiki ailə qurmuşlar və nikahlarını 14 iyun 2013-cü ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2014-cü ildə X6 və xx.xx.2015-ci ildə X7 adlı uşaqları anadan olmuşlar. Cavabdeh ilə müəyyən müddət birgə yaşadıqdan sonra münasibətləri pozulmuş və ayrılmalı olmuşlar. Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(050)-179/2020 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, uşaqlar onun yanında qalmış və uşaqların saxlanması üçün hər ay cavabdehin aylıq qazancının 1/3 hissəsi miqdarında aliment tutulmuşdur. Daha sonra cavabdeh işdən çıxarılmış və alımenti ödəməmişdir. Hazırda uşaqların tələbatı keçən müddətə görə daha da artmışdır, o, uşaqların saxlanmasında təkbaşına çətinlik çəkir, uşaqlar məktəblidir, onların təhsil və digər xərcləri getdikcə artmaqdadır. 2023-cü il üçün uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Lakin cavabdeh valideynlik vəzifəsini icra etmir və alimenti ödəmir. O, mediasıya orqanına müraciət olunmuş lakin, cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Ona görə də, cavabdehə qarşı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını haqlı hesab edir. Həmin maddəyə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X6 xx.xx.2014-cü ildə, X8 xx.xx.2015-ci ildə doğulmuşdur. Uşağın atası Cavabdeh, anası İddiaçıdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(050)-179/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Masallı tayon Qeydiyyat Şöbəsi tərəfindən bağlanmış 14 iyun 2013-cü il tarixli 245 saylı nikah pozulmuş, tərəflərin birgə nikahdan 12 aprel 2014-cü ildə doğulmuş X6 və 12 noyabr 2015-ci ildə doğulmuş X8 adlı uşaqları anaları İddiaçı yanında qalmaqla həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 20 fevral 2020-ci il tarixdən başlayaraq X3 hər ay aylıq qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment utulub İddiaçı verilməsi barədə qətnamə çıxarılmışdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 manat pul ödəmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki hallarına əsasən tərəflər nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X8 anadan olmuşdur. Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(050)-179/2020 saylı qətnaməsi ilə tərəflər arasında bağlanılmış nikah pozulmuş, uşaqlar ananın yanında saxlanılmış və uşaqların saxlanılması üçün cavabdehin hər ay aylıq qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulması barədə qətnamə çıxarılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən maddi normalara əsasən məhkəmə qeyd edir ki, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 atasının Cavabdeh, anasının İddiaçı olması işdə olan materiallarla müəyyən olunur. Uşaqları saxlamaq, qayğısına qalmaq, onun maddi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Ona görə uşaqların saxlanılmasında valideyn kimi o da iştirak etməli və aliment ödəməlidir. Uşaqların saxlanılması üçün Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(050)-179/2020 saylı qətnaməsi ilə cavabdehin hər ay aylıq qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment müəyyən olunsa da, iddiaçının dediyinə görə cavabdeh hal hazırda işdən çıxdığı üçün onun aylıq qazancı yoxdur və aliment ödəmir. Ona görədə alimentin tutulması qaydası dəyişdirilərək sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin ötən illərə münasibətdə həyat şəratinin dəyişməsi hamıya bəlli olan haldır. Uşaqların yaşı ilə bərabər, onların sosial və maddi təlabatları artmışdır. Ona görə də alimentin miqdarı artırılmalıdır. Bununla belə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən məhkəmə cavabdehin də maddi və ailə vəziyyətini, diqqətə layiq olan digər halları nəzərə alaraq, azyaşlı uşaqlar üçün aylıq aliment məbləğinin hər bir uşaq üçün 190 manat olmaqla ümumilikdə 380 müəyyən edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(050)-179/2020 saylı qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş aliment miqdarı hər ay bir uşaq üçün 190 manat, ümumilikdə 380 manat müəyyən olunmaqla Cavabdeh alınaraq İddiaçı ödənilsin. Alimentin yeni məbləğdə tutulmasının başlanğıcı qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar