Məhkəmə qərarları › İş №2(050)-1802/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1802/2024

13.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1802/2024 13.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq 12 oktyabr 2010-cu il təvəllüdlü X7, 14 aprel 2012-ci il təvəllüdlü X3 və 20 fevral 2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh hər ay bir uşaq görə 235 manat, üç uşağa görə cəmi 705 manat sabit pul məbləğində alimentin və 20 fevral 2014-cü il təvəllüdlü X2 böyrək xəstəliyinə görə onun müalicəsinə çəkilən xərclərin əvəzi kimi hər ay 200 manat pulun cavabdehdən alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2011-ci ildə Cavabdeh ilə rəsmi nikaha girərək ailə qurmuşlar. Həmin nikahdan 12 oktyabr 2010-cu ildə X7, 14 aprel 2012ci ildə X8 və 20 fevral 2014-cü ildə X6 adlı uşaqları olmuşdur. Aralarında olan nikah məhkəmə qaydasında pozulduqdan sonra uşaqlar onun yanında qalmağa qərar vermişlər, buna görə Şirvan Apellyasiya Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli qətnaməsi ilə uşaqlar onun yanında saxlanılmışdır. Uşaqlara o baxır, onların gündəlik tələbatlarını özü qarşılayır, lakin təkbaşına valideyn kimi üç nəfər uşağın tam istədikləri kimi saxlamasına maddi imkanı yetmir. İş üzrə cavabdeh isə əmək qabiliyyətli olmaqla Bakı şəhərində uşaq əyləncə mərkəzində uşaq nəzarətçisi olaraq çalışır və aylıq 500-600 manat əmək haqqı alır. O, isə heç bir yerdə işləmir və rəsmi olaraq heç bir yerdən gəliri yoxdur. Eyni zamanda bir nəfər Mühəmməd adlı oğlu böyrək xəstəliyindən əziyyət çəkir, onun bir böyrəyi böyük bir böyrəyi isə kiçikdir. Mütəmadi olaraq müalicə alır və onun müalicələrinin xərclərini təkbaşına qarşılayır. Artıq neçə ildir ki, Mühəmmədin müalicə olunmasına baxmayaraq onun daim müalicə və nəzarət altında qalmasını həkimlər bildirmişlər. Mühəmmədə “toksiki anemiya, xroniki böyrək xəstəliyi İİ-ci dərəcə” diaqnozu qoyulmuşdur. Eyni zamanda uşaqlar Masallı rayon Birinci Yeddioymaq kənd orta məktəbində təhsil alırlar, Mühəmməd məktəbin 4-cü sinifində, Məryam 6-cı sinifində və Xədicə isə məktəbin 7-ci sinifində təhsil alır. Uşaqların məktəb xərclərini o, təkbaşına və çətinliklə qarşılayır, cavabdeh isə uşaqların saxlanması üçün heç bir köməklik etmir. Alimentin və əlavə xərcin ödənilməsi ilə bağlı məhkəmədən əvvəl mediasiyaya müraciət etmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etmədiyindən prosesin davam etdirilməməsi barədə ona arayış verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, xəstə olan uşaq Mühəmməd artıq sağalmışdır. Uşağın böyrəyində genişlənmə var, lakin ciddi problem yaratmır. Həmçinin uşaqlar ona qarşı öyrədilmiş və ondan soyumuşdur. Estetik həkiminin yanında köməkçi kimi işləyir. Portalda əmək haqqının məbləği 345 manat kimi göstərilsə də, 180 manat kartına köçür. Kirayədə qalır. Anası xəstə olduğu üçün ona baxır. Həmçinin banklara kredit borcu var. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilən iddia ərizəsinə etirazında bildirmişdir ki, iddiaçının ona qarşı qaldırdığı iddia tələbi ilə razı deyildir. İddiaçının iddia ərizəsində qeyd etdikləri tamamilə yalan və cəfəngiyyatdır. Ona görə də iddia rədd olunmalıdır. Belə ki, o, 1 iyul 2024-cü il tarixə qədər “Bal Kimi” şirniyyat evində xadimə işləmişdir. Valideynləri xəstə olduğuna görə məcburiyyətdən yarım gün işləmişdir. Aylıq maaşı 160 manat olmuşdur. Hal-hazırda anasının vəziyyəti ağır olduğundan heç yerdə işləmir. Valideynləri ilə birgə kirayədə yaşayır. Atasının 61 yaşı var. Gözləri tor gördüyü üçün işləmir. Anası gəzə bilmədiyindən yataq xəstəsidir. Ona görə də anasının vəziyyəti ağırlaşmamış yarım gün işləmişdir. Valideynləri ilə birgə kirayədə qalır. Çox çətin şəraitdə yaşayırlar. Ailəli bir bacısı var, arada onlara yardım edir. Gəlir yerləri yoxdur. Ona görə də öz ehtiyaclarını, anasının müalicə xərclərini qarşılamaqda çox çətinlik çəkir. Oğlu Mühəmməd körpə olarkən müalicə alıb və hal-hazırda heç bir xəstəliyi yoxdur. Qeyd etmək istəyir ki, iddiaçının rəsmi iş yeri var və bundan başqa əlavə gəlirləri də mövcuddur. Belə ki, şəxsi avtomaşını ilə Masallı- Bakı taksi fəaliyyəti göstərir. Ata-anası da işləyir və təqaüd alırlar, eyni zamanda iddiaçı ilə birgə şəxsi mülklərində yaşayırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddiaçının ona qarşı qaldırdığı iddia tamamilə əsassızdır. Bunu yuxarıda qeyd olunanlar da açıq-aşkar sübut edir. İş materiallarında olan: Doğum haqqında arayışların surətlərindən görünür ki, 12 oktyabr 2010-cu ildə X7, 14 aprel 2012-ci ildə X8 və 20 fevral 2014-cü ildə X6 anadan olmuşlar. Uşaqların atası İddiaçı, anası Cavabdeh qeyd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(106)-173/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı "uşaq və aliment tələbinə dair" ilk iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh qarşı "uşaq tələbinə dair” qarşılıqlı iddiasının təmin edilməsi, Cavabdeh və İddiaçı birgə nikahlarından doğulmuş 12 oktyabr 2010-cu il təvəllüdlü X4, 14 apəl 2012-ci il təvəllüdlü X3 və 20 fevral 2014-cü il təvəllüdlü X2 ataları İddiaçı yanında qalmalarının müəyyən edilməsi və uşaqların ataları İddiaçı yanında saxlanılmaları qət edilmişdir. Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyəti Başçısının Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 25 sentyabr 2023-cü il tarixli, 985 saylı arayışından görünür ki, 12 oktyabr 2010-cu il təvəllüdlü X7, 14 aprel 2012- ci il təvəllüdlü X8 və 20 fevral 2014-cü il təvəllüdlü X6, ataları İddiaçı ilə birlikdə anadan olduqları andan Masallı rayon Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Birinci Yeddioymaq kəndində, ona məxsus olan evdə yaşayırlar. İddiaçı hər üç övladı R.Əzizov adına Yeddioymaq 1 saylı kənd tam orta məktəbində təhsil alırlar. Ambulator, stasionar xəstənin tibb kartasından çıxarışından görünür ki, 20 fevral 2014-cü ildə X5 “sağ böyrəyin hipoplaziyası” diaqnozu qoyulmuşdur. 14 may 2024-cü il tarixli, ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı aliment tələbi ilə məhkəməyə 20 may 2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin faktiki və mübahisələndirilməyən hallarına əsasən 12 oktyabr 2010-cu il təvəllüdlü X7, 14 aprel 2012-ci il təvəllüdlü X8 və 20 fevral 2014-cü il təvəllüdlü X2 atasının İddiaçı, anasının Cavabdeh olması müəyyən olunur. Uşaqlar İddiaçı himayəsində yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin hallarından və cavabdehin izahatından göründüyü kimi, ailə münasibətlərinin pozulması gününə qədər ailənin saxlanılmasında cavabdeh də iştirak etmiş, maddi təminatı o da ödəmişdir. Aliment öhdəliyində məqsəd, uşağın əvvəlki yaşayış səviyyəsinin saxlanılmasıdır. Ona görə də hal-hazırda uşaqların aliment öhdəliyi cavabdeh tərəfindən yerinə yetirilməlidir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ona görə də uşaqların ən az həmin həddə maddi təminat hüquqları vardır. Bununla belə məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, onların hər ikisinin işləməsini və qazanc əldə etmələrini, diqqətəlayiq olan digər halları, uşaqların əvvəlki təminatının saxlanılmasında valideynlərin hər ikisinin əvvəlki rolunu nəzərə alaraq, həmçinin cavabdehin aylıq gəlirinin “Elektron məhkəmə” informasiya sistemində 345 manat göstərilməsinə baxmayaraq, real olaraq 180 manat əmək haqqı almasını nəzərə alaraq, aylıq aliment məbləğinin hər ay hər uşaq üçün 70 manat, cəmi 210 manat sabit pul məbləğində müəyyən edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hər ay 200 manat əlavə xərclərə görə aliment tələbini əsassız hesab edərək qeyd edir ki, həmin tələb müstəsna hallarda uşaqların ağır xəstəliyi, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda mümkün hesab oluna bilər. Belə ki, Ailə Məcəlləsinin 81.1-ci maddəsinin tələbinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Mülki iş üzrə iddiaçı əlavə xərclər üçün əsas olan mötəbər sübut təqdim etməmişdir. Ona görə də məhkəmə həmin tələbin rədd olunması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləninn 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 12 oktyabr 2010-cu il təvəllüdlü X7, 14 aprel 2012-ci il təvəllüdlü X3 və 20 fevral 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa görə 70 (yetmiş) manat, cəmi 210 (iki yüz on) manat sabit pul məbləğində aliment cavabdeh İddiaçı alınaraq, iddiaçı Cavabdeh ödənilsin. Alimentin tutulması 20 may 2024-cü il tarixdən hesablansın, aliment tələbinə diar hissədə qətnamə dərhal icra edilsin. İddia hər ay əlavə xərclər üçün 200 manat pul tələbinə dair hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar