Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1819/2025 30.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı, Cavabdeh, cavabdehin nümayəndəsi X2 iştirakları ilə. İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh övladları xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 1000 manat, cəmi 2000 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Rəsmi nikahlarından iki övladları dünyaya gəlmişdir. Övladları xx.xx.2006-cı il təvəllüdlü X9, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X4r. Bir müddət mehriban yaşasalarda sonradan ailədaxili narazılıqlar səbəbindən ayrılmışlar. Nikahları məhkəmə qaydasında pozulmuş və iki yetkinlik yaşına çatmayan övladları onun himayəsində saxlanılmışdır. Nikahları pozularkən o, məhkəmə iclasında cavabdehdən aliment tələb etməmişdir. Lakin hazırda uşaqlarının maddi tələbatını qarşılaya bilmir. Qanuna əsasən uşaqları saxlamaq hər iki valideyinin borcudur. Cavabdeh fərdi əməklə məşğul olaraq yüksək gəlir əldə edir. Lakin uşaqlarına heç bir maddi köməklik etmir. Dəfələrlə cavabdehdən aliment pulu tələb etsə də heç bir nəticəsi olmamışdır. Özü hazırda işləyə bilmir və bu səbəbdən uşaqların maddi tələbatlarını qarşılamaqda çətinlik çəkir. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, nikahlarından üç övladları olmuşdur. Övlarlarından biri hərbi xidmətdədir. Digər övladları məhkəmə qətnaməsi ilə onun yanında saxlanılmışdır. 2020-ci ildən faktiki olaraq ayrılmışlar. Birgə yaşadıqları dövrdə və ayrıldıqdan sonra ailənin və uşaqların təminatını özü qarşılamışdır. Cavabdehin qazancı ilə bağlı heç bir sübutu yoxdur. Özünün paybəlli torpaq sahəsi və iki baş iri buynuzlu heyvanı vardır. Torpaq sahəsində yonca məhsulu əkib satmaqla məşğul olur. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, səhhəti ilə əlaqədar işləyə bilmir. İşsiz kimi qeydiyyatdadır. İddiaçı bilərəkdən ayrılmışdır ki, aliment tələb etsin. Birgə yaşadıqları dövrdə ailənin və uşaqların tələbatını iddiaçı qarşılayırdı. İddiaçı avtomaşın alqı-satqısı ilə məşğuldur. Şəxsi təsərrüfatı vardır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddianı qəbul etməyərək bildirdi ki, qızı aliment ödəyə bilməyəcək. Heç bir yerdə işləmir və gəliri yoxdur. Özü ankoloji xəstədir. Həyat yoldaşı pensiya alır, ailənin başqa gəlirləri yoxdur. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Doğum haqqında arayışlardan görünür ki, 24 iyul 2010-cu il təvəllüdlü X1 və 06 fevral 2012-ci il təvəllüdlü X3 atası İddiaçı, anası Cavabdehdır. Masallı Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli, 2(050)-67/2025 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşağın himayədə saxlanması və aliment tələbinə dair iddiasının qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında 13 sentyabr 2007-ci il tarixdə Masallı Rayon Səmidxan kənd ərazi nümayəndəliyində bağlanmış, 21 № ilə qeyd edilmiş nikahın pozulması, 24 iyul 2010-cu il təvəllüdlü X6 və 06 fevral 2012-ci il təvəllüdlü X3 atası İddiaçı yanında saxlanılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məşğulluq haqqında arayışdan görünür ki, İddiaçı işsiz kimi qeydiyyatdadır. Məşğulluq haqqında arayışdan görünür ki, Cavabdeh işsiz kimi qeydiyyatdadır. Məşğulluq haqqında arayışdan görünür ki, X7 işsiz kimi qeydiyyatdadır. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı rayon İ Səmidxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20 iyun 2025-ci il tarixli, 196 saylı arayışından görünür ki, Cavabdeh Masallı rayon Alışanlı kəndində valideyinləri ilə birgə yaşayır. Onun heç bir təsərrüfatı yoxdur və heç yerdə işləmir. Ailə Məcəlləsinin müvafiq maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (mad. 75.1, 75.2, 75.3, 75.4). Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı (mad. 76.1, 76.1.1, 76.1.2, 76.1.3). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (mad.78.1). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (mad.78.2). Qeyd edilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, qanunvericilik yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə qanunvericiliyində aliment ödənilməsinin iki qaydası müəyyən edilmişdir: 1) könüllü - uşaqları saxlamaq barədə saziş əsasında (aliment ödənilməsi barədə saziş); 2) məcburi - məhkəmə qərarı əsasında. Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Həmçinin, eyni qanunvericilikdə məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: 1) aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; 2) sabit pul məbləğində. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Alimentin sabit pul məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Başqa sözlə, məhkəmə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll edə bilməz. Ailə Məcəlləsinin 78.2-ci maddəsində alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsi qoyulmuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 aylı Qərarının 8-ci bəndinə tövsiyə olunmuşdur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Tərəflərin izahatı, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından məlum olur ki, iddiaçı və cavabdeh arasında ailə münasibətləri pozulmuş və onlar 2020-ci ildə ayrılmışlar. Rəsmi nikahları isə məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə pozulmuş və uşaqlar atalarının himayəsində saxlanılmışlar, hal-hazırda uşaqlar ataları olan iddiaçının himayəsində olmaqla onun yanında yaşayırlar. Onların maddi xərclərini halhazırda ata olaraq iddiaçı çəkir, həmçinin nikah dövründə ailənin bütün ehtiyaclarını iddiaçı təmin etmişdir. Cavabdeh iddiaçı ilə ər-arvad kimi yaşadıqları vaxtı ailənin və cavabdehin tələbatını iddiaçı təmin etmişdir. Həmçinin Cavabdeh birgə nikahdan anadan olmuş, iddiaçının aliment tələb etdiyi uşaqları xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X3 böyüyüb başa çatana kimi onlara analıq qayğısı göstərmişdir. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı tələblə qarşılıqlı təhlil edərək qeyd edir ki, alimentin ödənilməsində məqsəd isə uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasıdır. Bu baxımdan nəzərə alınmalıdır ki, ata olaraq iddiaçı uşaqları hansı səviyyədə təminatlarını ödəyirdisə, nikah pozulduqdan sonra da həmin təminatı yerinə yetirmək onun valideynlik borcudur. Belə ki, birgə nikah dövründə uşaqların maddi təminatı iddiaçı tərəfindən təmin edilmişdir. Eləcədə təkcə uşaqların deyil eyni zamanda onunla birgə yaşamış keçmiş arvadı olan cavabdehində maddi təminatı iddiaçı tərəfindən təmin edilmişdir. Buda o deməkdir ki, ailənin bütün maddi təminatı iddiaçı tərəfindən təmin edilmişdir. Hazırda isə tərəflər ayrıldığından (2020-ci ildən) iddiaçının maddi durumunda bəlli bir səviyyədə yaxşılaşma olmuşdur. Burdanda belə bir nəticəyə gəlmək olar kı, hazırkı vəziyyətdə uşaqların əvvəlki təminat səviyyəsi maksimal səviyyədədir. Həmçinin tərəflər arasında olan rəsmi nikahları pozulan zaman İddiaçı cavabdehdən aliment tələb etmədiyini bildirmişdir. Həmin vaxtdan isə hazırkı vaxtadək qısa bir müddət keçmişdir və keçən müddət ərzində iddiaçının maddi durumunda pisliyə doğru dəyişiklik olmamışdır. Cavabdeh isə heç bir yerdə işləməyən, işləmək iqtidarında olmayan, heç bir yerdən gəliri olmayan, yaşlı, xəstə və aylıq aldıqları təqaüddən başqa gəliri olmayan valideynlərinin himayəsində yaşayan bir insandır (iş materiallarında olan sənədlərə əsasən). Bütün bunlar isə iddia təmin olunacağı təqdirdə gələcəkdə onun icrasını mümkünsüz edən amillərdir və tərəfələr arasında münaqişəyə və digər hallara səbəb olacaqdır. Valideynlər arasında baş verə biləcək hər hansı bir münaqişə isə uşaqların mənəvi və psixoloji durumuna mənfi təsir göstərən amildir. Ailə Qanunvericiliyinin 75.1-ci maddəsi valideynlərin uşaqlarını saxlamağa borclu olmasını müəyyən etsə də, sabit aliment tələbi ilə bağlı digər normalarda alimentin hansı valideyndən və nə qədər tutulmasını onların maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilməsini vurğulanmışdır. Göstərilənlənlərə əsasən və tərəflərin nikahlarının pozulmasından sonrakı münasibətlərini dəyərləndirərək məhkəmə qeyd edir ki, aliment tələbi ilə çıxış etmək iddiaçının hüququ olsa da, onun hazırkı tələbi hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Həmçinin məhkəmə tərəflər arasında aliment tələbinin davam edən hüquq münasibəti olmasını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası MM-nin 16.1-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1. və 560.2.-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə qətnaməni müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, iddiaçının və cavabdehin verdiyi izahatla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 234 və 360-cı, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(050)-1819/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1819/2025
30.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver