Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-1905/2024 01.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşağı 14 sentyabr 2004-cü il təvəllüdlü X1 üçün 2005-2018-ci illər üzrə ödənilməmiş aliment borcunun və mediasiya haqqına görə ödənilmiş 60 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavadehlə 2003-cü ildə ailə qurmuşlar və birgə nikahdan xx.xx.2004-cü il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə 2 il birgə yaşamışlar, sonradan ayrılmışlar və Masallı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə uşağın saxlanması üçün aliment tutulmuşdur. Lakin həmin vaxtadək olan aliment 13 il ona verilməmişdir. Uşağın 1 yaşından 14 yaşınadək aliment almamış, uşağa baxmaqdan çətinlik çəkir, tək başına uşağı ilə birgə yaşayır, uşağı xəstədir və uşağa baxa bilmir. Cavabdehin 13 illik borcu ödənilməmiş qalmışdır. Hazırda həmin borcu tələb edir. Aliment alınması ilə bağlı mediasiya orqanına da müraciət olunmuş, lakin cavabdeh gəlmədiyi üçün arayış verilmişdir. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmumuna uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdehlə 2005-ci ildən 2018-ci ilədək bir yerdə yaşamışlar. Cavabdeh yüngül həyat tərzi keçirmiş, spirtli içki qəbul edən və narkotik vasitə istifadəçisi olmuşdur. Bu illər ərzində onu döyüb təhqir etmiş, ailəyə və uşağına baxmamışdır. Uşağını özü işləyərək böyütmüşdür. Uşağın saxlanılmasında ona heç vaxt köməklik göstərməmişdir. Lakin 2017-ci ildə məhkəməyə müraciət etmiş və Məhkəmənin 01 mart 2018-ci tarixli qətnaməsi ilə uşağın saxlanılması üçün ona alimet təyin edilmişdir. Ondan əvvəkli illərdə məhkəməyə müraciət etmək istəsə də, cavabdehin ona hədə-qorxu gəlməsi səbəbindən müraciət etməmişdir. Uşaq xəstədir. Odur ki, cavabdehdən həmin illərin yəni 2005-ci ildən 2018-ci ilədək cavabdeh tərəfindən ona verilməmiş alimentin alınaraq ona verilməsini istəyir. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı çörəkçi işləməklə ayda 300 manat əmək haqqı alır. Masallı Rayon Məhkəməsinin 01 mart 2018-ci il tarixli, 2(050)-537/2018 saylı qətnaməsindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X2 atasının Cavabdeh olması müəyyən edilmiş, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay 60 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Masallı rayon İcra və Probasiya şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi haqqında 28 fevral 2023-cü il tarixli qərarından və 14 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Masallı Rayon Məhkəməsinin 01 mart 2018-ci il tarixli, 2(050)-537/2018 saylı icra sənədi üzrə alimentin tutulması borclu Cavabdeh pensiyasından tutulmuş, və xx.xx.2004-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatdığından icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı mübahisələndirdiyi 2005-2018-ci il tarixlərdə birgə yaşayaraq təsərrüfatlarını birgə idarə etmişdilər. İddiaçı tələbində birgə yaşasalar da, cavabdeh xəstə olduğundan pul qazanmadığını, qeyd edilən müddətdə uşağa özünün baxdığını qeyd edərək hesab etmişdir ki, həmin müddətlərdə uşaq üçün aliment tutularaq ona verilməlidir. Azərbaycan Respublikası Ailə məcəlləsinin: 22.2.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən məhkəmələr boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidirlər. 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Qeyd edilən normaların məzmunundan görünür ki, valideynlər ayrı yaşadıqları halda uşağı saxlamayan valideyn uşağı yanında saxlayan valideynə müəyyən məbləğdə uşağın saxlanması üçün aliment verməlidir. Lakin, hazırki işdə iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etsə də, müəyyən olunur ki, 2005-2018-ci il tarixlərdə cavabdehlə birlikdə yaşamışdılar, uşaq da onların yanında olmuşdur. Belə olan halda cavabdehin qeyd edilən müddətlərdə aliment ödəmək kimi öhdəliyi yaranmamışdır. Məhkəmə işin faktiki hallarını şərh olunan normalar əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı 14 sentyabr 2004-cü il təvəllüdlü X1 üçün 2005-2018-ci illər üzrə ödənilməmiş aliment borcunun və mediasiya haqqına görə ödənilmiş 60 manat pulun alınaraq ona verilməsi barədə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №2(050)-1905/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-1905/2024
01.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver